Hörmətli oxucular!
|
 Rəsmi Bakı hesab edir ki, Avropa İttifaqı Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt mesajlar verməlidir. «Aİ bölgədə sülhün və sabitliyin bərpası üçün qarşı tərəfə açıq mesajlar versə yaxşı olar», - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim Fransanın Avropa İttifaqına rəhbərlik etməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
|
 Dünyanın 10 ölkəsində fəaliyyət göstərən axıska tükrlərinin dərnək və cəmiyyətləri Koordinasiya Şurasında birləşib və Qazaxıstan axıska türklərinin lideri Ziyaəddin İsmixanoğlu Şuranın sədri seçilib. Bu barədə qərar keçən həftə keçirilən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə, Ukrayna, Avropa, Gürcüstan (ABŞ və Özbəkistandan başqa) və digər ölkələrdə məskunlaşan axıska türkləri liderləri və təmsilçilərinin qapalı toplantısında qəbul olunub.
|
 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) arasında Azərbaycanda nüvə tədqiqat reaktrının tikintisi üzrə iki layihənin həyata keçirilməsi haqda razılıq əldə olunub. «Bunlardan biri kompleks universal damma şüalanma mənbəyi, digəri isə tədqiqat-nüvə reaktrının əsaslandırılması ilə bağlı layihələrdir», - deyə çərşənbə günü Trend News-a eksklüziv açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.
|
 TrendNews müxbir A.Məhərrəmli/ 4-8 noyabr 2008-ci il tarixdə Bakıda “Islamofobiya və ayrı-seçkiliyin dinə əsaslanan digər formaları: onun gənc nəslə təsiri və gənclərin fəaliyyətlərində buna cavabı” mövzusunda ekspertlər səviyyəsində konfrans keçiriləcək. Bu barədə «TrendNews»a Avropa Şurasının Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman üzrə Baş Bürosundan məlumat verilib.
|
 Azərbaycan, Bakı, 11 iyun/ Trend News , müxbir E.Babayev/ Bu il Azərbaycanda mətbuata dövlət yardımını nəzərdə tutan konsepsiya qəbul ediləcək. «Bu il mətbuata dövlət yardımını nəzərdə tutan konkret addımlar atacağıq», - deyə çərşənbə günü Trend News-a Prezidentin İcra Aparatının ictimai-siyasi şöbə müdiri Əli Həsənov məlumat verib.
|
 Hakim Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn prezident seçkisini boykot etmək istəyən partiyaları siyasi qorxaqlıqda günahlandırıb. «Seçkilərdə iştirakdan imtina etmək bu və ya digər idmançının yarışdan qaçmasından heç nə ilə fərqlənmir. Hesab edirəm ki, seçkilərdə iştirakdan imtina edən müxalifət partiyaları sadəcə olaraq, özlərinin uğursuzluğunu, gücsüzlüyünü, siyasi proseslərə qatılmaq üçün qətiyyətsizliyini nümayiş etdirirlər», - deyə çərşənbə günü YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov bildirib.
|
 Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend News-a bildirilib ki, Azərbaycan xarici işlər nazirinin iyunun 12-13-də Polşaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Radoslav Sikorski, Polşa Senatının marşalı Boqdan Boruseviç və Polşa Seyminin vitse-marşalı Yaroslav Kalinovski ilə görüşləri planlaşdırılıb.
|
 Afinada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilat Parlament Assambleyasının sessiyasında və Baş assambleyanın 31-ci iclasında Azərbaycanın terrorizmə və ekstremizmə dair təklifləri qəbul olunub. Bu barədə çərşənbə axşamı «TrendNews»a Milli Məclisin deputatı Asəf Hacıyev məlumat verib.
|
 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Luiz Maria de Puç 30 iyun- 4 iyul 2008-ci il tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə «TrendNews»a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
|
 Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənovun Trend News-a müsahibəsi - Əli müəllim, Azərbaycanda prezident seçkisi öncəsi şəraitlə bağlı birmənalı rəy yoxdur. Azərbaycan müxalifəti şəraitdən narazıdır. Bu baxımdan hakimiyyət mövcud şəraiti nə cür qiymətləndirir?
|
 Azərbaycanın prezidenti İlham Əliyev Azərbaycanın Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş” təsdiq edib.
|
 Azərbaycan prezidenti İlham Əliyev “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Proqramının əlaqələndirici orqanı Təhsil Nazirliyi müəyyən edilib.
|
 İyunun 20-də Brüsseldə Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams məlumat verib. O bildirib ki, komissiyanın iclasında hər iki tərəfi maraqlandıran bütün məsələlər müzakirə olunacaq.
|
 Avropa İttifaqı (Aİ) Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqətlə izləyəcək. APA-nın məlumatına görə, barədə Aİ Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams bildirib. Səfir deyib ki, Aİ strateji tərəfdaşlarının ədalətli və düzgün seçkilər keçirməsini istəyir.
|
 “Ümidvarıq ki, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş Sankt-Peterburq görüşündən dayaq nöqtəsi kimi istifadə olunacaq”. Bu eksklüziv açıqlamanı APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib. O qeyd edib ki, görüşdə bəzi pozitiv məqamlar olub ki, tərəflər bu istiqamətlər üzrə irəliləyə bilərlər
|
 Azərbaycan müxalifətinin birgə sammitinin keçirilməsi baş tutmayacaq. «Biz istəyirdik ki, mövcud hakimiyyətin həyata keçirdiyi siyasətə qarşı müqaviməti artırmaq üçün müxalifətin birgə sammiti olsun və birgə qərarlar verilsin. Ancaq «Azadlıq» blokunun həyata keçirdiyi siyasi xətt buna mane oldu» - çərşənbə axşamı Trend News-a Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
|
 Azərbaycan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, Seçki Məcəlləsinə edilən son əlavə və dəyişikliklər seçkilərin demokratik keçirilməsinə təsir göstərməyəcək. «Dəyişikliklər zamanı MSK-nın təklifləri və beynəlxalq qurumların tövsiyələri nəzərə alınıb» - çərşənbə axşamı MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına daxil olan Qeyri Hökumət Təşkilatları "Söz azadlığını müdafiə Fondu"Sədr - Musa Yaqub, şair www.azfreespeech.az "Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Fondu"Sədr - Namiq Axundov, tarix elmləri doktoru, professor www.aznocorruption.az "Azərbaycanda Ekologiya Standartlarının Monitorinqi Fondu"Sədr - Rauf Sultanov, biologiya elmləri doktoru, professor www.azecology.az "Azərbaycanın Regional İnkişaf Mərkəzi"Sədr - Çingiz İsmayılov, coğrafiya elmləri doktoru, professor www.azregionaldevelopment.az "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi" Sədr - Nadir Abdullayev, pedaqoji elmlər doktoru, professor www.azerbaijanfoundation.az "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai BirliyiSədr - Kamil Səlimov, hüquq elmləri doktoru, professor www.azpenalreform.az "İnsan Hüquqları XXI əsr - Azərbaycan " FonduSədr - Şahin Camalov www.azhumanrights.az AKTAM İctimai BirliyiSədr - Natiq Əhmədov, fizika-riyaziyyat elmlər namizədi http://aktam.aznet.az Siyasi Texnologiyalar MərkəziSədr - Vəli Əlibəyov, politologiya magistri, İctimaiyyətlə Əlaqələr Beynəlxalq Assosiasiyasının üzvü http://cpt.aznet.az "Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı" İctimai BirliyiSədr - Rüstəm Məmmədov, beynəlxalq hüquq elmləri doktoru, professor www.cpf-az.az "Şəki Resurs Biznes Mərkəzi" Sədr - Mais Səfərov "Quba-Xacmaz bölqəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzi" Sədr - Solmaz Mehdiyeva
|
|
|