Ìàòåðèàëû çà 10.09.2008 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
10 Sentyabr 2008, 18:09    AVCİYA prezident seçkilərində müşahidə və “exit-poll” həyata keçirəcək
AVCİYA prezident seçkilərində müşahidə və “exit-poll” həyata keçirəcəkAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) oktyabrın 15-də keçiriləcək prezident seçkilərində müşahidə və “exit-poll” həyata keçirəcək.
Bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) çərşənbə günü Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
10 Sentyabr 2008, 15:09    Venesiya Komissiyası Azərbaycana ekspertlər göndərəcək
Venesiya Komissiyası Azərbaycana ekspertlər göndərəcəkAvropa Şurasının Venesiya Komissiyası prezident seçkiləri vaxtı mümkün pozuntuları təhqiq etmək üçün Azərbaycana ekspertlər göndərmək niyyətindədir. Venesiya Komissiyasının katibi Canni Bukikkio çərşənbə axşamı ekspert qrupunun fəaliyyətinə yardım etmək xahişi ilə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədrinə müraciət edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    GUAM Azərbaycanda prezident seçkisini müşahidə edəcək
GUAM Azərbaycanda prezident seçkisini müşahidə edəcək“Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM” Azərbaycanda qarşıdakı prezident seçkisində müşahidəçilərin monitorinq missiyasını yaradır.
Azərbaycan XİN oktyabrın 15 -nə təyin edilən prezident seçkisinə müşahidəçilər missiyası göndərmək üçün GUAM-a dəvət göndərib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    Prezident İlham Əliyev fərman imzalayıb
Prezident İlham Əliyev fərman imzalayıbAzərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı müharibə əlillərinə Prezident təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb.
Müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə prezident “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü təsis edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    Azərbaycan Mərkəzi Seçki Komissiyası deputatın mandatına xitam verib
Azərbaycan Mərkəzi Seçki Komissiyası deputatın mandatına xitam veribAzərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) çərşənbə axşamı keçirdiyi iclasda parlamentin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədr müavini Azər Əmiraslanovun deputat mandatına xitam verib.
«Azər Əmiraslanov Azərbaycan Prezidenti İcra Aparatının aqrar siyasət məsələləri şöbəsinin müdiri təyin olunub. Qanuna görə, icra hakimiyyəti orqanında vəzifə tutan şəxs qanunverici orqanın üzvü ola bilməz» - MSK-nın çərşənbə axşamı keçirilən iclasında komissiyanın katibi Natiq Məmmədov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    Azərbaycan parlamentinin komissiyası Rusiya ilə strateji tərəfdaşlıq sazişinin ratifikasiyasını təxirə salıb
Azərbaycan parlamentinin komissiyası Rusiya ilə strateji tərəfdaşlıq sazişinin ratifikasiyasını təxirə salıbAzərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası Rusiya ilə dostluq və strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya etməyi təxirə salıb.
«Bu məsələni sonra ciddi müzakirə edəcəyik», - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının çərşənbə axşamı keçirilən iclasında komissiyanın sədri Səməd Seyidov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    Azərbaycanda daha iki nəfərin namizədliyi qeydə alınıb
Azərbaycanda daha iki nəfərin namizədliyi qeydə alınıbAzərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə axşamı keçirilən iclasında Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyi qeydə alınıb.
21 nəfər prezidentliyə namizədliyini irəli sürüb və MSK- dan imza vərəqələri götürüb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    Azərbaycan təhsil sahəsində əməkdaşlığa dair sazişi nəzərdən keçirir
Azərbaycan təhsil sahəsində əməkdaşlığa dair sazişi nəzərdən keçirirAzərbaycan bəzi ölkələrlə təhsil sahəsində ikitərəfli əməkdaşlığa dair sazişi nəzərdən keçirir.
«Hazırda Böyük Britaniya, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Kanada və bəzi ərəb ölkələri ilə təhsil sahəsində ikitərəfli əməkdaşlığa dair sənədlər üzərində iş aparılır», çərşənbə axşamı Lənkəranda olan təhsil nazirinin müavini Elmar Qasımov Trend -un sualını cavablandırarkən bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    Bakıda QDİƏT Parlament Assambleyasının İqtisadi Komitəsinin iclası keçiriləcək
Bakıda QDİƏT Parlament Assambleyasının İqtisadi Komitəsinin iclası keçiriləcəkQara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadi Komitəsinin sentyabrın 9-10-da Bakıda iclası keçiriləcək. İclasda təşkilata üzv 12 ölkənin 9-nun iştirak edəcəyi nəzərdə tutulub. Albaniya, Ermənistan və Ukrayna nümayəndələrinin iclasın işinə qatılmayacaqları gözlənilir.
İclasda əsasən, Qara dəniz ölkələri arasında iqtisadi əməkdaşlıq məsələləri və bölgənin Dünya Ticarət Təşkilatına inteqrasiyası məsələsi müzakirə olunacaq.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
10 Sentyabr 2008, 15:09    MSK -da ATƏT-in müşahidəçi missiyasının 41 nümayəndəsi qeydiyyatdan keçib
MSK -da ATƏT-in müşahidəçi missiyasının 41 nümayəndəsi qeydiyyatdan keçibAzərbaycanın Mərkəzi Seçki Komissiyasında ölkədə prezident seçkilərinin gedişini izləyəcək ATƏT-in müşahidəçi missiyasının 41 nümayəndəsi qeydiyyatdan keçib. Bu barədə Trend News-a çərşənbə axşamı MSK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov deyib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Seçki prosesini ATƏT-in 40 uzunmüddətli və 450 qısamüddətli nümayəndəsi izləyəcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    MSK gözlə görünməyən mürəkkəb və detektorları Danimarkadan alacaq
MSK gözlə görünməyən mürəkkəb və detektorları Danimarkadan alacaqOktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərində istifadə olunacaq gözlə görünməyən mürəkkəb və detektorlar Danimarkadan alınacaq. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, mürəkkəb və detektorlarla bağlı artıq Danimarkanın müvafiq firmasına sifariş verilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    İsraildə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli iki yəhudi iştirak edəcək
İsraildə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli iki yəhudi iştirak edəcəkNoyabrın 11-də İsraildə keçiriləcək bələdiyyə seçkilərində iki həmyerlimiz namizəd qismində iştirak edəcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bunlar Azərbaycandan köçmüş yəhudilər - Adam Amilov və Mixemia Mixaillidir. Hər iki namizəd Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) vitse-prezidentləridir. Mixemia Mixailli seçkilərə Akko şəhərində qatılıb və bu şəhərin meri vəzifəsi uğrunda mubarizə aparan namizədlərdən biridir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
10 Sentyabr 2008, 15:09    Rusiya ilə Gürcüstan arasında yeni atəşkəs sazişi imzalanıb
Rusiya ilə Gürcüstan arasında yeni atəşkəs sazişi imzalanıbRusiya və Gürcüstan prezidentləri atəşkəs haqqında sazişi əlavə edilmiş üç maddə ilə birlikdə yenidən imzalayıblar.
APA-nın məlumatına görə, Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə sazişə edilmiş əlavələri ilk olaraq Rusiya prezidenti Dmitri Medvedev imzalayıb. Moskvada altı saat davam edən danışıqlardan sonra mətbuat qarşısına çıxan hər iki prezident münaqişənin nizamlanması istiqamətində irəliyə doğru daha bir uğurlu addım atıldığını bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
10 Sentyabr 2008, 15:09    Tovuzda neolit dövrünə aid tikilinin qalıqları aşkar olunub
Tovuzda neolit dövrünə aid tikilinin qalıqları aşkar olunubTovuz rayonunda yerləşən Göytəpə neolit yaşayış məskənində aparılan arxeoloji qazıntılar nəticəsində neolit dövrünə aid tikilinin qalıqları və heyvan sümüyündən düzəldilmiş müxtəlif nümunələr aşkarlanıb. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Fərhad Quliyev məlumat verib. O, üzə çıxarılan qədim ev və emalatxanalardan tapılan kömür qalıqlarının Yaponiyaya analizə göndərildiyini bildirib: “Radiokarbon analizi vasitəsilə qazılmış təbəqənin və tapıntıların yaşı müəyyən ediləcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    Bakıda Azərbaycan-Türkmənistan neft-qaz konfransı başlayıb
Bakıda Azərbaycan-Türkmənistan neft-qaz konfransı başlayıbBakıda «Azərbaycan-Türkmənistan neft və qaz potensialı, energetika, iqtisadiyyat, ekologiya: əməkdaşlığın strategiyası» mövzusunda iki günlük konfrans işə başlayıb.
«APA-Economics»in məlumatına görə, konfransda 27 ölkədən 420 nümayəndə iştirak edir. Türkmənistan konfransa hökumət, dövlət qurumları və şirkətlərinin rəhbərlərindən ibarət 58 nəfərlik nümayəndə heyəti ilə qatılıb.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
10 Sentyabr 2008, 15:09    Gələn ildən Azərbaycanda qazın qiyməti dəyişə bilər
Gələn ildən Azərbaycanda qazın qiyməti dəyişə bilərAzərbaycanda istehlakçılara verilən təbii qazın satış tariflərinə car ilin sonunda yenidən baxıla bilər. «APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov bildirib.
