Ìàòåðèàëû çà 17.09.2008 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
17 Sentyabr 2008, 15:09    Azərbaycan parlamenti prezident seçkisinə hazırlıq məsələsində üzərinə düşən öhdəlikləri yerinə yetirib
Azərbaycan parlamenti prezident seçkisinə hazırlıq məsələsində üzərinə düşən öhdəlikləri yerinə yetiribAzərbaycan parlamentinin sədri Oqtay Əsədov hesab edir ki, prezident seçkisinə hazırlıq yüksək səviyyədə həyata keçirilir.
«Prezident seçkisi yüksək səviyyədə, beynəlxalq standartlara uyğun, demokratik və şəffaf keçiriləcək», çərşənbə axşamı Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda prezident seçkisini müşahidə missiyasının rəhbəri Andres Herkellə görüşündə bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 15:09    Minsk Qrupunun amerikalı həmsədri münaqişə tərəfləri arasında “sövdələşməni” mümkün hesab edir
Minsk Qrupunun amerikalı həmsədri münaqişə tərəfləri arasında “sövdələşməni” mümkün hesab edirƏrazi bütövlüyü prinsipi mövcuddur. Lakin Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında saziş olarsa, o zaman bu sazişi hər kəs qəbul etməli və bu saziş beynəlxalq hüquq və diplomatiyanın digər prinsiplərini də özündə birləşdirməlidir, - yeni yaranmış dövlətlərin müstəqilliyinin tanınmasına dair hazırkı prosesin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə necə təsir edəcəyi barədə sualı cavablandıran ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib. Bununla yanaşı, diplomat əlavə edib ki, belə saziş mümkündür, - “Arminfo” qəzeti xəbər verir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 15:09    Tehran Qarabağ münaqişəsinin həllində Yerevan və Bakı arasında vasitəçi olmağa hazırdır
Tehran Qarabağ münaqişəsinin həllində Yerevan və Bakı arasında vasitəçi olmağa hazırdır “Qafqazda çoxlu kəsişən maraqlar var, lakin son hadisələr əksər regional münaqişələrin yaranmasına səbəb olub”, - İranın xarici işlər naziri Mənuçöhr Möttəki Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Tehranda birgə mətbuat konfransının gedişində deyib.
Möttəki qeyd edib ki, İran Qafqaz regionunun qonşusu olmaqla, əməkdaşlığın yaradılması məqsədilə region ölkələri arasında məsləhətləşmələr aparmağı təklif edib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
17 Sentyabr 2008, 15:09    Azərbaycanın daha bir atleti Paralimpiadada bürünc medal qazanıb
Azərbaycanın daha bir atleti Paralimpiadada bürünc medal qazanıbAzərbaycanlı atlet Vüqar Mehdiyev Çinin Pekin şəhərində keçirilən Paralimpiadada bürünc medal qazanıb. Bu, Azərbaycan yığmasının hesabına yazılan sayca 10 -cu medal olub.
Mehdiyev 200 metr məsafəyə qaçışda üçüncü yeri tutub.
Paralimpiadada iştirak edən azərbaycanlı idmançıların qazandıqları medallardan ikisi qızıl, üçü gümüş, beşi isə bürüncdür.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 15:09    Venesiya Komissiyası Azərbaycana ekspert göndərəcək
Venesiya Komissiyası Azərbaycana ekspert göndərəcəkAvropa Şurası Venesiya Komissiyasının eksperti Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə işləmək üçün Azərbaycana gələcək.
Ekspertin namizədliyi hələ də nəzərdən keçirilir,- Venesiya Komissiyası Katibliyinin nümayəndəsi Sergey Kuznetsov çərşənbə axşamı Strasburqdan telefonla Trend News -a bildirib.
Onun sözlərinə görə, Azərbaycana yalnız bir ekspert gələcək və hazırda onun iş formatı nəzərdən keçirilir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 15:09    Ukraynada “narıncı koalisiya”nın dağıldığı rəsmən elan edilib
Ukraynada “narıncı koalisiya”nın dağıldığı rəsmən elan edilibUkrayna Ali Radasının sədri Arseni Yasenyuk 2007-ci il noyabrın 29-da “Yuliya Timoşenko” və “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokları tərəfindən yaradılmış demokratik koalisiyanın dağıldığını rəsmən elan edib.
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, A. Yasenyuk “Kimsə bir dəqiqəlik sükut istəyirmi? Heç lazım da deyil”, deyə deputatlarla zarafatlaşıb. O, parlamentin sədri vəzifəsinə yeni namizəd irəli sürməyi də təklif edib. Spiker bu gün Ukraynanın siyasi tarixində səhifələrdən birinin qapandığını və yeni səhifə açıldığını söyləyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
17 Sentyabr 2008, 15:09    Polşa prezidenti Azərbaycana gələcək
Polşa prezidenti Azərbaycana gələcəkNoyabrın 13-də Polşa prezidenti Lex Kaçinski Bakıda keçiriləcək IV Enerji sammitində iştirak etmək üçün Azərbaycana gələcək.
Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfiri Kşiştov Krayevski məlumat verib. O, səfərin Azərbaycan prezidentinin dəvəti əsasında reallaşacağını bildirib.
Qeyd edək ki, enerji ehtiyatlarının nəqlinin müxtəlifləşdirilməsinin müzakirə ediləcəyi sammitdə Litva və Estoniya prezidentləri də iştirak edəcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 15:09    AŞPA-nın ilkin monitorinqi seçkiqabağı prosesdə problemlər aşkarlayıb
AŞPA-nın ilkin monitorinqi seçkiqabağı prosesdə problemlər aşkarlayıbAvropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda seçkiqabağı prosesin ilkin monitorinqini aparıb. “AŞPA-nın ilkin monitorinqi seçkiqabağı prosesdə problemlər aşkarlayıb”, - AŞPA monitorinq missiyasının rəhbəri Andreas Herkel çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.
Herkel səfər çərçivəsində çərşənbə axşamı ATƏT, Aİ və AŞ-nin Azərbaycandakı monitorinq missiyalarının rəhbərləri, İFES-in Bakı ofisinin nümayəndələri ilə görüşlər keçirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 15:09    Ankara və Yerevan ortaq komissiya yaradacaq
Ankara və Yerevan ortaq komissiya yaradacaqErmənistan və Türkiyə arasındakı problemlərin həll olunması üçün ortaq komissiya yaradılacaq. Bu haqda Türkiyənin DünyaBülteni xəbər agentliyi məlumatı verib.
Ölkə rəsmiləri mövcud problemləri beynəlxalq müzakirəyə çıxarmadan, öz aralarında həll etməyi planlaşdırırlar. Yaradılacaq komissiyanın əsas məqsədi də ölkələrarası əlaqələrin bərpasına xidmət etməkdir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
17 Sentyabr 2008, 15:09    Azərbaycanda prezident seçkilərini internetlə bütün dünya izləyə biləcək - MSK sədri
Azərbaycanda prezident seçkilərini internetlə bütün dünya izləyə biləcək - MSK sədriPrezident seçkiləri günü seçkiləri müşahidə etmək üçün məntəqələrdə kameralar quraşdırılacaq. Bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzəhir Pənahov deyib.
MSK sədri bildirib ki, kameralar respublika üzrə seçki məntəqələrinin 10%-ni əhatə edəcək. Onun sözlərinə görə, məntəqələrin səsverməyə hazırlanması müddəti də daxil olmaqla, axşam protokollar tərtib olunub dairələrə göndərilənədək, bütün proseslər kameralarla müşahidə olunacaq.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 15:09    Azərbaycan prezidenti Əfqanıstandakı sülhməramlıların sayını artırmağı təklif edib
Azərbaycan prezidenti Əfqanıstandakı sülhməramlıların sayını artırmağı təklif edibAzərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinə Əfqanıstandakı sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbi qulluqçuların sayının artırılması haqqında qanun layihəsi təqdim edib, - Azərbaycanın Milli Məclisinin (MM) vitse-spikeri Ziyafət Əsgərov çərşənbə axşamı jurnalistlərə bildirib.
Qanun layihəsinə əsasən, Əfqanıstandakı azərbaycanlı sülhməramlıların sayı bir taqım artırılacaq.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 15:09    Minsk Qrupunun həmsədrləri Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin danışıqlarına qoşulmayacaqlar
Minsk Qrupunun həmsədrləri Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin danışıqlarına qoşulmayacaqlarATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək danışıqlarına qoşulmayacaqlar.
Üç ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan və Əli Babacanın görüşü Türkiyə XİN rəhbərinin təşəbbüsü ilə BMT Baş Assambleyasının çərşənbə axşamı Nyu-Yorkda işə başlayacaq sessiyası çərçivəsində baş tutacaq.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
17 Sentyabr 2008, 15:09    Ermənistan sülh və sabitlik naminə Azərbaycan torpaqlarını işğal altında saxlamaq iddialarından əl çəkməlidir
Ermənistan sülh və sabitlik naminə Azərbaycan torpaqlarını işğal altında saxlamaq iddialarından əl çəkməlidirQərbi Avropa İttifaqı Assambleyasının (QAİA) siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Böyük Britaniyalı deputat Maykl Hankok bildirib ki, Ermənistan sülh və sabitlik naminə Azərbaycan torpaqlarını işğıl altında saxlamaq iddialarından əl çəkməlidir. «Bu gün Azərbaycan torpaqlarının 20%-i , sözün həqiqi mənasında, oğurlanıb. Aydın məsələdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və həmin işğalı davam etdirir», - deyə çərşənbə axşamı Bakıda keçirdiyi mətbuat konfransında Qərbi Avropa İttifaqı Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Böyük Britaniyalı deputat Maykl Hankok bildirib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
17 Sentyabr 2008, 15:09    Azərbaycan regionda gərginliyin azaldılması işinə töhfəsini verməyə hazırdır
Azərbaycan regionda gərginliyin azaldılması işinə töhfəsini verməyə hazırdırRusiya və Azərbaycan prezidentlərinin Moskvada keçirilən görüşü başa çatıb.
APA-nın “İTAR-TASS” agentliyinə istinadən yaydığı məlumata görə, görüşün yekunlarını dəyərləndirən Rusiya prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarını Cənubi Osetiya hadisələri ətrafındakı vəziyyət barədə məlumatlandırdığını deyib: “Mən Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün atdığı addımlar barədə prezident Əliyevə məlumat verdim.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 15:09    ATƏT-in Müşahidə Missiyasının rəhbəri ADP-nin seçkidə iştirak etməməsinin səbəbləri ilə maraqlanıb
ATƏT-in Müşahidə Missiyasının rəhbəri ADP-nin seçkidə iştirak etməməsinin səbəbləri ilə maraqlanıbATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək seçkiləri Müşahidə Missiyasının rəhbəri Boris Frlets Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə görüş keçirib. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ATƏT rəsmisi partiyanın fəaliyyəti, seçkilərdə iştirak etməməsinin səbəbləri ilə maraqlanıb. ADP sədri isə ölkədəki seçkiqabağı vəziyyətlə bağlı məlumat verərək hazırkı şəraitdə demokratik seçkilərin keçirilməsinin mümkün olmadığını bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 15:09    “Azad, Şəffaf və Ədalətli Seçkilər” Koalisiyası seçki dairələrində monitorinq aparıb
“Azad, Şəffaf və Ədalətli Seçkilər” Koalisiyası seçki dairələrində monitorinq aparıb“Azad, Şəffaf və Ədalətli Seçkilər” Koalisiyası (AŞƏS) oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı bir sıra seçki dairələrində monitorinq aparıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, seçki dairələri və məntəqələrində seçkiyə hazırlıq üçün lazım olan bir sıra tədbirlər həyata keçirilib. 10 saylı Binəqədi üçüncü, 16 saylı Yasamal ikinci, 42 saylı Sumqayıt ikinci, 70 saylı Masallı şəhər, 76 saylı Lənkəran-Astara, 88 saylı Göyçay seçki dairələrində təbliğat plakatları və namizədlərin görüşləri üçün müvafiq yerlər ayrılıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 14:09    Azərbaycanda Sosial Məcəllə hazırlanacaq
Azərbaycanda Sosial Məcəllə hazırlanacaqBu ilin sonunadək Azərbaycanda ilk dəfə Sosial Məcəlləsinin hazırlanmasına başlanacaq. «APA-Economics»in məlumatına görə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, artıq ölkədə bu məcəllənin hazırlanması zərurəti yaranıb.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
17 Sentyabr 2008, 14:09    QHT-lərə Dövlət Dəstəyi Şurası növbəti müsabiqəni keçirməyə hazırlaşır
QHT-lərə Dövlət Dəstəyi Şurası növbəti müsabiqəni keçirməyə hazırlaşırAzərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası keçirdiyi müsabiqədə qalib gələn təşkilatlara ayrılan maliyyə vəsaitini onların hesabına köçürüb. Bu barədə APA-ya məlumat verən Şura sədri Azay Quliyev artıq növbəti müsabiqəni keçirməyə hazırlaşdıqlarını deyib. Onun sözlərin görə, gələn il ərzində müsabiqə iki dəfə - ilin əvvəlində və axırında keçiriləcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
17 Sentyabr 2008, 14:09    Böyük Britaniya ilə arasında sahibkarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Böyük Britaniya ilə arasında sahibkarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıbBakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Böyük Britaniyanın Orta Şərq üzrə Biznes Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə «APA-Economics»ə Azpromo-dan məlumat verilib.
«Memoranduma əsasən, hər iki təşkilat arasında ilkin olaraq Azərbaycan və Böyük Britaniyada həyata keçirilə biləcək layihələr üzrə informasiya mübadiləsi aparılacaq», - deyə Azpromo-dan bildirilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Sentyabr 2008, 14:09    BAXCP sədri partiyanın rayon-şəhər gənclər təşkilatlarının üzvləri ilə görüşüb
BAXCP sədri partiyanın rayon-şəhər gənclər təşkilatlarının üzvləri ilə görüşübBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin partiyanın rayon-şəhər gənclər təşkilatlarının üzvləri ilə görüşü olub. APA-nın məlumatına görə, Q. Həsənquliyev görüşdə partiyanın fəaliyyəti haqda danışıb və prezident seçkilərinə hazır olduqlarını söyləyib. O bildirib ki, BAXCP seçkilərə “Biz bacararıq!
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə