Ìàòåðèàëû çà 21.06.2008 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
21 Iyun 2008, 15:06    ASDP prezident seçkisində öz namizədi ilə iştirak edəcək
ASDP prezident seçkisində öz namizədi ilə iştirak edəcəkAzərbaycan Sosial Demokrat Partiyası (ASDP) prezident seçkisində öz namizədi ilə iştirak edəcək. Bu barədə APA-ya məlumat verən ASDP-nin həmsədri Araz Əlizadə seçkidə kimin namizədliyinin irəli sürüləcəyi ilə bağlı hələlik qərar vermədiklərini söyləyib. O, partiyanın həmsədri Ayaz Mütəllibovun namizədlik məsələsinin də hələ müzakirə mövzusu olmadığını bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Iyun 2008, 15:06    ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin vaxtı açıqlanıb
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin vaxtı açıqlanıbDağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakovun (Rusiya) regiona səfərinin dəqiq vaxtı məlum olub.
Ətraflı...
Kateqoriya : Qarabağ
21 Iyun 2008, 15:06    Avropa İttifaqı Azərbaycanla viza rejimini ləğv edə bilər
Avropa İttifaqı Azərbaycanla viza rejimini ləğv edə bilərAvropa İttifaqına üzv 27 ölkənin rəhbərləri “Şərq tərəfdaşlığı” haqqında Polşa və İsveçin təklif etdiyi layihəni dəstəkləyib və bununla bağlı müvafiq qərar qəbul ediblər.
APA-nın məlumatına görə, layihə Avropa İttifaqının Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarusla regional əməkdaşlıq forumunun yaradılmasını nəzərdə tutur.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Iyun 2008, 15:06    Dünya əhalisinin sayı 4 ildən sonra 7 mlrd. həddini keçəcək
Dünya əhalisinin sayı 4 ildən sonra 7 mlrd. həddini keçəcəkDünya əhalisinin sayı 1999-cu ildə qeydə alınmış 6 mlrd. nəfərdən 2012-ci ildə 7 mlrd., 2050-ci ildə isə 9,5 mlrd. nəfərə çatacaq. «APA-Economics»in məlumatına görə, bu barədə ABŞ-ın Əhalinin Siyahıyaalınması Bürosu tərəfindən açıqlanan hesabatda bildirilir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
21 Iyun 2008, 15:06    Gələn il Azərbaycanda daha bir avtomagistralda yenidənqurma işlərinə başlanılacaq
Gələn il Azərbaycanda daha bir avtomagistralda yenidənqurma işlərinə başlanılacaqGələn ilin əvvəlində Mingəçevir-Ağcabədi-Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda yenidənqurma işlərinə başlanılması planlaşdırılır. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-dən məlumat verilib.
Hazırda yolun keçdiyi ərazilərdə tədqiqatlar aparılır və layihənin maliyyə mənbələri öyrənilir.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
21 Iyun 2008, 15:06    Azərbaycanın hər bir sakini yanvar-may aylarında orta hesabla 482 manatlıq istehlak malları alıb
Azərbaycanın hər bir sakini yanvar-may aylarında orta hesabla 482 manatlıq istehlak malları alıbBu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə obyektləri şəbəkəsində 4 078,3 mln. manatlıq və ya 2007-ci ilin müvafiq dövründəkindən 14,7% çox istehlak malları satılıb və xidmət göstərilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Iyun 2008, 15:06    Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan Demokratik Respublikasının 90 illiyi münasibətilə konfrans keçirəcək
Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan Demokratik Respublikasının 90 illiyi münasibətilə konfrans keçirəcəkİyunun 28-29-da Niderland Krallığının Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90 illiyi münasibətilə “Azərbaycan-Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə doğru 90 il” mövzusunda konfrans keçirəcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
21 Iyun 2008, 15:06    Azərbaycanda rəsmi işsiz statusu alan şəxslərin sayı 45,146 min nəfərə çatıb
Azərbaycanda rəsmi işsiz statusu alan şəxslərin sayı 45,146 min nəfərə çatıbBu ilin yanvar-aprel aylarında Azərbaycanda müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 372,2 min nəfər təşkil edib ki, onların 869,7 min nəfəri (63,4%) dövlət bölməsində, 470,8 min nəfəri (36,6%) isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Iyun 2008, 14:06    Gələn ay Azərbaycanda «Əqli mülkiyyət və iqtisadi inkişaf» mövzusunda beynəlxalq konfrans keçiriləcək
Gələn ay Azərbaycanda «Əqli mülkiyyət və iqtisadi inkişaf» mövzusunda beynəlxalq konfrans keçiriləcəkİyulun 16-17-də Bakıda «Əqli mülkiyyət və iqtisadi inkişaf» mövzusunda beynəlxalq konfrans keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Iyun 2008, 14:06    Azərbaycan Londonda keçiriləcək «Qlobal kreditorlar və investorlar» Forumunda iştirak edəcək
Azərbaycan Londonda keçiriləcək «Qlobal kreditorlar və investorlar» Forumunda iştirak edəcəkBu ilin iyunun 24-25-də Londonda (İngiltərə) «Euromoney» Beynəlxalq Təşkilatının «Qlobal kreditorlar və investorlar» Forumu keçiriləcək.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, beynəlxalq və regional maliyyə qurumlarının rəhbərlərinin, kredit və investisiya şirkətlərinin nümayəndələrinin, investorların qatılacağı tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri Heydər Babayev təmsil edəcək.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
21 Iyun 2008, 14:06    Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 20-yə yaxın layihə təqdim olunub
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 20-yə yaxın layihə təqdim olunubPrezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin layihələrinin maliyyələşməsi ilə bağlı müsabiqəyə həsr olunan məlumat sessiyası keçirib. APA-nın məlumatına görə, şuranın eksperti Fərasət Qurbanov deyib ki, müsabiqəyə 15 müddəa üzrə layihələr təqdim olunmalıdır. O bildirib ki, layihələrin qəbulu müddəti iyunun 12-dən iyulun 2-nə qədərdir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
21 Iyun 2008, 14:06    Azərbaycan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir
Azərbaycan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir“Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir”.
APA-nın ABŞ bürosunun məlumatına görə, bu fikirlər Havay ştatının Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvü Jene Vardın yerli “Hanolulu Advertiser” qəzetində dərc olunan məqaləsində öz əksini tapıb. Konqresmen qeyd edib ki, iyunun 10-11-də Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun artması” forumu 50 ölkədən 250 qonağı bir araya yığıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Iyun 2008, 14:06    Bir sıra ictimai-siyasi təşkilatları Dağlıq Qarabağ danışıqlarının dayandırılmasını tələb edir
Bir sıra ictimai-siyasi təşkilatları Dağlıq Qarabağ danışıqlarının dayandırılmasını tələb edirAzərbaycanın bir sıra ictimai-siyasi təşkilatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının dayandırılmasını tələb edir. «Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin ermənipərəst mövqeyi və beynəlxalq təşkilatların Azərbaycana təzyiqləri danışıqların davam etdirilməsinə imkan vermir», - deyə Qarabağ Azadlıq Təşkilatının (QAT) vasitəçiliyi ilə ictimai-siyasi təşkilatların cümə günü keçirilən toplantısının sonunda qəbul olunan bəyanatda qeyd olunub.
Ətraflı...
Kateqoriya : Qarabağ
21 Iyun 2008, 14:06    Dünən Azərbaycan jurnalistlərinin V qurultayı keçirilib
Dünən Azərbaycan jurnalistlərinin V qurultayı keçirilib Azərbaycan jurnalistlərinin qurultayında Mətbuat Şurasının Nizamnaməsinə əlavə və dəyişikliklər edildi.
Dəyişikliklərə əsasən, Mətbuat Şurasının sədri bundan sonra iki il müddətinə deyil, dörd il müddətinə seçiləcək. Nizamnaməyə edilən digər dəyişikliyə görə, Şuranın sədri dalbadal iki müddətdən artıq seçilmək səlahiyyəti qazanıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Iyun 2008, 14:06    Azərbaycanlılar nikah müqaviləsi bağlamaqda maraqlı deyillər
Azərbaycanlılar nikah müqaviləsi bağlamaqda maraqlı deyillərAzərbaycanın ailə qanunvericiliyində nikaha daxil olan şəxslər arasında nagah müqaviləsinin bağlanması nəzərdə tutulub. Lakin təcrübədə nikaha girən şəxslər bu müqaviləni bağlamağa maraq göstərmirlər. Müqavilənin bağlanmaması isə, tərəflər arasında əmlak mübahisəsi yarandıqda, ciddi problemlər doğurur.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Iyun 2008, 14:06    Ermənistanın mövqeyindən çəkilməsi üçün konkret tədbirlər görülməlidir
Ermənistanın mövqeyindən çəkilməsi üçün konkret tədbirlər görülməlidir Araz “Həmsədrlər çoxdandır, regiona səfər etmirlər. Onların budəfəki səfərləri zamanı rəsmilərlə danışıqlarda Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün nəticələri əsasında prosesin davam etdirilməsi məsələsi müzakirə olunacaq”.
Ətraflı...
Kateqoriya : Qarabağ
21 Iyun 2008, 14:06    Regionda hərbi əməliyyatların bərpasından qaçmaq mümkün olmayacaq – ekspertlər
Regionda hərbi əməliyyatların bərpasından qaçmaq mümkün olmayacaq – ekspertlərAzərbaycan ekspertləri hesab edirlər ki, Ermənistan və Azərbaycan ordu üçün hərbi xərclərin artırılmasını dayandırmayacağı təqdirdə hərbi əməliyyatların bərpasından qaçmaq mümkün olmayacaq.
Ətraflı...
Kateqoriya : Qarabağ
21 Iyun 2008, 14:06    Azərbaycanda qeyri-qanuni ali təhsil almış tələbələrin sayı 700-ə çatıb
Azərbaycanda qeyri-qanuni ali təhsil almış tələbələrin sayı 700-ə çatıbAzərbaycanda qeyri-qanuni ali təhsil almış tələbələrin sayı 700-ə çatıb və onların arasında xarici ali məktəblərdən süni yolla Azərbaycanın ali məktəblərinə köçürülənlər də var. Bu barədə cümə günü Bakıda jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Iyun 2008, 14:06    Azərbaycanlı diplomat BMT Şurasının insan haqları üzrə vitse-sədri seçilib
Azərbaycanlı diplomat BMT Şurasının insan haqları üzrə vitse-sədri seçilibAzərbaycanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi BMT Şurasının insan haqları üzrə vitse-sədri seçilib.
Azərbaycanlı diplomat Elçin Əmirbəyov büroya üzv cümə axşamı keçirilmiş seçkilərdə şərqi-avropa regional qrupundan seçilib. Bu barədə “Trend News”ə Jenevrədən telefonla Əmirbəyov özü bildirib. Onun sözlərinə görə, o bu vəzifəyə bir il müddətinə seçilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada