Ìàòåðèàëû çà 11.08.2008 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
11 Avqust 2008, 12:08    AVCİYA Seçki Qərərgahı regionlarda görüşləri davam etdirir
AVCİYA Seçki Qərərgahı regionlarda görüşləri davam etdirir«AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI»nın (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi regionlarla işi daha da genişləndirir. Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə nümayəndə heyəti 12 - 23 iyul 2008 –ci il tarixlərdə Xaçmaz, Quba, Göyçay, Mingəçevir, Gəncə, Şamaxı, İsmayıllı və Şəki şəhərlərində olaraq Assosiasiyanın regional ofislərində görüşlər keçirmişlər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
11 Avqust 2008, 11:08    Inşa olunan avtovağzal sentyabrın sonu, oktyabrın əvvəllərində istifadəyə veriləcək
Inşa olunan avtovağzal sentyabrın sonu, oktyabrın əvvəllərində istifadəyə veriləcəkAzərbaycan paytaxtında inşa edilən avtovağzal bu il sentyabrın sonu, oktyabrın əvvəllərində istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib. Hazırda avtovağzalda aparılan son tamamlama işləri sentyabrın ortalarınadək yekunlaşacaq.
Yeni avtovağzala Bakıdan rayonlara və əks istiqamətdə sərnişin daşıyan müasir tələblərə cavab verən avtobuslar buraxılacaq. Hazırda rayonlararası sərnişindaşımada iştirak edən bütün hüquqi və fiziki şəxslərə istifadələrində olan avtobusların müasir tələblərə cavab verən komfortlu avtobuslarla əvəz etmələri barədə xəbərdarlıq olunub.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
11 Avqust 2008, 11:08    Münaqişə zonasında Azərbaycan vətəndaşlarının həlak olduğu barədə məlumatlar yayılıb
Münaqişə zonasında Azərbaycan vətəndaşlarının həlak olduğu barədə məlumatlar yayılıbGürcü-osetin münaqişə zonasında gedən döyüşlərdə Azərbaycanın Qax rayonunda yaşayan gürcülərin də həlak olduğu barədə məlumatlar yayılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayonunun Qax-ingiloy kəndinin sakinləri olan gürcü millətinin nümayəndələri məlumat veriblər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
11 Avqust 2008, 11:08    Rusiya Azərbaycana qarşı da analoji addımlar atacaq
Rusiya Azərbaycana qarşı da analoji addımlar atacaq Rusiyanın Gürcüstana qarşı başladığı hərbi əməliyyatlar rəsmi Moskvanın uzun illər boyu yürütdüyü siyasətin tərkib hissəsidir. Bunu Gürcüstanda baş verənləri APA-ya şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədov bildirib.
Hazırda Gürcüstan ordusunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu qeyd edən rusların məruz qaldığı hərbi itkiləri bunun sübutu adlandırıb: «Rusiya hələ əməliyyatlar başlamazdan öncə Şimali Qafqaza - Gürcüstan və Azərbaycanla sərhədə 350 min nəfərlik canlı qüvvə cəmləşdirmişdi. Bu günlərdə keçirilən «Qafqaz-2008» təlimlərində də Qafqazda hərbi əməliyyatlar ssenarisi nəzərdən keçirilib.
Ətraflı...
Kateqoriya : Analitika
11 Avqust 2008, 11:08    İsa Qəmbərin başqan olmadığı partiyadan gedəcəm – Müsavat Partiyasının üzvü
İsa Qəmbərin başqan olmadığı partiyadan gedəcəm – Müsavat Partiyasının üzvü«Yeni Müsavat» qəzetinin baş redaktoru, Azərbaycanın müxalif Müsavat Partiyasının üzvü Rauf Arifoğlu partiyanı tərk etmək niyyətindədir.
«2010-cu ildə İsa Qəmbər partiyanın rəhbərliyindən gedəcək və partiyanın Nizamnaməsi onun növbəti dəfə başqan olmasını istisna edir. Qəmbərdən başqa kimsənin başqan olduğu Müsavatda mənim qalmağım qeyri-mümkündür», bazar ertəsi Trend News-a Arifoğlu bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
11 Avqust 2008, 11:08    Müxalifət partiyasının rayon təşkilatının bütövlükdə istefa verməsi barədə məlumat yayılıb
Müxalifət partiyasının rayon təşkilatının bütövlükdə istefa verməsi barədə məlumat yayılıbMüxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 165 üzvlük Şəmkir rayon təşkilatının bütövlükdə istefa verməsi və təşkilatın bundan sonrakı siyasi fəaliyyətini Azərbaycan Yolu Siyasi Hərəkatının sıralarında davam etdirəcəyi barədə bazar ertəsi adıçəkilən rayon təşkilatının sədri Nəriman Hüseynovun adından Trend News-a bəyanat daxil olub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
11 Avqust 2008, 11:08    Azərbaycan XİN-i Gürcüstandan Azərbaycana viza alınması prosedurunu yüngülləşdirib
Azərbaycan XİN-i Gürcüstandan Azərbaycana viza alınması prosedurunu yüngülləşdiribAzərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandan Azərbaycana viza alınması prosedurunu yüngülləşdirib. Bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

Onun sözlərinə görə, son 2-3 gün ərzində yüzlərlə xarici vətəndaş Gürcüstandan Azərbaycana keçib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
11 Avqust 2008, 11:08    Polis Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında keçirilən icazəsiz mitinqi dağıdıb
Polis Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında keçirilən icazəsiz mitinqi dağıdıbPolis bazar ertəsi Azərbaycanda yaşayan gürcülərin Bakıda Rusiya səfirliyi qarşısında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməyən etiraz aksiyası keçirmələrinə imkan verməyib.

Trend News -un müxbirinin hadisə yerindən verdiyi məlumata görə, aksiya iştirakçıları «Stop Russia» şüarı səsləndiriblər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
11 Avqust 2008, 11:08    Azərbaycanda seçkiləri boykot edən partiyanın keçmiş Ali Məclis sədri prezidentliyə namizədliyini rəsmən irəli sürüb
Azərbaycanda seçkiləri boykot edən partiyanın keçmiş Ali Məclis sədri prezidentliyə namizədliyini rəsmən irəli sürübMüxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli prezidentliyə namizədliyini rəsmən irəli sürüb. «Artıq mən seçkidə iştirak etmək barədə yekun qərar vermişəm və bu gün sənədlərimi Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyəm», bazar ertəsi Trend News-a Əlibəyli bildirib.
Müxalifəti təmsil edən AXCP hazırda «Azadlıq» siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
11 Avqust 2008, 11:08    Strateji tərəfdaşımız olan Azərbaycanı Gürcüstanı dəstəkləməyə çağırırıq”
Strateji tərəfdaşımız olan Azərbaycanı Gürcüstanı dəstəkləməyə çağırırıq”Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, N. Natbiladze mətbuat konfransında bəyanatla çıxış edib: “Biz beynəlxalq ictimaiyyəti və strateji tərəfdaşımız olan Azərbaycanı Gürcüstanı dəstəkləməyə, Rusiyadan atəşi dayandırmağı tələb etməyə çağırırıq”. Səfir avqustun 8-9-da Gürcüstanın hərbi təcavüzün qurbanı olduğunu, Rusiya hərbi təyyarələrinin təkcə hərbi bazaları deyil, Qori, Kareli, Marneuli kimi yaşayış məntəqələrini də bombaladığını bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
11 Avqust 2008, 11:08    MSK daha 5 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib
MSK daha 5 nəfərin prezidentliyə namizədliyini təsdiqləyibAzərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda prezidentliyə namizədlikləri irəli sürülmüş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, “Yaşıl Siyasət” Seçicilərin Təşəbbüs Qrupunun namizədi Mayıs Güləliyevin və namizədliyi özü tərəfindən irəli sürülmüş Qüdrət İsaqovun namizədlikləri təsdiq edilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
11 Avqust 2008, 11:08    Azərbaycan müxalif Milli İstiqlal Partiyası prezident seçkisində iştirak etməmək barədə qərar çıxarıb
Azərbaycan müxalif Milli İstiqlal Partiyası prezident seçkisində iştirak etməmək barədə qərar çıxarıbMüxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının şənbə günü keçirilən iclasında prezident seçkisində iştirak etməmək barədə qərar çıxarıb. Bu barədə Trend News-a iclasdan sonra partiyanın funksioneri Əli Orucov bildirib.
Orucov bildirib ki, partiya prezident seçkilərində iştirakı vacib hesab edir. Lakin partiyanın namizədi olmadığından, seçkilərdə iştirak etməyəcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə