
“Müxalifətin prezident seçkilərini həm boykot etməsinin, həm də bu seçkilərdə iştirakının perspektivi yoxdur. Üçüncü bir yol olmadığından bu iki pis variantın içərisindən az da olsa yaxşısı seçilməlidir”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, blokda seçkilərdə iştiraka tərəfdar olanlar da var.