Hörmətli oxucular!
|
 Dünya Bankı (DB) Azərbaycanda dövlət idarəçiliyinin keyfiyyətinə qiymət verib. APA-nın verdiyi xəbərə görə, müxtəlif ölkələr üzrə keçirilən qiymətləndirmə nəticəsində tərtib olunmuş reytinq cədvəlində dövlətlər qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiya ilə mübarizə və s. meyarlar üzrə sıralanıb.
|
 İyulun 9-dan 14-nə qədər Mərkəzi Seçki Komissiyası, Prezident Aparatı və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Bakı, Gəncə və Şirvan şəhərlərində prezident seçkilərinə həsr olunmuş seminarlar keçiriləcək. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, seminarlarda məqsəd yerli hakimiyyət orqanlarını əlavə və dəyişiklik edilmiş Seçki Məcəlləsi barədə məlumatlandırmaqdır.
|
 Bakıda Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant proqramı çərçivəsində 4 layihə müqaviləsi imzalanıb. APA-nın məlumatına görə, 451,289 ABŞ dolları dəyərində olan bu layihələr Ağcabədinin Taxtakörpü kəndində Laçın məcburi köçkün məktəbinin tikintisini, Zaqatalanın Faldarlı kəndində ilkin təcili yardım məntəqəsinin tikintisini, Şəkinin Dərəcənnət kəndində məktəb tikintisi və İmişlinin Xalaflı kəndində ilkin təcili yardım məntəqəsinin tikintisini nəzərdə tutur.
|
 Parisdə İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyasının (İCANN) təşkilatçılığı ilə keçirilən İnternet üzrə tənzimləyici qurumların üç günlük iclası başa çatıb.
|
 İyulun 2-də Azərbaycan Dövlət Opera və Balet Teatrının binasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) VII qurultayı keçiriləcək. MQF mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultayın gedişini işıqlandırmaq istəyən KİV nümayəndələrinin bu gündən etibarən akkreditasiyadan keçməsi lazımdır.
|
 Yaxın 3 il ərzində Azərbaycan paytaxtında daha 11 yol ayrıcı (yolötürücü) inşa olunacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib. «Nazirlik tərəfindən hazırlanan və artıq Azərbaycan hökumətinə təqdim olunan 2008-2010-cu illəri əhatə edən tədbirlər planına əsasən, təkcə Bakı şəhərində daha 11 yol ayrıcı, 10 piyada yol keçidi və 13 çoxmərtəbəli avtomobil dayanacağı tikiləcək», - deyə nazirlikdən bildirilib.
|
 Avropa Şurası Parlament Assambleyası Bürosunun bu gün keçirilən iclasında Azərbaycanda keçiriləcək prezident seçkiləri, həmçinin seçkiləri izləyəcək missiyanın tərkibinin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə APA-nın Avropa bürosuna AŞ PA Katibliyindən məlumat verilib. AŞ PA Bürosu seçkiləri izləyəcək müşahidə missiyasının tərkibinin ilkin siyahısını təsdiqləyib.
|
 Bakıda “Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar” mövzusunda Vətəndaş Forumu keçirilib. APA-nın xəbərinə görə, Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə baş tutan tədbirdə qurumun sədri Leyla Yunus çıxış edərək, siyasi iradə olacağı təqdirdə, mövcud qanunvericiliklə demokratik seçki keçirməyin mümkünlüyünü vurğulayıb.
|
 Avropa Şurası Parlament Assambleyası (ASPA) Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı yazılı Bəyanat qəbul edib. Bu barədə cümə günü Trend News-a Bəyanatı hazırlayan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva məlumat verib.
|
 Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini general-mayor Əli Şəfiyevin «Trend» İnformasiya Agentliyinə müsahibəsi Yaşadığımız XXI əsr dünyanın geostrateji areallarının dəyişkənliyi, inteqrasiya proseslərinin sürətlənməsi, habelə beynəlxalq təhlükəsizliyi hədələyən yeni təhlükələrlə xarakterikdir. Silahlı separatçılıq, dini və siyasi ekstremizm, narkotiklərin, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri və terrorçuluq kimi qorxulu təzahürlər Azərbaycan üçün də təhlükədir.
|
 Azərbaycanlı əsirlərin Ermənistanda taleyi naməlum olaraq qalır. Bu bəyanatla Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə paşayeva Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinə dair bu gün AŞPA-da keçirilən müzakirələrdə çıxış edib.
|
 Azərbaycanda qeyri-qanuni ali təhsil almış 700 tələbənin heç biri magistr pilləsinə qəbul olmayıb. Bu barədə cümə günü Bakıda jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
|
 Azərbaycanın müxalif Ümid Partiyası öz ətrafında seçki bloku yaratmayacaq. «Müəyyən partiyalardan əməkdaşlıq barədə təkliflər almışıq, amma geniş mənada blok şəklində seçkiyə getmək düşüncəmiz yoxdur», Trend News-un məlumatına görə, cümə günü jurnalistlərə partiyanın sədri, deputat İqbal Ağazadə bildirib.
|
 Azərbaycanın müxalifət liderlərinin bu gün Bakıda səfərdə olan ABŞ-ın dövlət katibinin demokratiya və insan haqları üzrə müavini Devid Kremer ilə görüşündə seçki öncəsi vəziyyət müzakirə olunub. “Görüşdə regionda demokratik proseslərin inkişafı, Dağlıq Qarabağ problemi əsas müzakirə predmeti olub”, cümə günü Trend News-a müxalif Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirib.
|
 ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıda Ermənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər. Bazar ertəsi günorta Bakıda ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Metyu Brayza, Bernar Fasye və Yuri Merzlyakov iləAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında danışıqlar aparılıb.
|
 Azərbaycanın prezidenti İlham Əliyev iyunun 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Əvvəlcə prezidentlərin təkbətək görüşü oldu.
|
|
|