Hörmətli oxucular!
|
 Azərbaycanda yaşayan və seçki hüquq olan 30 min gözdən əlil prezident seçkilərində müstəqil şəkildə səs verə biləcək. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib. Cəmiyyət sədri Azərbaycanda gözdən əlillərin MDB məkanında analoqu olmayan trafaret sistemi ilə səs verə biləcəklərini deyib.
|
 “Azərbaycan Milli Demokrat Partiyası hazırda təmsil olunduğu blok və birliklərdə fəaliyyətinin davam etdirməsi məsələsinə yenidən baxacaq”. Bu sözləri APA-ya AMDP-nin yeni sədri Tufan Kərimli deyib. Onun sözlərinə görə, bu barədə veriləcək qərarın fərqli olacağı da gözlənilir. T. Kərimli partiyanın prezident seçkisi ilə bağlı mövqeyinə də münasibət bildirib: “Partiyanın qeydiyyatı 1995-ci ildə ləğv edildiyindən namizədlə çıxış etmək imkanımız yoxdur.
|
 Demokratiya Uğrunda İttifaqın (DUİ) toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, yığıncaqda seçkiqabağı ölkədəki ictimai-siyasi vəziyyət və ötən həftə Bakıda baş verən terror aktları müzakirə predmeti olub. Toplantıda aidiyyatı dövlət qurumları təhlükəsizliyin qorunması istiqamətində zəruri addımlar atmağa çağırılıb və Azərbaycanla bağlı gizli planların hazırlandığı bildirilib.
|
 Azərbaycanda yaşayan gözdən əlillər rabitə müəssisələrində işləyə biləcək. Bu barədə APA-ya Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib. O, gözdən əlil şəxslərin rabitə müəssisələrində işlə təmin olunması üçün “Aztelekom” İstehsalat Birliyi ilə birlikdə xüsusi kurslar həyata keçirən məktəb açdıqlarını və artıq həmin məktəbə tələbə qəbulu aparmağa başladıqlarını deyib.
|
 Avqustun 26-da Avropa Şurası (AŞ) “Yeni Nəsil” Jurnalistlər Birliyi ilə birlikdə “Media və seçkilər: Medianın demokratik öhdəliyi” mövzusunda konfrans keçirəcək. Avropa Şurasının Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbir AŞ ilə Avropa Komissiyasının “Moldova və Cənubi Qafqaz – Azad və ədalətli seçkilərə dəstək” adlı birgə layihəsi çərçivəsində keçirilir.
|
 Avqustun 28-də Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin indiki tərkibinin sonuncu iclası keçiriləcək. Bu barədə APA-ya komitənin koordinatoru Sahib Məmmədov bildirib. S. Məmmədov deyib ki, komitənin hazırkı tərkibinin səlahiyyət müddəti başa çatmaq üzrədir. Komitə üzvləri sentyabrın 11-də ictimaiyyətə, qurumu formalaşdıran Seçki Komissiyasına hesabat verəcək. Bundan sonra isə Seçki Komissiyası daxil olan müraciətlər əsasında İctimai Komitənin tərkibini yenidən formalaşdıracaq.
|
 Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda hasil olunan neftin Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəqli tam bərpa olunub. Bu barədə «APA-Economics»ə hasilat işləri ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru «BP-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib.
|
 Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, sentyabrın 1-dən minimum aylıq əmək haqqının məbləği 25 faiz artırılaraq 75 manat müəyyən edilib. Prezidentin digər sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilib.
|
 “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək, Dövlət Proqramının icrasının gedişi barədə hər ilin yekununa görə prezidentə məlumat təqdim etmək tapşırılıb.
|
 Mərkəzi Seçki Komissiyası (MSK) qeydiyyatdan çıxma vəsiqələrini çap edib. Vəsiqələrin Dairə Seçki komissiyalarına paylanmasına sabah yekun vurulacaq. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq qeydiyyatdan çıxma vəsiqələri səsverməyə 50 gün qalana kimi Dairə Seçki Komissiyalarına, 25 gün qalana kimi isə məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.
|
 ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişilməyib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Cozef Penninqton deyib. O bunu ABŞ-ın Hadson Universitetinin Avrasiya Siyasəti İdarəsinin rəisinin «Cənubi Osetiyada baş vermiş hadisələrdən sonra Rusiya ilə ABŞ arasında yaranmış münasibətlər bu iki ölkənin ATƏT-in Minsk Qrupunda iştirakını mənasız edir» fikrinə münasibət bildirərkən söyləyib.
|
 Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsrailin «Xorev» Tibb Mərkəzi Qadın Sağlamlığı İnstitutu nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində, Əzizbəyov rayonunun Zirə qəsəbəsində, Yevlax və Gəncə şəhərlərində qadınlar beynəlxalq səviyyədə ixtisaslaşmış tibbi məsləhət alacaqlar. Bu barədə bazar ertəsi Trend News-a Heydər Əliyev Fondundan məlumat verilib.
|
 Azərbaycan parlamentinin deputatları hesab edirlər ki, Rusiya Dövlət Duması və Federasiya Şurasının Gürcüstanın ərazisi olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması beynəlxalq hüquq normalarının pozulmasıdır. «Rusiya Dövlət Duması və Federasiya Şurasının qərarı dünya üçün təhlükəli olan mənfi prezident yaradır»,- bazar ertəsi Trend News-a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının təmsil edən deputat Aydın Mirzəzadə bildirib.
|
 Qərbi Avropa İttifaqı Assambleyası “Xəzər regionu və Avropanın təhlükəsizliyi” hesabatını hazırlayacaq. “Bu sənədin hazırlanmasında məqsəd Xəzər regionunun problemlərinin həllinə töhfə verməkdir”, - bazar ertəsi Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşdə Qərbi Avropa İttifaqı Assambleyası Siyasi Məsələlər üzrə Komitəsinin sədr müavini Maykl Henkok bildirib.
|
 ABŞ -ın vitse-prezidenti Dik Çeyni sentyabrın əvvəllərində Cənubi Qafqaz regionuna səfər etmək niyyətindədir. Bu barədə Ağ Evin rəsmi bəyanatına istinadən, «Reuters» agentliyi məlumat verir. ABŞ vitse-prezidenti sentyabrın 2-də başlayacaq turne çərçivəsində, Ukrayna, Azərbaycan və İtaliyaya da səfər etməyi planlaşdırır.
|
 Amerikalı senator Riçard Luqar Azərbaycanın demokratik dövlət inkişafının yeni dövrünə keçdiyini bildirib. «Azərbaycanda seçki prosesi yaxşılaşıb və Birləşmiş Ştatlar ölkədə qarşıdan gələn prezident seçkilərinin demokratik və ədalətli keçəcəyini gözləyir», - deyə bazar ertəsi Bakıda jurnalistlərə ABŞ Senatının xarici əlaqələr Komitəsinin üzvü, senator Riçard Luqar bildirib.
|
 Azərbaycanın müxalif Ədalət Partiyasının prezident seçkisində dəstəkləyəcəyi namizədin kimliyi müəyyənləşib. «Ədalət Partiyası seçkilərdə Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənəfəroğlunun namizədliyini müdafiə edəcək»,- bazar ertəsi Trend News-a BQP-yə yaxın mənbələr məlumat verib.
|
|
|