Ìàòåðèàëû çà 21.08.2008 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
21 Avqust 2008, 15:08    Müxalifətin ümumi koalisiyasının yaradılması ilə bağlı ilkin nəticələr bu həftə məlum olacaq
Müxalifətin ümumi koalisiyasının yaradılması ilə bağlı ilkin nəticələr bu həftə məlum olacaq“Bu həftənin sonuna kimi müxalifətin ümumi koalisiyasının yaradılması ilə bağlı ilkin nəticələr məlum olacaq”. Bu açıqlamanı APA-ya “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov verib. Onun sözlərinə görə, prezident seçkilərində iştirak etməyən partiyalar arasında danışıqlar intensivləşib, koalisiyanın yaranması ilə bağlı artıq müəyyən razılıqlar var.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 15:08    AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinə sədr oktyabr sessiyasında təyin olunacaq
AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinə sədr oktyabr sessiyasında təyin olunacaq“Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinə sədrin təyinatına AŞ Bürosunda baxılır və qərar verilir”. Bunu APA-ya Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

“Namizədlərin irəli sürülməsi, müzakirələrin aparılması, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin münasibətinin öyrənilməsi uzunmüddətli prosesdir” söyləyən S. Seyidovun fikrincə, Alt Komitəyə sədr təyinatı AŞ PA-nın oktyabr sessiyasında həllini tapacaq.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
21 Avqust 2008, 15:08    Böyük Quruluş Partiyası prezident seçkilərində iştirak etməməklə bağlı qərarına yenidən baxacaq
Böyük Quruluş Partiyası prezident seçkilərində iştirak etməməklə bağlı qərarına yenidən baxacaqBöyük Quruluş Partiyası (BQP) prezident seçkilərində iştirakla bağlı məsələyə yenidən baxacaq. Partiyanın Ali Məclisinin sədri Əjdər Əliyev APA-ya bildirib ki, bu məqsədlə avqustun 21-də qurumun Ali Məclisinin toplantısı keçiriləcək: “Partiyanın seçkidə iştirak etməməklə bağlı qərarı təşkilatın yerli strukturları tərəfindən narazılıqla qarşılanıb və onlar partiyanın seçkiyə namizədlə qatılmasını tələb ediblər. Ola bilsin ki, seçkiyə qatılmaq barədə qərar verildi”.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 15:08    Azərbaycan Seçki Məcəlləsi ingilis dilində çap olunub
Azərbaycan Seçki Məcəlləsi ingilis dilində çap olunub“Mərkəzi Seçki Komissiyası oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərini Təqvim Planına uyğun aparır. Seçkilər yaxınlaşdıqca, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da gücləndiririk”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 15:08    İsa Qəmbər Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
İsa Qəmbər Fransanın Azərbaycandakı səfiri ilə görüşübMüsavat Partiyasının başqanı İsa Qəmbər bu gün Fransanın Azərbaycandakı səfiri Qabriel Kallerlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın prezident seçkilərində iştirakdan imtinası haqda müzakirələr aparılıb. Həmçinin bir sıra regional proseslər, Gürcüstanda baş verən hadisələr, Cənubi Qafqazın Avro-Atlantik məkana inteqrasiyası perspektivləri müzakirə edilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 15:08    Azərbaycanın Oğuz rayonunda e.ə 14-16-cı əsrlərə aid kurqanlar aşkarlanıb
Azərbaycanın Oğuz rayonunda e.ə 14-16-cı əsrlərə aid kurqanlar aşkarlanıbAzərbaycanın Oğuz rayonu ərazisində eramızdan əvvəl (e.ə) 14-16-cı əsrlərə aid kurqanlar aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı Nəsib Muxtarov APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, tarixi tapıntılara Oğuz rayonunun Kərimli kəndi ərazisində təsadüf edilib. Aşkarlanmış kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Ümumiləşdirilmiş Preferensiyalar Sistemi proqramının aktivləşdirilməsinə dair qərar qəbul edilib
Ümumiləşdirilmiş Preferensiyalar Sistemi proqramının aktivləşdirilməsinə dair qərar qəbul edilibNorveç Gömrük və Aksizlər İdarəsi rəsmi Bakıya Azərbaycana qarşı Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (ÜPS) proqramının aktivləşdirilməsinə dair qərar qəbul etdiyini bildirib. Bundan sonra Azərbaycan sahibkarları məhsullarını Norveçə güzəştli şərtlərlə ixrac edə biləcək.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
21 Avqust 2008, 14:08    Azərbaycan prezidenti və Türkiyənin baş naziri mətbuat üçün birgə bəyanatla çıxış ediblər
Azərbaycan prezidenti və Türkiyənin baş naziri mətbuat üçün birgə bəyanatla çıxış ediblərAzərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan birgə bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, Azərbaycan prezidenti bildirib ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir.

