Ìàòåðèàëû çà Iyul 2008 illər » Avciya.az
az | en | ru
ARDNŞ-in Gürcüstandakı neft terminalı öz fəaliyyətində şəffaflığı təmin edir... Azərbaycan ən sürətlə inkişaf edən, sabit, dünyada öz rolunu oynayan ölkədir ... “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə”... Azərbaycan qatarlarının Dağıstan dəmir yolu ilə hərəkəti yaxın vaxtlarda bərpa olunacaq ... Azərbaycanda ötən il 300-dən çox mətbu nəşr qeydə alınıb... Dövlətin və KİV-in inkişaf templəri üst-üstə düşməlidir ... Dağlıq Qarabağ münaqişəsinin uzanması təhlükəli vəziyyət yaradır ... Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb ... Avropa Şurası Azərbaycanda parlament seçkiləri ilə bağlı yardım proqramı qəbul edib... Serj Sarkisyan: «Bakı Qarabağ münaqişəsini hərbi yolla həll etmək məqsədini gizlətmir»...
31 Iyul 2008, 18:07    Cəzaçəkmə Müəssisəsində monitorinq keçirilmişdir
Cəzaçəkmə Müəssisəsində monitorinq keçirilmişdir«Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyinin 15 iyul 2008-ci il tarixdə 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində monitorinq keçirmişdir.
15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində monitorinq müəssisənin əməliyyat-rejim məsələləri üzrə rəis müavini ədliyyə polkovnik-leytenantı Qasım Əliyevin iştirakı ilə aparıldı.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
31 Iyul 2008, 15:07    ABŞ Konqresinin Helsinki komissiyası Azərbaycandakı demokratik vəziyyəti müzakirə edib
ABŞ Konqresinin Helsinki komissiyası Azərbaycandakı demokratik vəziyyəti müzakirə edibABŞ-ın Avropada əməkdaşlıq və təhlükəsizlik üzrə komissiyası (Helsinki komissiyası) Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərindən sonra insan hüquqları sahəsində bir qədər irəliləyişin olduğunu qeyd edir. Bu barədə ABŞ Dövlət katibinin demokratiya və insan hüquqları üzrə müavini, Freedom House-un nümayəndəsi Kris Uoker çərşənbə axşamı Vaşinqtonda keçirilən Helsinki komissiyasının Azərbaycandakı demokratik vəziyyətə dair dinləmələrində deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
31 Iyul 2008, 15:07    Azərbaycanın MSK-sı prezident seçkisi ilə bağlı normativ aktlar toplusu hazırlayıb
Azərbaycanın MSK-sı prezident seçkisi ilə bağlı normativ aktlar toplusu hazırlayıbAzərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn prezident seçkiləri ilə bağlı normativ aktlar toplusu hazırlayıb. Çərşənbə günü Trend News-a MSK-dan verilən məlumata görə, artıq toplunun I cildi işıq üzü görüb.
MSK-dan bildirilib ki, qurum prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı normativ bazanın təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir. MSK “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanununu nəzərə almaqla Seçki Məcəlləsinin yeni nəşrini hazırlayaraq çap etdirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Iyul 2008, 15:07    Azərbaycanın hakim partiyası prezident seçkilərini izləmək üçün müşahidəçilər ayırıb
Azərbaycanın hakim partiyası prezident seçkilərini izləmək üçün müşahidəçilər ayırıbHakim Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərini izləmək üçün müşahidəçilər ayırıb. «Bizim müşahidəçilərimiz bütün ölkə üzrə seçki prosesini müşahidə edəcəklər», çərşənbə günü Trend News-a YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Iyul 2008, 15:07    Azərbaycanın müxalif partiyası seçki bloku yaratmaq niyyətindədir
Azərbaycanın müxalif partiyası seçki bloku yaratmaq niyyətindədirAzərbaycanın müxalif Müsavat Partiyası seçki bloku yaratmaq niyyətindədir. «Əgər seçkidə iştirak qərarı versək, bu, istiqamətdə real addımlar atılacaq», çərşənbə günü Trend News-a Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
Hacılı xatırladıb ki, avqustun 2-də Müsavatın Məclisi seçkidə iştirak edib-etməməklə bağlı yekun qərar verəcək. «Əgər biz seçkidə iştirak qərarı versək və İsa Qəmbərin prezidentliyə namizədliyi rəsmiləşsə müəyyən siyasi partiyaları, ictimai təşkilatları onun ətrafına yığmaq çətin olmayacaq», - deyən Hacılı artıq müəyyən partiyaların Qəmbərin namizədliyini müdafiə etmək niyyətində olduqlarını Müsavat rəhbərliyinə bildirdiklərini deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Iyul 2008, 15:07    Aİ-nin xüsusi nümayəndəsi Bakıda qarşıdakı prezident seçkilərini müzakirə etməyə hazırlaşır
Aİ-nin xüsusi nümayəndəsi Bakıda qarşıdakı prezident seçkilərini müzakirə etməyə hazırlaşırAvropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda Azərbaycanda prezident seçkisini müzakirə etməyə hazırlaşır.
Bu barədə Trend News -a çərşənbə günü Semnebinin məsləhətçisi Kler Delessard məlumat verib. Aİ-nin xüsusi nümayəndəsi iyulun 31- də Azərbaycana gələcək. Semnebi səfər zamanı Bakıda Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması yolları və Azərbaycan siyasətinə dair digər məsələləri müzakirə etməyi planlaşdırır.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Iyul 2008, 15:07    Türk millət vəkilləri Xocalı soyqırımının rəsmən Türkiyədə qeyd olunmasını istəyirlər
Türk millət vəkilləri Xocalı soyqırımının rəsmən Türkiyədə qeyd olunmasını istəyirlərTürk millət vəkilləri Xocalı soyqırımının rəsmən Türkiyədə qeyd olunması təklifi ilə çıxış ediblər. Bu təklif çərşənbə günü Türkiyə Böyük Millət Məclisində İstanbulun Güngörən səmtində baş verən terror aktının qınanması ilə bağlı dinləmələrdə səsləndirilib.
Müzakirələr zamanı millət vəkilləri erməni terrorunun Azəbaycanda törətdiyi cinayətlərə toxunub və Xocalı faciəsinin rəsmən Türkiyədə qeyd edilməsi məsələsini qaldırıblar.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
31 Iyul 2008, 15:07    Rəsmi Bakı Helsinki Komissiyasının dinləmələrində səslənən fikirləri qeyri-obyektiv hesab edir
Rəsmi Bakı Helsinki Komissiyasının dinləmələrində səslənən fikirləri qeyri-obyektiv hesab edirRəsmi Bakı ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) dünənki dinləmələrində səslənən fikirləri qeyri-obyektiv hesab edir.
“Mən hesab edirəm ki, ABŞ Dövlət Katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavini, Freedom House-un nümayəndəsi Kris Uokerin səsləndirdiyi fikirlər reallığı əks etdirmir, qeyri-obyektiv və təxribat xarakterlidir”, - çərşənbə günü Trend News-a Azərbaycan prezidenti İcra Aparatının siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Iyul 2008, 15:07    Azərbaycan hakimiyyəti mitinqlərin keçirilməsi üçün yeni yerlərin ayrılmasının müzakirəsinə başlamalıdır
Azərbaycan hakimiyyəti mitinqlərin keçirilməsi üçün yeni yerlərin ayrılmasının müzakirəsinə başlamalıdırATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heyki Talvitiye hesab edir ki, Azərbaycan hakimiyyəti Bakı şəhərində mitinq və nümayişlərin keçirilməsi üçün yeni yerlərin ayrılması ilə bağlı müxalifət partiyaları ilə müzakirələrə başlamalıdır. «Hakimiyyət bu məsələdə təcili olaraq müxalifətlə razılığa gəlməyə çalışmalıdır», - deyə Azərbaycana səfərinin yekunları ilə bağlı çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heykki Talvitiye bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Iyul 2008, 15:07    Avqustun 3-də BAXCP prezidentliyə namizədini rəsmən təsdiqləyəcək
Avqustun 3-də BAXCP prezidentliyə namizədini rəsmən təsdiqləyəcəkBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) avqustun 3-də Ali Məclisini keçirəcək. Bu barədə APA-ya BAXCP sədri Qüdrət Həsənquliyev məlumat verib. Partiya sədri bildirib ki, Ali Məclisdə təşkilatın prezidentliyə namizədi rəsmən təsdiqlənəcək. Onun sözlərinə görə, Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlər yalnız seçkilərə rəsmən start veriləndən sonra təşkilatların ali orqanları tərəfindən təsdiqlənə bilər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Iyul 2008, 15:07    MDB də seçkiləri izləmək üçün Azərbaycana müşahidə missiyaları göndərəcək
MDB də seçkiləri izləmək üçün Azərbaycana müşahidə missiyaları göndərəcəkAzərbaycan hökuməti MDB-ni prezident seçkilərində müşahidə aparmağa dəvət etdikdən sonra qurumun İcraiyyə Komitəsi ölkəyə ilkin missiya göndərəcək. Bu barədə APA-ya MDB İcraiyyə Komitəsindən məlumat verilib.
Missiya vəziyyəti öyrənərək nə qədər müşahidəçi lazım olacağını müəyyənləşdirəcək. Bundan sonra sentyabrın ortalarında Bakıda MDB-nin seçkiləri müşahidə missiyasının qərargahı formalaşacaq.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Iyul 2008, 15:07    Gələn ildən Azərbaycan dövlət dəmir yollarının yenidən qurulmasına başlanacaq
Gələn ildən Azərbaycan dövlət dəmir yollarının yenidən qurulmasına başlanacaqAzərbaycan dəmir yollarının yenidən qurulması üzrə dövlət proqramının yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir. “APA-Ecomonomics”in məlumatına görə, Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, proqramın əsas istiqamətləri Azərbaycan dövlət dəmir yollarında korporativ islahatlarının aparılması, dəmir yollarının idarə edilməsinin təkmilləşdirilməsi, dəmiryolu infrastrukturunun yeniləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və dəmir yollarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində işlərin görülməsidir.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Iyul 2008, 15:07    İctimai nəqliyyatın intellektual idarə edilməsi üçün mərkəzin inşasına başlanacaq
İctimai nəqliyyatın intellektual idarə edilməsi üçün mərkəzin inşasına başlanacaq“Nəqliyyatın intellektual idarə edilmə sisteminin yaradılması layihəsi” çərçivəsində sentyabrda Bakıda İdarəetmə Mərkəzinin təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır. “APA-Ecomonomics”in məlumatına görə, bu barədə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Nazir müavinin sözlərinə görə, layihənin icrası ilə bağlı artıq podratçı şirkətlə müqavilə başlanıb. M. Pənahov qeyd edib ki, eyni zamanda idarəetmə sisteminin effektiv tətbiqi, bu sistemin ictimai nəqliyyatın idarə olunmasına təsir göstərməsi üçün paytaxtın bütün yollarında tədqiqatlar aparılır.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Iyul 2008, 15:07    Ermənistan “Madrid təklifləri” əsasında danışıqları davam etdirməyə hazırdır
Ermənistan “Madrid təklifləri” əsasında danışıqları davam etdirməyə hazırdırAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü avqustun 1-də Moskvada keçiriləcək. APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub. O, həmsədrlərlə geniş formatda və nazirlərin ayrıca görüşünün nəzərdə tutulduğunu söyləyib. Erməni nazir görüşdə “Madrid təklifləri”nə dair müzakirələr aparılacağını diqqətə çatdırıb.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
31 Iyul 2008, 15:07    Bu ilin oktyabrında Xəzəryanı ölkələrin birinci hökumətlərarası iqtisadi konfransı keçiriləcək
Bu ilin oktyabrında Xəzəryanı ölkələrin birinci hökumətlərarası iqtisadi konfransı keçiriləcəkBu il oktyabr ayının 3-5-də Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin birinci hökumətlərarası iqtisadi konfransı keçiriləcək. «APA-Economics»in RBK-ya istinadən verdiyi məlumata görə, konfransda Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İranın hökumət nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində «Xəzər regionunun davamlı inkişafı üçün bioresurs potensialının effektiv istifadəsi və saxlanmasına dair transsərhəd əməkdaşlığı», «Xəzərin nəqliyyat-logistika sisteminin təşəkkülü və inkişafı: tendensiyalar, məqsədlər, perspektivlər», «Xəzər regionunun mineral mənbələrinin kompleks istifadəsi» və «Xəzər regionu-artan investisiyalar ərazisi» mövzuları üzrə biznes layihələr təqdim olunacaq.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Iyul 2008, 15:07    Sərdar Cəlaloğlu: “ADP-nin prezident seçkilərini boykot etmək fikri yoxdur”
Sərdar Cəlaloğlu: “ADP-nin prezident seçkilərini boykot etmək fikri yoxdur”“Azərbaycan Demokrat Partiyasının prezident seçkilərini boykot etmək fikri yoxdur. Amma seçkidə iştirak etməməklə bağlı təkliflər var və əgər Ali Məclisin iclasında iştirakın əleyhinə qərar qəbul olunacaqsa, bu qərara uyğun addım atacağam”. Bunu APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, Ali Məclisin iclasında açıq diskussiya olacaq və hər kəs fikrini sərbəst söyləyə biləcək. Diskussiyada aktiv iştirak etməyəcəyini bildirən S. Cəlaloğlu hazırkı məqamda hansı qərarın qəbul ediləcəyini bilmədiyini deyib: “Biz açıq bildirmişik ki, partiyamızın birmənalı seçkiyə getmək fikri yoxdur. Ali Məclisdə formal bir qərar olacaq.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Iyul 2008, 15:07    Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdırATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisi, səfir Heikki Talvitie Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan H. Talvitie ATƏT-in Azərbaycan və Ermənistan arasındakı dialoqun davam etdirilməsini dəstəklədiyini, iki ölkənin xarici işlər nazirinin görüşünü gözlədiyini bildirib. Xüsusi elçi xarici işlər nazirlərinin seçkidən əvvəl görüşməsinin yaxşı hal olduğunu deyib: “Ümidvarıq ki, tərəflər arasında dialoq seçkidən sonra da davam edəcək. Dialoq əsas prinsiplər üzərində aparılır.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
30 Iyul 2008, 17:07    Azərbaycanda prezident seçkisi ilə bağlı səsvermə oktyabrın 15 - də səhər saat 8:00 -də başlanacaq
Azərbaycanda prezident seçkisi ilə bağlı səsvermə oktyabrın 15 - də səhər saat 8:00 -də başlanacaqAzərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə oktyabrın 15 - də səhər saat 8:00 - da başlanıb, Saat 19:00-da başa çatacaq. Bu barədə çərşənbə axşamı MSK seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin təqvim planını təsdiq edib. Seçki kampaniyasına seçki gününə 75 gün qalmış start veriləcək. Avqust ayının sonunadək prezidentliyə namizədlərin irəli sürülməsi, onların qeydiyyata alınması həyata keçiriləcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
30 Iyul 2008, 17:07    Azərbaycanda yeni siyasi partiyanın yaradılması prosesinə müvəqqəti olaraq fasilə verilib
Azərbaycanda yeni siyasi partiyanın yaradılması prosesinə müvəqqəti olaraq fasilə verilibAzərbaycanda yeni siyasi partiyanın yaradılması istiqamətində aparılan fəaliyyətə müvəqqəti olaraq fasilə verilib. «Hazırda Təşkilat Komitəsinin üzvlərinin bir hissəsi Bakıda olmadığından, prosesə müvəqqəti fasilə vermişik», - bunu çərşənbə axşamı Trend News-a yeni partiyanın yaranması məqsədilə formalaşan 11 nəfərdən ibarət Təşkilat Komitəsinin üzvü Aydın Quliyev deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
30 Iyul 2008, 17:07    Azərbaycanın müxalifət lideri seçkidə iştirak etməmək qərarı verib
Azərbaycanın müxalifət lideri seçkidə iştirak etməmək qərarı veribMüxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov prezident seçkisində iştirak etməyəcək. «Mənim prezident seçkisində iştirakım gözlənilmir», - deyə çərşənbə axşamı Trend News-a AMİP lideri Etibar Məmmdov bildirib.
Məmmədov bildirib ki, AMİP-in başqa bir namizədlə seçkiyə qoşulmasını istisna etmək olmaz. «Partiya başqa bir namizəd irəli sürsə, mən onu müdafiə edəcəyəm» - deyən Məmmədov özünün seçkilərə hansı səbəbdən qoşulmayacağına şərh vermək istəməyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
30 Iyul 2008, 16:07    Azərbaycanda qeydiyyatı ləğv olunmuş SMM-in şikayəti üzrə proses təxirə salınıb
Azərbaycanda qeydiyyatı ləğv olunmuş SMM-in şikayəti üzrə proses təxirə salınıbBakı Apellyasiya Məhkəməsi qeydiyyatı ləğv olunmuş Seçki Monitorinq Mərkəzinin (SMM) apelyasiya şikayəti üzrə məhkəmə prosesini qeyri-müəyyən vaxtadək təxirə salıb.
Təşkilatın icraçı direktoru Anar Məmmədli Trend News-a bildirib ki, buna səbəb onların Xətai rayon məhkəməsinin SMM-in qeydiyyatının ləğvi barədə qərarının dərhal icraya yönəldilməsindən Ali Məhkəməyə kasasiya şikayətləri vermələri olub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
30 Iyul 2008, 16:07    ATƏT rəhbərinin xüsusi nümayəndəsi münaqişənin nizamlanma yollarını müzakirə ediblər
ATƏT rəhbərinin xüsusi nümayəndəsi münaqişənin nizamlanma yollarını müzakirə ediblərATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Heykki Talvitiye və Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov çərşənbə axşamı Bakıda Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanma yollarını müzakirə ediblər.
ATƏT-in xüsusi nümayəndəsi Bakıda, Azərbaycanda keçiriləcək seçki ilə bağlı mövzuya da toxunmaq niyyətindədir.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
30 Iyul 2008, 16:07    Cakartada Azərbaycan-İndoneziya münasibətlərinin perspektivləri müzakirə olunacaq
Cakartada Azərbaycan-İndoneziya münasibətlərinin perspektivləri müzakirə olunacaqAzərbaycan prezidenti İlham Əliyevin İndoneziyaya qarşıdakı rəsmi səfəri zamanı ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunacaq.
Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev çərşənbə axşamı Trend News-a bildirib ki, iki ölkənin Xarici İşlər nazirliklərində səfərin tarixi razılaşdırılır.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
30 Iyul 2008, 16:07    Azərbaycan müxalifətinin təmsilçiləri qərarlarını dəyişməyəcəklər
Azərbaycan müxalifətinin təmsilçiləri qərarlarını dəyişməyəcəklərAzərbaycan müxalifətinin seçkidə iştirak etmək niyyətində olan təmsilçiləri öz qərarlarını dəyişməyəcəklər. «Mənim seçkidə iştirak qərarımı dəyişmək niyyətim yoxdur», - deyə çərşənbə axşamı Trend News-a «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov bildirib.
Namazov bildirib ki, o, seçkidə iştirakın tərəfdarıdır. «Həmişə çalışıram ki, inandığım yolla gedim. Məndə daxili əminlik var ki, seçkidə iştirak düzgün yoldur.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
← Geri    1 2 3 ... 13 14 15    İrəli →