Ìàòåðèàëû çà 29.07.2008 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
29 Iyul 2008, 11:07    Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sədrliyinə Tufan Kərimin namizədliyi irəli sürülüb
Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sədrliyinə Tufan Kərimin namizədliyi irəli sürülübAzərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AMDP) Siyasi Şurasının iclasında partiyanın sədrliyinə Böyük Məclisin sədri Tufan Kərimin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Bu barədə APA-ya AMDP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Şaban Nəsirov məlumat verib. Onun sözlərinə görə, qərar yekdilliklə qəbul edilib. Ş. Nəsirov bildirib ki, yaxın bir ay müddətində partiyanın qurultayı keçiriləcək və yeni sədr seçiləcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
29 Iyul 2008, 11:07    Dünya Bankı ilə Azərbaycan arasında yenidən danışıqlar aparılacaq
Dünya Bankı ilə Azərbaycan arasında yenidən danışıqlar aparılacaqDünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında «Azərbaycan maliyyə sisteminin modernləşməsi» layihəsi üzrə yenidən müzakirələr aparılacaq. Bu barədə «APA-Economics»ə DB-nin Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak bildirib. Q. Yedjeyçakın sözlərinə görə, layihə çərçivəsində DB-nin Beynəlxalq İnkişaf Assosiasiyası (İDA) tərəfindən 10 mln. ABŞ dollarının ayrılması nəzərdə tutulurdu ki, bu da İDA-nın Azərbaycana ayıracağı son kredit xətlərindən biri olacaqdı: «Lakin bir neçə səbəbə görə layihənin icrasına başlanmadı.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
29 Iyul 2008, 11:07    “Sülhməramlı əməliyyatlar zamanı tibbi təminat” mövzusunda seminar keçirilir
“Sülhməramlı əməliyyatlar zamanı tibbi təminat” mövzusunda seminar keçirilirBakıda “Sülhməramlı əməliyyatlar zamanı tibbi təminat” mövzusunda seminar başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində təşkil olunub. Tədbir avqustun 1-də başa çatacaq.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
29 Iyul 2008, 11:07    Dağlıq Qarabağ üzrə alt komitənin sədri Lord Rassel Conston vəfat edib
Dağlıq Qarabağ üzrə alt komitənin sədri Lord Rassel Conston vəfat edibAvropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri, Böyük Britaniyadan olan deputat Lord Rassel Conston vəfat edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, AŞ PA-nın sabiq prezidenti iyulun 27-də Parisdə 76 yaşında dünyasını dəyişib. Mərhum beyin sümüyünün xərçəngindən əziyyət çəkirmiş.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
29 Iyul 2008, 11:07    Piter Semnebi iyulun 31-də Azərbaycana səfər edəcək
Piter Semnebi iyulun 31-də Azərbaycana səfər edəcəkAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, səfir Piter Semnebi iyulun 31-də Azərbaycana səfər edəcək. Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan məlumata görə, P. Semnebinin səfəri avqustun 2-nə kimi davam edəcək.
P. Semnebi özü isə APA-ya açıqlamasında deyib ki, səfəri çərçivəsində Azərbaycan prezidenti və Xarici İşlər Nazirliyində görüşü nəzərdə tutulur.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
29 Iyul 2008, 11:07    Azərbaycanın müxalif partiyası seçkidə iştirak edəcək
Azərbaycanın müxalif partiyası seçkidə iştirak edəcəkMüxalif Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qarşıdan gələn prezident seçkisini boykot etməyəcək. «Biz seçkidə iştirak etmək niyyətindəyik və partiyada əksəriyyət seçkiyə qoşulmağımızın tərəfdarıdır», bazar ertəsi Trend News-a AMİP-in sədr müavini Əli Orucov bildirib.
Orucov deyib ki, AMİP seçkiqabağı mühitdən narazı olsa da, seçkidə iştiraka üstünlük verir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
29 Iyul 2008, 11:07    Dövlət parlamentdə təmsil olunan siyasi partiyaları maliyyələşdirə bilər
Dövlət parlamentdə təmsil olunan siyasi partiyaları maliyyələşdirə bilər Azərbaycanda dövlət parlamentdə təmsil olunan siyasi partiyaları maliyyələşdirə bilər.
“Azərbaycan Türkiyənin parlamentdə təmsil olunan partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi təcrübəsindən gələcəkdə istifadə edə bilər”, - Azərbaycan prezidenti İcra Aparatının siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov hesab edir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
29 Iyul 2008, 11:07    Azərbaycanda yeni layihələrin reallaşdırılması imkanlarını öyrənilir
Azərbaycanda yeni layihələrin reallaşdırılması imkanlarını öyrənilirABŞ-ın İnkişaf və Ticarət Agentliyi (USAİD) administratorunun Avropa və Avrasiya ölkələri üzrə köməkçisi Ken Yamaşita Azərbaycanda təşkilatın yeni layihələrinin reallaşdırılma imkanlarını öyrənir.
Yamaşita səfəri çərçivəsində USAİD-in tərəfdaş təşkilatları ilə görüşəcək, həmçinin USAİD-in maliyyələşdirdiyi iri layihələrə baş çəkəcək. Agentliyin nümayəndəsi artıq Şüvəlanda Save the Children ilə birlikdə işləyən Uşaqların Müdafiəsi Mərkəzində olub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
29 Iyul 2008, 11:07    Azərbaycanın Mərkəzi Seçki Komissiyası vətəndaşları seçkidə fəal iştiraka çağırıb
Azərbaycanın Mərkəzi Seçki Komissiyası vətəndaşları seçkidə fəal iştiraka çağırıbAzərbaycanın Mərkəzi Seçki Komissiyası ölkə vətəndaşlarını qarşıdan gələn prezident seçkisində fəal iştirak etməyə çağırıb. «Azərbaycanda seçkinin tam demokratik keçirilməsinə lazımi şərait yaradılıb və mən vətəndaşları seçkidə fəal iştirak etməyə çağırıram. Biz hesab edirik ki, seçkidə seçici fəallığı yüksək səviyyədə olacaq», - Trend News-un məlumatına görə, bunu bazar ertəsi keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
29 Iyul 2008, 11:07    Azərbaycanda prezident seçkisinin tarixi elan olundu
Azərbaycanda prezident seçkisinin tarixi elan olunduAzərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bazar ertəsi keçirilən iclasında məlumat verib. «Azərbaycanda prezident seçkisinin oktyabrın 15- də keçirilməsi barədə qərar iki gün müddətində mətbuatda dərc olunacaq və hüquqi qüvvəyə minəcək. Bundan sonra namizədlərin irəli sürülməsi prosesi başlanacaq» -deyə Pənahov qeyd etdi.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə