1918-ci il Şamaxı soyqırımına həsr edilmiş elmi konfrans keçirilmişdir

AVCİYA Ermənistanın BMT-yə təqdim etdiyi hesabata alternativ sənəd verib
AŞPA məruzəçisi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvləri ilə görüşüb
AVCİYA “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” layihəsinə start verib

Bu gün Şamaxı rayonunda “Şərədil” İstirahət Mərkəzinin konfrans zalında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın təşkilatçılığı ilə “Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 – ci il)” layihəsi çərçivəsində “Şamaxı soyqırımı (1918-ci il)” mövzusunda beynəlxalq elmi – praktik konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elxan Süleymanov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, “1918 – ci il Şamaxı soyqırımı” mövzusunda tarix elmləri üzrə fəlsəfə doktoru, Azərbacyanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin İcraçı direktoru Məhərrəm Zülfüqarlı, Almaniya Parlamentinin millət vəkili və Avropa Şurası Parlament Assambleyasının üzvü (2005-2009), professor Haqqı Kəskin çıxış etmişdir. Çıxışçılar Şamaxıda ermənilər tərəfindən törədilmiş faciəni Azərbaycanlılara qarşı ermənilərin həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi kimi dəyərləndirmişlər. Tədbirdə AŞPA-nın fəxri deputatı, Qərbi Avropa İttifaqı Assambleyasının fəxri prezidenti Stef Qoris, İspaniyanın senatorları Almodobar Aqustin, Diaz Arkadio, İtaliya senatoru, AŞPA-nın üzvü Nessa Pasquale, Almaniya Bundestaqının deputatı, AŞPA-nın üzvü Karin Strenz, Almaniya Bundestaqının sabiq üzvü, Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Eduard Lintner, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Azərbaycan Respublikası Milli Məclisinin bir sıra deputatları və digər qonaqlar da iştirak etmişdir.