Türkiyə-Azərbaycan faktoru bölgədə sülhü və əmin-amanlığı təmin edir: “Türkiyə-Azərbaycan dostluğu iki ölkə arasında əlaqələrin inkişafına təkan verir. Bizim iradəmiz irimiqyaslı enerji və nəqliyyat layihələrinin reallaşmasına yol açıb”.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Azərbaycan prezidenti Gürcüstanda baş verən hadisələrə münasibət bildirib
Azərbaycan prezidenti Gürcüstanda baş verən hadisələrə münasibət bildiribAzərbaycan prezidenti İlham Əliyev Gürcüstanda baş verən hadisələrə münasibət bildirib. APA-nın məlumatına görə, prezident İ. Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla bu gün mətbuat üçün verdiyi birgə bəyanatında bildirib ki, Azərbaycan Gürcüstanda həyatın normal axara dönməsini istəyir:

“Biz istəyirik ki, qarşıdurmaya son qoyulsun. Gürcüstan və Rusiya hər ikisi Azərbaycanın dostudur. Biz dostlarımızın da dost olmasını istəyirik. Son günlərin hadisələri bir daha təsdiqlədi ki, regionda sabitlik nə dərəcədə həssas məsələdir”.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Azərbaycanda prezident seçkilərində namizədlərin pulsuz təbliğatını aparacaq KİV-lərin siyahısı açıqlanıb
Azərbaycanda prezident seçkilərində namizədlərin pulsuz təbliğatını aparacaq KİV-lərin siyahısı açıqlanıbAzərbaycanda prezident seçkilərində namizədlərin pulsuz təbliğatını aparacaq KİV-lərin siyahısı açıqlanıb. "Seçkiqabağı təbliğat, təşviqat kampaniyası üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan" , "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçiy" qəzetlərində pulsuz yer ayrılacaq", - çərşənbə axşamı Trend News-a Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri təkbətək görüşdülər
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri təkbətək görüşdülərAzərbaycan Prezidenti və Türkiyənin Baş naziri təkbətək Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Prezident Sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul edib. Təkbətək formatda keçən görüşdə Azərbaycanla Türkiyə arasında əməkdaşlığın, ikitərəfli münasibətlərin bütün sahələrdə daim inkişaf etdiyi vurğulanıb və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Azərbaycan XİN beynəlxalq müşahidəçiləri demokratik seçkilərin keçiriləcəyinə əmin edib
Azərbaycan XİN beynəlxalq müşahidəçiləri demokratik seçkilərin keçiriləcəyinə əmin edibAzərbaycan XİN beynəlxalq müşahidəçiləri demokratik seçkilərin keçiriləcəyinə əmin edib. Ölkənin hakim dairələri şəffaf və demokratik prezident seçkilərinin keçirilməsi üçün mümkün olan hər şeyi edəcək. Bu barədə çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov MDB -nin Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidəçi missiyasının rəhbəri Yevgeni Sloboda ilə görüş zamanı bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezident vəzifəsinə daha iki iddiaçının namizədliyini təsdiqləyib
Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezident vəzifəsinə daha iki iddiaçının namizədliyini təsdiqləyibAzərbaycanın Mərkəzi Seçki Komissiyası çərşənbə günü prezident vəzifəsinə daha iki iddiaçının – işsizlər Arif Əliyev və Əli Ağayevinin namizədliyini təsdiqləyib. Hər iki prezidentliyə iddiaçı öz namizədliklərini müstəqil şəkildə irəli sürüblər.

Bununla da namizədlikləri MSK tərəfindən təsdiqlənən prezidentliyə iddialıların sayı 16-ya çatıb. MSK-nın ötən həftənin şənbə günü keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının sədri, indiki dövlət başçısı İlham Əliyevin namizədliyi artıq qeydə alınıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Müxalif partiyası Ali Məclisinin keçmiş sədri prezidentliyə namizədliyini geri götürmək fikrindən daşındı
Müxalif partiyası Ali Məclisinin keçmiş sədri prezidentliyə namizədliyini geri götürmək fikrindən daşındıAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli indiki mərhələdə prezidentliyə namizədliyini geri götürməyəcək.