«İlin nəticələrini araşdırıb bundan sonra tariflərə baxılıb-baxılmayacağı barədə qərar verəcəyik», - deyə Ə.Məlikov vurğulayıb.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
10 Sentyabr 2008, 15:09    Sentyabrın sonunadək Azərbaycanın daha iki rayon mərkəzinə təbii qaz veriləcək
Sentyabrın sonunadək Azərbaycanın daha iki rayon mərkəzinə təbii qaz veriləcəkSentyabrın sonuna qədər Azərbaycanın iki rayon mərkəzinə təbii qaz veriləcək. «APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov bildirib.
Bu ay ilk dəfə olaraq Ağdam rayonunun icra strukturlarının yerləşdiyi Quzanlı qəsəbəsinin və Füzuli rayonunun hazırda inzibati mərkəzi sayılan Horadiz qəsəbəsinə təbii qaz veriləcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    Gələn ildən Azərbaycan paytaxtında rəqəmsal teleyayıma start veriləcək
Gələn ildən Azərbaycan paytaxtında rəqəmsal teleyayıma start veriləcəkAzərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi (İB) 2009-cu ildən Bakıda analoq efir yayımından rəqəmsal yayıma keçməyə başlayacaq.
«Teleradio» İB-nin direktoru Əflatun Şərifov «APA-Economics»ə bildirib ki, cari ilin noyabr-dekabr aylarında Bakıda daha güclü rəqəmsal vericinin quraşdırılması nəzərdə tutulur. Hazırda isə bu avadanlığın alınması üçün işlər aparılır.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 29,2%-ə çatıb
İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 29,2%-ə çatıbİqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2008-ci il avqust ayı ərzində Azərbaycanda inflyasiyanın alternativ hesablanmasının nəticələrini açıqlayıb.
«APA-Economics»in məlumatına görə, İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib ki, bu ilin avqust ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 1,02%, o cümlədən Bakıda 0,91%, regionlarda isə 1,13% təşkil edib.
Əmtəə qrupları üzrə ən yüksək inflyasiya ərzaq məhsulları üzrə (1,17%) qeydə alınıb. Tədqiqat aparılan dövr ərzində qeyri-ərzaq məhsulları üzrə inflyasiya 0,76%, xidmət sektorunda isə 0,96% təşkil edib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
10 Sentyabr 2008, 15:09    Azərbaycan Prezidenti yanında İnsan Kapitalı Fondunun yaranmasına ehtiyac var
Azərbaycan Prezidenti yanında İnsan Kapitalı Fondunun yaranmasına ehtiyac var“Azərbaycanda Prezident yanında İnsan Kapitalı Fondunun yaranmasına ehtiyac var”. Bu sözləri APA-ya açıqlamasında “İrəli” Ümumrespublika Gənclər Hərəkatının təsisçisi Ceyhun Osmanlı deyib. C. Osmanlı bildirib ki, bu gün Azərbaycan təhsil sistemində ardıcıl islahatlar getsə də, hələ də təhsil sistemi inkişaf etmiş qərb təhsil standartlarına uyğun deyil: “Başqa bir danılmaz fakt ondan ibarətdir ki, bu gün Azərbaycanda dövlət qulluğu işçilərinin maaşları, eyni zamanda dövlət qulluğunda çalışanların sosial xidmət paketləri bir sıra xarici şirkətlər tərəfindən təklif edilən maaşlarla və sosial paketlərlə rəqabət qabiliyyətli deyil.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    “Azərbaycanda mətbuat və söz azadlığının durumu” mövzusunda dəyirmi masa keçirilib
“Azərbaycanda mətbuat və söz azadlığının durumu” mövzusunda dəyirmi masa keçirilib“İnam” Plüralizm Mərkəzinin təşəbbüsü ilə “Azərbaycanda mətbuat və söz azadlığının durumu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Media Hüquqları İnstitutunun proqram koordinatoru Xalid Ağəliyev qanunvericilikdə media ilə bağlı boşluqlar olduğunu bildirib. Jurnalist-cəmiyyət və jurnalist-məmur münasibətləri barədə danışan X. Ağəliyev deyib ki, bu münasibətlər qanunla tənzimlənməlidir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
10 Sentyabr 2008, 15:09    Bakı şəhər icra hakimiyyəti toplantıların keçirilməsi üçün yerləri müəyyənləşdirib
Bakı şəhər icra hakimiyyəti toplantıların keçirilməsi üçün yerləri müəyyənləşdiribBakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna müvafiq olaraq, paytaxtın rayonlarında toplantıların keçirilməsi üçün ayrılmış açıq yerlərin ünvanlarını müəyyənləşdirib.
Müəyyənləşdirilən ünvanlar aşağıdakılardır:
1. Binəqədi rayonu - Binəqədi qəsəbəsi, 3-cü mədən, 120-ci korpusun yaxınlığında Binəqədi qəsəbə İdman-Sağlamlıq Kompleksinin stadionu.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə