“20 Yanvar qan yaddaşımızdır” mövzusunda rəsm müsabiqəsi keçirilib

Azad olunmuş ərazilərdəki abidələrlə bağlı “Yol Xəritəsi” hazırlanıb
Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər
Prezidentin Mətbuat Xidmətinin məlumatı

İsmayıllıda rayon gənclər və idman idarəsi ilə təhsil şöbəsi məktəblilər arasında 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan “20 Yanvar qan yaddaşımızdır” mövzusunda rəsm müsabiqəsi keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər Mərkəzində təşkil olunan rəsm müsabiqəsində məktəblilər qarşısında çıxış edən gənclər və idman idarəsinin rəisi Taleh Salehov və təhsil şöbəsinin əməkdaşı Rəşid Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası hərbi hissələrinin Bakıda dinc, əliyalın insanları, o cümlədən uşaqları, qadınları, qocaları gülləbaran etməsi, hətta qadağan olunan silah və sursatdan istifadə olunması barədə ətraflı danışıb, bu faciənin Azərbaycan tarixinin qanla yazılan səhifələrindən olduğunu vurğulayıblar.

Rəsm müsabiqəsində 18 məktəbdən 36 şagird iştirak edib. Onlar ayrılan bir saat ərzində hiss və duyğularını kətan üzərinə köçürüblər.

Çəkilən rəsmləri qiymətləndirən münsiflər heyəti sonda üç ən yaxşı əl işini elan ediblər. Quşencə tam orta məktəbin 9-cu sinif şagirdi Bənövşə İsrailovanın çəkdiyi rəsm I yerə layiq görülüb. İsmayıllı şəhər 6 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Seymur Əliyev ikinci, Buynuz kənd tam orta məktəbin 9-cu sinif şagirdi Rəbiyyə Yaqubova isə üçüncü yeri tutub.

Hər üç rəsmin müəllifinə rayon gənclər və idman idarəsinin diplomları və hədiyyələri verilib.