«Seçki qərargahında aparılan müzakirələrdən sonra üstün fikir ondan ibarət oldu ki, namizədliyimin qeydə alınması üçün imzatoplama kampaniyasına başlayaq», çərşənbə günü Trend News-a Əlibəyli özü bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Seçkidə iştirakdan imtina edən müxalif partiyasının üzvlərinə səsvermədə iştirak etmək tapşırılıb
Seçkidə iştirakdan imtina edən müxalif partiyasının üzvlərinə səsvermədə iştirak etmək tapşırılıbAzərbaycanın müxalif Böyük Quruluş Partiyası (BQP) seçki prosesini boykot etməyib.
«BQP sadəcə olaraq, seçkilərə öz namizədi ilə qoşulmayıb. Bizim partiyanın üzvləri səsvermədə iştirak edəcəklər», çərşənbə günü Trend News-a BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Azərbaycanın iki narazı müxalifət partiyasının birgə əməkdaşlığı müzakirə edilir
Azərbaycanın iki narazı müxalifət partiyasının birgə əməkdaşlığı müzakirə edilirUzun müddət aralarında qarşıdurma olmuş Azərbaycanın iki müxalifət partiyasının eyni əməkdaşlıq mərkəzində təmsil olunmaları reallığa çevrilməkdədir.

«Azərbaycan Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyalarının müxalifətin yeni əməkdaşlıq mərkəzində təmsil olunmaları üçün heç bir problem mövcud deyil. Partiyalar arasında vaxtilə mövcud gərginliklər artıq tarixin arxivində qalıb», çərşənbə günü Trend News-a Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Azərbaycanın müxalifət partiyasının rəhbərinin istefası tələb olunur
Azərbaycanın müxalifət partiyasının rəhbərinin istefası tələb olunurAzərbaycanın müxalifət partiyasının rəhbərinin istefası tələb olunur
Azərbaycan, Bakı, 20 avqust / Trend News , müxbir E.Babayev/ Solçu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Mərkəzi Komitəsinin keçmiş üzvü Elşən Manafov prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.

«Ancaq seçkidə iştirak etmək üçün maliyyə dəstəyi yoxdur. Maliyyə resursları olsa mən seçkidə namizədliyimi verə bilərəm», çərşənbə günü Trend News-a Manafov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Azərbaycanın müxalifət partiyalarının əməkdaşlıq mərkəzinin formatı dəyişdiriləcək
Azərbaycanın müxalifət partiyalarının əməkdaşlıq mərkəzinin formatı dəyişdiriləcəkAzərbaycanın müxalifət partiyalarının Demokratik Seçki Mərkəzinin (DSM) formatı dəyişdiriləcək.

«DSM-də təmsil olunan və prezident seçkisində iştirak etmək barədə qərar qəbul etmiş partiyaların Mərkəzdə iştirakı qeyri-mümkündür. Mərkəz seçkini boykot etmiş partiyaların əməkdaşlıq mərkəzinə çevriləcək», çərşənbə günü Trend News-a DSM-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli məlumat verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Aparıcı müxalifət partiyası seçkidə iştirakdan imtina edən partiyaların əməkdaşlıq formatında təmsil olunmaya bilər
Aparıcı müxalifət partiyası seçkidə iştirakdan imtina edən partiyaların əməkdaşlıq formatında təmsil olunmaya bilərMüxalif Azərbaycan Demokrat Partiyası (ADP) qarşıdan gələn prezident seçkilərində iştirakdan imtina edən partiyaların yeni əməkdaşlıq formatında təmsil olunmaya bilər. «Biz əməkdaşlığın əsas prinsipi kimi seçkilərin qeyri-legitim olduğunun qəbul edilməsi şərtinin irəli sürülməsi ilə qətiyyən razı deyilik», çərşənbə günü Trend News-a ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
21 Avqust 2008, 14:08    Rumıniya prezidenti Azərbaycana və Gürcüstana səfər edəcək
Rumıniya prezidenti Azərbaycana və Gürcüstana səfər edəcəkRumıniya prezidenti Trayan Basesku Bakıya səfər etmək niyyətindədir. Rumıniya prezidenti administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Basesku avqustun 20-21-də Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Türkiyəyə işgüzar səfər edəcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə