Hörmətli oxucular!
|
 ATƏT-in müşahidə missiyası Azərbaycanda bu il keçiriləcək prezident seçkisini müşahidə etməyə dəvət olunacaq. Trend News-un məlumatına görə, bunu çərşənbə günü Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Azərbaycanda prezident seçkisinin oktyabrda keçirilməsi nəzərdə tutulur. MSK bu ayın sonunda seçki kampaniyasına rəsmən start verəcək və seçkinin dəqiq tarixini elan edəcək.
|
 Azərbaycan hakimiyyəti hesab edir ki, prezident seçkisində ən azı 7-8 namizəd iştirak edəcək. «Hesab edirəm ki, bəzi partiyaların boykotla bağlı bəyanatları ciddi siyasi çəkiyə malik deyil. Əminəm ki , seçkidə 7-8 namizəd iştirak edəcək», Trend News-un məlumatına görə, çərşənbə günü Prezidentin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənov bildirib.
|
 ATƏT hesab edir ki, Azərbaycanda keçiriləcək prezident seçkisinə icra strukturlarının müdaxiləsi yolverilməzdir. “İcra hakimiyyətlərinin seçkidə rolu düzgün izah olunmalıdır. Səsvermə prosesinə, səslərin sayılmasına icra strukturlarının müdaxiləsi yolverilməzdir”, Trend News-un məlumatına görə, çərşənbə günü Bakıda icra hakimiyyəti rəhbərləri və dairə seçki komissiyaları sədrləri üçün seçki prosesinə müdaxiləyə dair keçirilən seminarda ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero bildirib.
|
 Azərbaycan prezidenti İlham Əliyev “Ekoloji təhlükəsizlik haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” qanunun icrasını təmin etmək məqsədi ilə fərman imzalayıb. Fərmana əsasən “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilib.
|
 Azərbaycanda Diplomatik xidmət günü qeyd edilir. Bayram Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust sərəncamı ilə təsis edilib. Ölkənin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat 1919-cu il iyulun 9-da müsəlman şərqində ilk olan Azərbaycan Demokratik Respublikasının (ADR) hakimiyyəti dövründə qəbul edilib.
|
 Azərbaycan Asiyada Etimad və Qarşılıqlı Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin avqust ayında Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitində iştirak edəcək. «Azərbaycan Astanada xarici işlər naziri səviyyəsində təmsil oluna bilər”, - deyə çərşənbə günü Bakıda Trend News-a Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov bildirib.
|
 Monqolustanın xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev səfərin ölkədə gedən daxili proseslər səbəbindən ləngidiyini bildirib
|
 “Avropa Şurası Venesiya Komissiyasının bütün təkliflərinin nəzərə alınmamasına səbəb hakimiyyət bunu istəməməsi deyildi. Sadəcə, siyasi partiyalar bu məsələdə ümumi razılığa gələ bilmədilər”. APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ATƏT və Avropa Şurası Seçki Məcəlləsində (SM) edilən dəyişikliklərlə bütövlükdə razıdır.
|
 İFES-in Bakı ofisinin direktoru Daniel Blesinqtonun APA-ya müsahibəsi - Rəhbərlik etdiyiniz qurum Azərbaycanda prezident seçkiləri ilə bağlı hansı tədbirlər həyata keçirməyi planlaşdırır?- Oktyabrda keçiriləcək prezident seçkiləri üçün İFES-in Azərbaycandakı nümayəndəliyi hökumətə beynəlxalq və milli seçki öhdəliklərini yerinə yetirməsində köməklik edir.
|
 BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamənin əleyhinə çıxan Hindistan bunun səbəbləri ilə bağlı Azərbaycan tərəfinin sorğusuna cavab verib. Bunu APA-ya açıqlamasında Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev deyib. Amma o, Hindistan tərəfinin cavabının nədən ibarət olduğunu söyləməyib. Səfir bu yaxınlarda Hindistan xarici işlər nazirinin müavininin Azərbaycana səfərə gələcəyini bildirib.
|
 Həsən Kərimov: “İqbal Ağazadə müxalifət adına ləkədir” ““Azadlıq” bloku vaxtilə Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, “Yeni Müsavat” qəzeti, indi də Ümid Partiyası ilə eyni davanı aparır. Nəhayət ki, “Azadlıq” blokunun bu isterikasına son qoyulmalıdır. Onlar anlamlıdırlar ki, cəmiyyətdə olan bütün qüvvələrə savaş aça bilməzlər”.
|
 Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi - Mətbuat Şurası Mətbuat Günü ilə bağlı hansı tədbirlər həyata keçirəcək? - Mətbuat Şurası yaranan gündən sonra Mətbuat Günü ilə bağlı hər il qəbullar təşkil olunub. Bu il də belə olacaq. İyulun 21-də keçiriləcək qəbula KİV nümayəndələri, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri və digər şəxslər dəvət olunacaqlar.
|
 Azərbaycan Mətbuat Şurası (MŞ) mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək üçün 6 aylıq monitorinq keçirib. MŞ-nın Monitorinq qrupundan APA-ya daxil olan məlumata görə, monitorinq «525-ci qəzet», «Azərbaycan», «Yeni Müsavat», «İki sahil», «Bakı xəbər», «Yeni Azərbaycan», «Azadlıq», «Respublika», «İmpuls», «Xalq qəzeti», «Səs», «Exo», «Şərq», «Palitet», «Zerkalo», «Palitra», «Ekspress», «Xalq Cəbhəsi», «Ədalət», «Olaylar», «Kaspi», «Reytinq», «Mərkəz», «Xəzər» qəzetlərinin əsasında aparılıb. «Gün səhər» qəzeti nəşrini dayandırdığından monitorinqdən çıxarılıb.
|
 İyulun 10-11-də Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda I Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.
|
 Bu ilin sonuna qədər Bakıda Azərbaycanla Avstriya arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov məlumat verib. O bildirib ki, məsləhətləşmələr zamanı ikitərəfli və regional əməkdaşlıq, Azərbaycanın Avropa məkanına inteqrasiyası, enerjin məsələləri müzakirə ediləcək.
|
 “Mandatıma uyğun olaraq seçki prosesinin gedişatına kömək etməyə çalışıram. Bizim tövsiyələrimizin qəbul edilib-edilməməsi isə Azərbaycanın işidir”. APA-nın məlumatına görə, ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Xose Luis Herero Ansola jurnalistlərə açıqlamasında bildirib ki, bir müddət öncə Azərbaycana gələn müşahidə missiyası səfərin yekunları ilə bağlı hesabat hazırlayacaq
|
 Cakartada Azərbaycan və İndoneziya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Danışıqlar Azərbaycan prezidenti İlham Əliyevin İndoneziyaya rəsmi səfəri çərçivəsində aparılacaq. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev məlumat verib.
|
 Yaxın zamanlarda Azərbaycanda İspaniya səfirliyi fəaliyyətə başlayacaq. Hazırda diplomatik missiyanın açılışı ilə bağlı texniki məsələlər müzakirə olunur. Bu xəbəri çərşənbə günü jurnalistlərə Azərbaycanın İspaniyadakı səfiri Məmməd Əliyev xəbər verib.
|
 Avropanın on iki ölkəsindən olan tələbələr Azərbaycan dilini öyrənəcəklər. İtaliya, İspaniya, Hollandiya, Çexiya, Macarıstan, Danimarka, Türkiyə, Gürcüstan, Finlandiya, Estoniya, Sloveniya və Slovakiyadan olan gənclər Azərbaycan dilini Avropa Tələbələri Forumunun (AEGEE-Baki) təsis etdiyi “Odlar yurdu - Azərbaycan” iki həftəlik kurs çərçivəsində öyrənəcəklər.
|
 Azərbaycan prezidenti İlham Əliyev Xarici İşlər Nazirliyinin əməkdaşlarına əlavə pul təminatının verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib.
|
|
|