Hörmətli oxucular!
|
 Azərbaycan prezidenti İlham Əliyev Bakı Musiqi Akademiyasına dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adının verilməsi barədə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncamda Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
|
 Dövlət başçısı İlham Əliyev dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu əsərlərin Azərbaycan dilində çapının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 (beş) milyon manat məbləğində vəsait ayrılıb.
|
 “Gürcüstanda baş verən hadisələrdən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil”. APA-nın xəbərinə görə, sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Bununla belə, M. Brayza Minsk Qrupunun fəaliyyətinin davam etməsini zərurəti sayır: “Əgər Rusiya Saakaşvili və Fransa prezidenti Nikola Sarkozi qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, ümidvaram ki, biz Minsk Qrupu çərçivəsində fəaliyyəti davam etdirə bilərik”.
|
 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki platforması ictimaiyyətə açıqlanıb. 129 müddəadan ibarət olan seçki platforması dövlət quruculuğu, Dağlıq Qarabağ problemi və ordu quruculuğu, elm, təhsil, mədəniyyət və səhiyyə, vətəndaş cəmiyyəti quruculuğu, din və vicdan azadlığı, iqtisadiyyat və sosial siyasət, ekologiya, yerli idarəetmə qurumları, beynəlxalq əlaqələr və xarici siyasət sahələrini əhatə edir.
|
 Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində yaradılmış mətbuat qrupu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun prezidentliyə namizəd İqbal Ağazadə ilə bağlı müraciətinə baxıb. APA-nın məlumatına görə, mətbuat qrupunun rəhbəri Azər Tağıyev bildirib ki, Ə. Əhmədov müraciətində Azərbaycanda seçki təbliğatı başlanmazdan əvvəl bölgələrdə Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadəni təbliğ edən SD-lərin yayıldığını qeyd edib.
|
 Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel və missiyanın üzvləri Azərbaycana səfərlərinin nəticələrinə dair bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, missiyanın üzvləri bu gün keçirilən mətbuat konfransında yaxşı seçkilər keçirilməsi üçün ölkədə şərait yaradan irəliləyişlər qeydə aldıqlarını bildiriblər.
|
 Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Əfqanıstanda sülhyaratma missiyasını həyata keçirən Azərbaycan hərbçilərinin tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə olunub. Komissiyanın sədri Ziyafət Əsgərov Əfqanıstanda sülhyaratma missiyasını həyata keçirən taqımın əsgərlərinin sayının artırılaraq, 90 nəfərə çatdırılmasının nəzərdə tutulduğunu deyib.
|
 ABŞ Nümayəndələr Palatasının üzvü, Oklahoma ştatından olan konqresmen Den Boren Azərbaycan üzrə İşçi Qrupuna daxil olub. APA-nın ABŞ bürosunun məlumatına görə, bununla da işçi qrupunun üzvlərinin sayı 43 nəfərə çatıb. Qeyd edək ki, 2005-ci ildən Nümayəndələr Palatasında Oklahoma ştatının 2-ci seçki dairəsini təmsil edən Den Boren, palatanın Silahlı Xidmətlər, Maliyyə Xidmətləri və Təbii Sərvətlər komitələrinin üzvüdür.
|
 Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gələn həftə Nyu-Yorkda baş tutacaq. APA-nın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie verib. Həmsədr Məmmədyarov-Nalbandyan görüşünün çox çətinliklə razılaşdırıldığını qeyd edib: “Xarici işlər nazirlərinin iş qrafiki onsuz da gərgindir, bu səbəbdən görüşü razılaşdırmaq çox çətin oldu.
|
 “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağa münaqişəsinin nizamlanması işinə böyük töhfələr verib və Rusiya ilə münasibətlərdə mövcud olan çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirir”. APA-nın məlumatına görə, bu açıqlamanı Heydər Əliyev hava limanında jurnalistlərə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib: “Hazırda Rusiya ilə münasibətlərdə müəyyən çətinliklər var, amma düşünürəm ki, Moskva Gürcüstan prezidenti ilə imzaladığı sazişə əməl etməyə başlayan zaman bu çətinliklər aradan qalxacaq”.
|
 “Hazırda ABŞ Cənubi Qafqaz regionundakı münaqişələrin həlli və gərginliyin azaldılması üçün ikiqat səy göstərir”. APA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns deyib. Senatın Xarici İşlər Komitəsində “Rusiyanın Gürcüstana təcavüzü” mövzusunda çıxış edən U. Berns Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə prezidentini İrəvana dəvət etməsini alqışlayıb və Abdulla Gülün bu dəvəti qəbul etməsindən məmnun olduqlarını bildirib.
|
 ”Seçkilər-2008”QHT Koalisiyası Belarusdakı həmkarlarının dəvəti ilə, bu ölkədə sentyabrın 28-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək, - cümə axşamı Trend News-a Koalisiyadan bildiriblər. ”Seçkilər-2008”QHT Koalisiyası cari ilin avqustunda Azərbaycanda prezident seçkilərində ictimai fəallığın artırılması məqsədilə yaradılıb. Onu “İnam”plüralizm Mərkəzi, Multimedia Informasiya və Texnologiya Sistemi Mərkəzi, Avrasiya Beynəlxalq Mətbuat Fondu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ümid Rəhimoğlu, KASKFEN-nin sədri Azər Həsrət təsis edib.
|
 2009-cu ilin sonunadək Azərbaycanda inzibati məhkəmələrin yaradılması prosesi yekunlaşacaq. Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Səyyad Kərimov cümə axşamı Trend News-a bildirib ki, inzibati məhkəmələrin fəaliyyət göstərən məhkəmələrin tərkibində ayrıca kollegiya kimi, yaxud da müstəqil fəaliyyət göstərməsi məsələsi hələ ki həll olunmayıb və bununla bağlı araşdırmalar davam etdirilir.
|
 Avropa Məhkəməsi 2005-ci ilin parlament seçkiləri ilə bağlı Azərbaycandan göndərilən şikayətlərin araşdırılmasına başlayıb. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun vəkili Fuad Ağayevin cümə axşamı verdiyi məlumatlara görə, İnsan Haqları üzrə Avropa Məhkəməsi ADP sədrinin şikayəti ilə əlaqədar Azərbaycan hökumətinə sorğu göndərib.
|
 Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən tanınması, Dnestryanı region və Dağlıq Qarabağ üçün presedent yaratmır, - RF-nin xarici işlər naziri Sergey Lavrov deyib, - RİA Novosti xəbər verib. “Rusiya MDB məkanında mövcud olan bütün münaqişələrin sülh yolu ilə həll edilməsinə beynəlxalq hüquq, BMT Nizamnaməsinin bütün prinsiplərinə hörmət, münaqişəyə cəlb olunmuş tərəflər arasında razılığa gəlmək üçün əvvəllər əldə olunmuş razılaşmalar əsasında fəal kömək göstərəcək.
|
 Azərbaycanda korrupsiya faktları ilə bağlı bu il 58 cinayət işi məhkəmələrə təqdim olunub. Bu barədə cümə axşamı Trend News-a Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda idarənin icraatında 27 cinayət işi istintaq olunur. «Bu cinayətlər sırasında əsasən vəzifədən sui-istifadə, rüşvətalma, səlahiyyət həddini aşma və qulluq mövqeyindən istifadə etməklə talama cinayətləridir», - Əliyev əlavə edib.
|
 Azərbaycanın müxalifət Demokrat Partiyasının (ADP) sədri hesab edir ki, yeni blokun yaradılması üçün Müsavat Partiyası ilə mövqeləri üst-üstə düşür. «Hər iki partiya yaxın dövrlərdə bu mövqenin reallaşdırılması istiqamətində müzakirələrə başlayacaq», cümə axşamı Trend News-a ADP sədri Sərdar Cəlaloğlu bildirib.
|
 Sentyabrın 16-da Böyük Britaniyanın Bornmut (Bournemouth) şəhərində Liberal Demokrat Partiyasının illik qurultayı çərçivəsində “Münaqişələrin həllində Avropa İttifaqının rolu” mövzusunda tədbir keçirilib. Bu barədə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən “Trend News”-a bildiriblər.
|
 Azərbaycan Seçki Məcəlləsinə uyğun olaraq 15 oktyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində yaradılacaq səsvermə məntəqələrində müşahidəçilərin iştirak etməsinə şərait yaradılacaq. Bu barədə cümə axşamı mətbuat konfransı keçirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.
|
 Azərbaycan polisi seçkilərlə bağlı yüksək səviyyədə təlimatlandırılıb. «Başqa ölkələrin polisləri ilə müqayisədə Azərbaycan polisləri seçkilərə tam hazırdırlar», - deyə niderlandlı ekspert Ari Bloyd cümə axşamı Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində «Seçki prosesi və polis» mövzusunda keçirilmiş treninqlərin yekununa həsr olunmuş mətbuat konfransında bildirib.
|
 Azərbaycanın müxalifətçi prezidentliyə namizədi təbliğat-təşviqat kampaniyasını regionlardan başlayacaq. «Kütləvi aksiyanı ilk olaraq Sumqayıtda keçirməyi planlaşdırırıq»,- cümə axşamı Trend-News-a Azərbaycan müxalifətini təmsil edən Böyük Quruluş Partiyasının sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu bildirib.
|
 ATƏT-in müşahidəçilər qrupu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Lənkəran və Xaçmaz rayonlarında regional ofislərindəki görüşlərindən sonra assosiasiyanın Saatlı və Cəlilabad ofislərində olublar.
|
 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndələri beynəlxalq təşkilatlarla görüşləri davam etdirir. Bu gün Assosiasiyanın vitse-prezidenti Vəli Əlibəyov ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisində seçkilərin monitorinqi üzrə proqram rəhbəri Yan Vudvart və proqram assistenti Minayə Səfərova ilə görüşüb.
|
|
|