Ìàòåðèàëû çà 20.09.2008 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
20 Sentyabr 2008, 13:09    ACP yerləşdiyi qərargahdan çıxıb
ACP yerləşdiyi qərargahdan çıxıbAçıq Cəmiyyət Partiyası (ACP) yerləşdiyi Kiçik Qala küçəsi, 128 ünvanındakı qərargahı bu gün tərk edib. Bu barədə APA-ya partiya sədrinin müavini Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, bir il əvvəl bina sahibi ilə müqavilə bağlanıb və bu müddətdə sözügedən ünvanda fəaliyyət göstəriblər. Lakin vaxt tamam olduqda bina sahibi müqaviləni uzatmadan partiyanın qərargahı tərk etməsi ilə bağlı məhkəməyə müraciət edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 13:09    İsveçdəki Azərbaycan diaspora təşkilatları sentyabrın 21-də mitinq keçirəcək
İsveçdəki Azərbaycan diaspora təşkilatları sentyabrın 21-də mitinq keçirəcəkİsveçin Göteborq şəhərində yaşayan Azərbaycan bir sıra diaspora təşkilatlarının təşəbbüsü ilə sentyabrın 21-də mitinq keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətidən APA-ya verilən məlumata görə, mitinq “Femman Huset” küçəsində keçiriləcək. Aksiyada İranda yaşayan azərbaycanlıların hüquqlarının qorunması, millin təhsil haqlarının təmin olunması tələb ediləcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
20 Sentyabr 2008, 12:09    Qubad İbadoğlu: «2011-ci ildən Azərbaycanda neft hasilatı düşəcək»
Qubad İbadoğlu: «2011-ci ildən Azərbaycanda neft hasilatı düşəcək»Azərbaycan ictimai birliklərinin «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyası bu gün Bakıda «Əsrin kontraktının 14-cü ili və neft-qaz sənayesində şəffaflıq təşəbbüsü» mövzusunda dəyirmi masa keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu «Əsrin kontraktı»nın Azərbaycanın həyatında mühüm hadisələrdən biri olduğunu vurğulayıb.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
20 Sentyabr 2008, 12:09    Xarici mənbələrdən Azərbaycanda əsas kapitala yatırılan sərmayə azalır
Xarici mənbələrdən Azərbaycanda əsas kapitala yatırılan sərmayə azalırBu ilin yanvar-avqust aylarında Azərbaycanda xarici mənbələrdən əsas kapitala 1 572,2 mln. manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən «APA-economics»ə verilən məlumata görə, hesabat dövründə xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3% azalıb.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
20 Sentyabr 2008, 12:09    İqbal Ağazadə barədə şikayətə yenidən MSK-nın nəzdindəki Mətbuat Qrupunda baxılacaq
İqbal Ağazadə barədə şikayətə yenidən MSK-nın nəzdindəki Mətbuat Qrupunda baxılacaqYeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) etdiyi müraciətə yenidən qurumun nəzdindəki Mətbuat Qrupunda baxılacaq. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 12:09    “Yeni Nəsil” Jurnalistlər Birliyi seçkiqabağı kampaniya ərəfəsində medianın monitorinqini aparıb
“Yeni Nəsil” Jurnalistlər Birliyi seçkiqabağı kampaniya ərəfəsində medianın monitorinqini aparıb“Yeni Nəsil” Jurnalistlər Birliyi 2008-ci ilin seçkiqabağı kampaniyası ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılmasının monitorinqini aparıb. APA-nın məlumatına görə, təşkilatın sədri Arif Əliyev bu gün keçirdiyi mətbuat konfransında Avropa Şurası və Avropa Komissiyasının “Azad və ədalətli seçkilər” adlı birgə proqramı çərçivəsində dəstəklənən monitorinqin gedişində medianın fəaliyyətinə dair göstəricilərin beynəlxalq metodoloji standartlar əsasında qiymətləndirildiyini deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 12:09    Azərbaycan prezidentinin iştirakı ilə Zaqatala aeroportunun açılışı olub
Azərbaycan prezidentinin iştirakı ilə Zaqatala aeroportunun açılışı olubAzərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonunda olub.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dövlət başçısı Daxili Qoşunların Zaqatalada inşa edilən hərbi hissəsinə baxış keçirib, daha sonra Heydər Əliyev adına Parkda Heydər Əliyevin abidəsini ziyarət edib. Parkda Heydər Əliyev muzeyinin açılışı olub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 12:09    Nizami Quliyev: “İstefa ərizəmi bu gün AXCP rəhbərliyinə təqdim etdim”
Nizami Quliyev: “İstefa ərizəmi bu gün AXCP rəhbərliyinə təqdim etdim”Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, keçmiş millət vəkili Nizami Quliyev partiya sıralarından istefa verib. N. Quliyev APA-ya bildirib ki, bu gün istefa ərizəsini AXCP rəhbərliyinə təqdim edib. İstefasının səbəblərinə toxunan N. Quliyev bunun partiyada taktiki gedişlərlə bağlı yaranmış fikir ayrılıqları ilə izah edib: “Taktiki gedişlər də daha çox seçkiyə münasibətdə fərqlidir. Mən elə bilirəm ki, partiyanın prioritet vəzifəsi seçkilərdə iştirak və bu yolla hakimiyyətə gəlməkdir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 12:09    AMİP daxili işlər naziri Ramil Usubova müraciət edib
AMİP daxili işlər naziri Ramil Usubova müraciət edibAzərbaycan Milli İstiqlal Partiyası (AMİP) daxili işlər naziri Ramil Usubova müraciət edib. AMİP-in mətbuat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, müraciətə səbəb avqustun 24-də partiyanın İmişli rayon təşkilatında baş verən oğurluq hadisəsi olub. Müraciətdə rayon polis şöbəsində aparılan istintaqdan narazılıq bildirilib və bu hadisəyə hüquqi qiymətin verilməsi istənilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 12:09    Küçələrdə quraşdırılan lövhələr namizədlər arasında bərabər bölünməlidir
Küçələrdə quraşdırılan lövhələr namizədlər arasında bərabər bölünməlidirTəşviqat materiallarının yapışdırılması üçün küçələrdə quraşdırılmış lövhələr prezidentliyə namizədlər arasında bərabər bölünməlidir. Bu barədə APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. Onun sözlərinə görə, bununla bağlı hər hansı təlimat və ya müəyyənləşdirilmiş ölçü yoxdur, bu məsələni namizədlər özləri həll etməlidirlər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 12:09    MDB müşahidəçiləri prezident seçkiləri ilə bağlı bir neçə rayonda olublar
MDB müşahidəçiləri prezident seçkiləri ilə bağlı bir neçə rayonda olublarMüstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyası sentyabrın 17-18-də Hacıqabul, Salyan, Astara, Lənkəran, Lerik və Cəlilabad rayonlarına səfər edib, yerli icra orqanlarının rəhbərləri ilə görüşüblər.
Missiyanın üzvü, MDB İcraiyyə Komitəsi mətbuat xidmətinin müşaviri Mariya Qutsalo APA-ya bildirib ki, müşahidəçilər, həmçinin, dairə və məntəqə seçki komissiyalarında olub, prezident seçkilərinə hazırlıqla, təşviqat kampaniyanın gedişi ilə maraqlanıblar.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 12:09    Edvard Nalbandyan: “Nyu-Yorkda xarici işlər nazirlərinin üçtərəfli görüşünün əleyhinə deyiləm”
Edvard Nalbandyan: “Nyu-Yorkda xarici işlər nazirlərinin üçtərəfli görüşünün əleyhinə deyiləm”“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın daha çevik mövqedən çıxış etməsi üçün öz nüfuzundan istifadə edə bilər”.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
20 Sentyabr 2008, 12:09    Kondoliza Rays: “ABŞ Dağlıq Qarabağ kimi regional problemlərin həlli üzərində ciddi çalışır”
Kondoliza Rays: “ABŞ Dağlıq Qarabağ kimi regional problemlərin həlli üzərində ciddi çalışır”“Biz Rusiyanın bəzi arxaik “nüfuz dairəsi zonalarında” suveren millət və xalqların daxili işlərinə istənilən müdaxilə cəhdlərinə müqavimət göstərəcəyik”.
APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Kondoliza Rays bəyan edib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
20 Sentyabr 2008, 12:09    Elmar Məmmədyarov “Azərbaycanın xarici siyasət perspektivləri” mövzusunda çıxış edib
Elmar Məmmədyarov “Azərbaycanın xarici siyasət perspektivləri” mövzusunda çıxış edibLondonda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın aparıcı tədqiqat mərkəzlərindən sayılan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda “Azərbaycanın xarici siyasət perspektivləri” mövzusunda çıxış edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, tədbirdə Londonda akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin diplomatları, tədqiqat mərkəzləri və elmi dairələrin nümayəndələri, özəl sektorun təmsilçiləri və jurnalistlər iştirak ediblər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
20 Sentyabr 2008, 12:09    Azərbaycanın Mətbuat Şurasında “reket”jurnalistika ilə mübarizə Komissiyası yaradılıb
Azərbaycanın Mətbuat Şurasında “reket”jurnalistika ilə mübarizə Komissiyası yaradılıbAzərbaycanın Mətbuat Şurasında “reket”jurnalistika ilə mübarizə Komissiyası yaradılıb. Cümə günü Trend News-a Şuradan verilən məlumata görə, bu barədə qərar İdarə Heyətinin cümə günü keçirilmiş iclasında qəbul edilib.
“İki sahil”qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə komissiyanın sədri seçilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 11:09    Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib
Dağlıq Qarabağ münaqişəsi müzakirə edilibDağlıq Qarabağ münaqişəsinin həlli yolları bu gün Azərbaycanın müdafiə naziri general - polkovnik Səfər Əbiyevlə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin görüşündə müzakirə edilib. Azərbaycan müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend News-a bildiriblər ki, görüşdə regiondakı hərbi -siyasi vəziyyət də müzakirə olunub.
Fasye sentyabrın 18 – dən Azərbaycandadır. Fransalı diplomat səfərini Dağlıq Qarabağdan başlayıb.
Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın dünən regiona səfəri başa çatıb.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
20 Sentyabr 2008, 11:09    MSK prezidentliyə müxalifətdən olan namizədin vəkillilərini qeydə alıb
MSK prezidentliyə müxalifətdən olan namizədin vəkillilərini qeydə alıbAzərbaycanın Mərkəzi Seçki Komissiyası müxalifəti təmsil edən Böyük Quruluş partiyasının sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlunun vəkillilərini qeydə alıb. «Prezidentliyə namizəd Fazil Qəzənfəroğlunun 50 nəfərdən ibarət vəkillərinin siyahısını Böyük Quruluş partiyası tərəfindən MSK-ya təqdim olunub», - deyə MSK- nın cümə günü keçirilən iclasında komissiya katibi Natiq Məmmədov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 11:09    MSK prezident seçkisində «exit-poll» keçirən təşkilatların attestasiyası qaydalarını təsdiq edib
MSK prezident seçkisində «exit-poll» keçirən təşkilatların attestasiyası qaydalarını təsdiq edibAzərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisində «exit-poll» keçirən təşkilatların attestasiyası qaydalarını təsdiq edib.
«Exit-poll» keçirmək istəyən təşkilatlar bu sahədə təcrübəyə və texniki imkanlara malik olmalıdırlar» -MSK- nın cümə günü keçirilən iclasında komissiya sədri Məzahir Pənahov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 11:09    Azərbaycanın dövlət büdcəsindən prezidentliyə namizədlərin hər birinə 12 min manat ayrılıb
Azərbaycanın dövlət büdcəsindən prezidentliyə namizədlərin hər birinə 12 min manat ayrılıbAzərbaycanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin hər biri üçün dövlət büdcəsindən 12 min manat (təxminən 15 min $) vəsait ayırıb.
«Namizədlər yaxın günlərdə həmin vəsaiti götürə bilərlər» - bu barədə cümə günü jurnalistlərə MSK-nın üzvü Ramiz İbrahimov məlumat verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 11:09    MTRŞ telekanalları namizədlərə ödənişli efir vaxtı ayırarkən reallıqları nəzərə almağa çağırıb
MTRŞ telekanalları namizədlərə ödənişli efir vaxtı ayırarkən reallıqları nəzərə almağa çağırıbAzərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) özəl telekanalların prezidentliyə namizədlərin ödənişli efir vaxtı ilə bağlı vahid qiymətləndirmənin tərəfdarıdır.
«Telekanallar mövcud reallıqları nəzərə alıb, seçki təbliğatı ilə bağlı qiymətləndirmə aparmalıdır» - cümə günü Trend News-a MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 11:09    Avropa Şurasının eksperti Azərbaycanın kütləvi informasiya vasitələrinin son illər passiv olduğunu qeyd edir
Avropa Şurasının eksperti Azərbaycanın kütləvi informasiya vasitələrinin son illər passiv olduğunu qeyd edirAvropa Şurasının (AŞ) eksperti son illərdə Azərbaycan KİV-in passiv olduğunu qeyd edir. Bir vaxtlar fəallığına görə regionda birinci olan Azərbaycan KİV prezident seçkiləri ərəfəsində seçkiqabağı proseslərin işıqlandırılmasında nəzərəçarpan passivlik nümayiş etdirir, - Avropa Şurasının eksperti Devid Vard cümə günü Bakıda keçirilən mətbuat konfransında bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 11:09    Azərbaycan prezidenti MDB SQKŞ -nın ali mükafatı ilə təltif edilib
Azərbaycan prezidenti MDB SQKŞ -nın ali mükafatı ilə təltif edilibAzərbaycan prezidenti İlham Əliyev MDB - nin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) ən yüksək mükafatı ilə təltif olunub. Bu barədə cümə günü Bakıda keçirilən mətbuat konfransında MDB SQKŞ -nın əlaqələndirici xidmətinin rəhbəri, general - polkovnik Aleksandr Manilov bildirib.
Onun sözlərinə görə, İlham Əliyev «MDB dövlətləri sərhədlərinin mühafizəsi üzrə fərqlənmə» mükafatı və «Sərhəd əməkdaşlığının möhkəmləndirilməsinə görə» döş nişanı ilə təltif olunub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 11:09    Seçki Monitorinq Mərkəzinin kasasiya şikayətini məhkəmə geri qaytarıb
Seçki Monitorinq Mərkəzinin kasasiya şikayətini məhkəmə geri qaytarıbAzərbaycanda qeydiyyatı ləğv olunmuş Seçki Monitorinq Mərkəzinin kasasiya şikayətini məhkəmə geri qaytarıb.
Ali Məhkəmə qeydiyyatın ləğvi ilə bağlı qətnamənin dərhal icrası ilə bağlı qəbul edilən qərardadın ləğvini tələb edən SMM-ə vəkil tutulmasını məsləhət görüb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
20 Sentyabr 2008, 11:09    Azərbaycanın müxalifət partiyası koalisiyaya qoşulmaq üçün yeni şərt irəli sürüb
Azərbaycanın müxalifət partiyası koalisiyaya qoşulmaq üçün yeni şərt irəli sürübAzərbaycan müxalifətini təmsil edən Demokrat Partiyası prezident seçkisini boykot edən partiyaların koalisiyasına qoşulmaq üçün yeni şərt irəli sürüb.
«Müsavat Partiyası parlamentdəki deputatlarını geri çağırsın və biz də müxalifətin koalisiyasına qoşulmamaqla bağlı mövqeyimizə yenidən baxaq», cümə günü Trend News-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
← Geri    1 2    İrəli →