Ìàòåðèàëû çà 18.06.2008 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
18 Iyun 2008, 17:06    İyulun 14-15-də Bakıda Venesiya Komissiyası və MSK-nın birgə tədbiri keçiriləcək
İyulun 14-15-də Bakıda Venesiya Komissiyası və MSK-nın birgə tədbiri keçiriləcəkİyulun 14-15-də Bakıda Avropa Şurası Venesiya Komissiyası ilə Mərkəzi Seçki Komissiyası birgə tədbir keçirəcəklər.
Venesiya Komissiyasının ofisindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycanda prezident seçkilərinə həsr olunacaq.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    Ukrayna prezidenti iyunun 30-da Azərbaycana gələcək
Ukrayna prezidenti iyunun 30-da Azərbaycana gələcəkUkrayna prezidenti Viktor Yuşşenko iyunun 30-da Bakıya ikigünlük işgüzar səfərə gələcək. APA-nın məlumatına görə, səfər zamanı Ukraynada Xəzər neftini emal edən müəssisənin yaradılması ilə bağlı yaradılmış işçi qrupun ilk hesabatı, iki ölkə arasında yanacaq-enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    Azərbaycanlı deputat: “Xocalı sakinləri Avropa Məhkəməsinə müraciət edəcəklər”
Azərbaycanlı deputat: “Xocalı sakinləri Avropa Məhkəməsinə müraciət edəcəklər”Son iki ildə 2000-dən çox Xocalı sakini Baş Prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə istintaq-əməliyyat qrupuna yenidən çağırılıb və ifadə verib. Bu barədə APA-ya məlumat verən Xocalı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov özünün də istintaqa ifadə verdiyini bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    İsmayıl Ömərov: “Seçkiləri qanun çərçivəsində, beynəlxalq standartlara uyğun işıqlandıracağıq”
İsmayıl Ömərov: “Seçkiləri qanun çərçivəsində, beynəlxalq standartlara uyğun işıqlandıracağıq”Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki məsləhətçiləri Conatan Stounstrit və Konrad Olsevski İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşüblər. İctimai Televiziya və Radio Yayımları Şirkətindən APA-ya verilən məlumata görə, qarşıdan gələn prezident seçkilərinə toxunan İ.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib
Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilibAzərbaycan Dövlət Filarmoniyasında Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl Mədəni iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsi, perspektivi barədə danışıblar.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    Azərbaycanın xarici işlər naziri UNISEF-in ölkəmizdəki nümayəndəsini qəbul edib
Azərbaycanın xarici işlər naziri UNISEF-in ölkəmizdəki nümayəndəsini qəbul edibAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı UNISEF-in ölkəmizdəki nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Bu barədə Trend News-a Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidmətindən bildiriblər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    Bakıda Azərbaycan və Türkmənistanın neft və qaz potensialı ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Bakıda Azərbaycan və Türkmənistanın neft və qaz potensialı ilə bağlı beynəlxalq konfrans keçiriləcəkPrezident İlham Əliyev çərşənbə axşamı «Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası» Beynəlxalq konfransının Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, konfrans bu il sentyabrın 28 - də Bakıda keçiriləcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    Azərbaycanın siyasi partiyası prezidentliyə namizədini müəyyənləşdirəcək
Azərbaycanın siyasi partiyası prezidentliyə namizədini müəyyənləşdirəcəkBu gün iqtidaryönlü Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) növbəti qurultayı keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend News-a partiyanın sədri, millət vəkili Xanhüseyn Kazımlı məlumat verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    Azərbaycanın müxalifət partiyası prezident seçkisində qələbə qazanacağına əmin deyil
Azərbaycanın müxalifət partiyası prezident seçkisində qələbə qazanacağına əmin deyilMüxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) prezident seçkisində qələbə qazanacağına əmin deyil. «Etiraf etmək lazımdır ki, bu il keçiriləcək seçkinin favoriti İlham Əliyevdir» - çərşənbə axşamı Trend News-a BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    Azərbaycanın gələcək inkişaf perspektivləri Londonda müzakirə olunacaq
Azərbaycanın gələcək inkişaf perspektivləri Londonda müzakirə olunacaqAzərbaycanda hazırda mövcud olan vəziyyət və ölkənin gələcək inkişaf perspektivləri Londonda müzakirə olunacaq. «İyunun 20-də Londonda Strateji Tədqiqatlar üzrə Beynəlxalq İnstitut, Böyük Britaniyanın London Dövlət Quruculuğu və Konfliktlərin Həlli üzrə Şəbəkəsi və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi «Azərbaycanın tərəqqiyə aparan yolu-iqtisadi, siyasi və xarici siyasət çağırışları» adlı beynəlxalq konfrans keçiriləcək», - deyə çərşənbə axşamı Trend News-a açıqlamasında Azərbaycan Prezidentinin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    Azərbaycan və Avropa İttifaqı arasında müzakirələr keçiriləcək
Azərbaycan və Avropa İttifaqı arasında müzakirələr keçiriləcəkAzərbaycan və Avropa İttifaqı arasında Avropa İttifaqı Yeni Qonşuluq Siyasəti çərçivəsində növbəti müzakirələr keçiriləcək. Bu barədə Trend News-a çərşənbə axşamı, Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyindən məlumat veriblər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 17:06    ATƏT-in missiyası Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirəcək
ATƏT-in missiyası Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirəcəkATƏT-in qiymətləndirmə missiyası Bakıda Azərbaycanda seçkiqabağı vəziyyəti müzakirə edəcək. Norveçin Azərbaycandakı səfiri Yon Ramberq çərşənbə axşamı bildirib ki, görüş iyunun 20-də keçiriləcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
18 Iyun 2008, 14:06    Azərbaycan gənci dövlət atributlarını lazımi səviyyədə bilmir – sorğu
Azərbaycan gənci dövlət atributlarını lazımi səviyyədə bilmir – sorğu«Trend News» İnformasiya Agentliyi Azərbaycan əhalisinin müxtəlif yaş təbəqələri nümayəndələri arasında sorğu keçirib. 60 nəfərin iştirak etdiyi sorğuda məqsəd Azərbaycan vətəndaşlarının ölkə atributlarını nə dərəcə yaxşı bilmələrini müəyyən etməkdən ibarət olub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə