Ìàòåðèàëû çà 27.09.2008 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
27 Sentyabr 2008, 14:09    Bakıda ABŞ Kommersiya Departamentinin ofisi açılıb
Bakıda ABŞ Kommersiya Departamentinin ofisi açılıbBakıda ABŞ-ın Azərbaycandakı səfirliyi nəzdində yeni ABŞ Kommersiya Departamentinin ofisinin açılış mərasimi keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi qeyd edib ki, hər iki ölkə tərəfdaş kimi müxtəlif məsələlər üzərində işləyir və təhlükəsizlik, enerji məsələləri, demokratik və iqtisadi islahatlar, xalqlar arasında mübadilə sahəsində əməkdaşlıq edir.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
27 Sentyabr 2008, 14:09    Qüdrət Həsənquliyev Göyçayda seçicilərlə görüşüb
Qüdrət Həsənquliyev Göyçayda seçicilərlə görüşübGöyçay rayonunda prezidentliyə namizəd, BAXCP sədri Qüdrət Həsənquliyevin seçicilərlə görüşü keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, görüşü BAXCP-nin rayon təşkilatının sədri, namizədin vəkili Bəxtiyar Zeynalov açaraq, Q. Həsənquliyevin siyasi konsepsiyası, seçki platforması barədə məlumat verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 14:09    Bakıda Dünya Gənclərinin Məşğulluq Sammiti çərçivəsində nazirlərin konfransı keçirilib
Bakıda Dünya Gənclərinin Məşğulluq Sammiti çərçivəsində nazirlərin konfransı keçirilibBakıda Dünya Gənclərinin IV Məşğulluq Sammiti (YES) çərçivəsində nazirlərin konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, iclasda çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakı sammitinin bütün dünyada gənclərin məşğulluq probleminə diqqətin yetirilməsində mühüm rol oynadığını vurğulayıb.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
27 Sentyabr 2008, 14:09    Namizədlər üçün ayrılan vəsait onların seçki fonduna köçürülüb
Namizədlər üçün ayrılan vəsait onların seçki fonduna köçürülübPrezident seçkilərində iştirak edən namizədlərə təbliğat-təşviqat kampaniyası üçün dövlət büdcəsindən ayrılan pul vəsaitinin miqdarı iki dəfədən çox artırılıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə dövlət büdcəsindən ümumilikdə 144 min manat pul ayrılıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 14:09    Azərbaycan prezidenti Saatlı və Sabirabad rayonlarına səfər edib
Azərbaycan prezidenti Saatlı və Sabirabad rayonlarına səfər edib Azərbaycan prezidenti İlham Əliyev Saatlı və Sabirabad rayonlarında səfərdə olub.
APA-nın “AzərTAC” Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, dövlət başçısı ilk öncə Saatlıda şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edib. Qeyd edək ki, sahəsi 5,6 hektar olan parkda yaraşıqlı fəvvarə inşa edilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 14:09    Azərbaycanın müxalifət partiyalarının əməkdaşlıq formatı fəaliyyətini dayandırıb
Azərbaycanın müxalifət partiyalarının əməkdaşlıq formatı fəaliyyətini dayandırıbAzərbaycanın müxalifət partiyalarının «dördlər» formatının fəaliyyətinə fasilə verilib.
«Dördlər» formatı prezident seçkisindən sonra fəaliyyətini bərpa edəcək. Seçkidən sonra «dördlər» formatı ya başqa formata transformasiya edəcək, ya da fəaliyyətini dayandıracaq», - deyə burada təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cümə günü Trend News - a bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 14:09    Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin vəkillərini qeydə alıb
Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin vəkillərini qeydə alıbAzərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında prezidentliyə iki namizədin vəkillərini qeydə alıb.
Müxalifəti təmsil edən Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyevin 40, Azərbaycan Liberal Demokrat Partiyasının prezidentliyə namizədi Fuad Əliyevin 30 vəkili qeydə alınıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 14:09    MDB müşahidəçiləri prezidentliyə namizədlərlə görüşləri davam etdirir
MDB müşahidəçiləri prezidentliyə namizədlərlə görüşləri davam etdirirMüstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycandakı seçkiləri müşahidə missiyasının qərargah üzvləri Azərbaycan Liberal-Demokrat Partiyasından prezidentliyə namizəd Fuad Əliyev və onun vəkili ilə görüşüblər. Missiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə F. Əliyevin seçki kampaniyasında iştirakı ilə bağlı məsələlər müzakirə olunub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 14:09    Azərbaycanla Xorvatiya arasında ikitərəfli sənədlər imzalanacaq
Azərbaycanla Xorvatiya arasında ikitərəfli sənədlər imzalanacaqAzərbaycan və Xorvatiya arasında bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Xorvatiyanın Azərbaycanda da akkreditə olunmuş Türkiyədəki səfirinin müavini İqor Pelovşek APA-ya bildirib ki, tərəflər dəniz daşımaçılığı, nəqliyyat, ikiqat vergiqoymadan yayınma, təbiətin mühafizəsi və kənd təsərrüfatı sahələrində hökumətlərarası sazişlər imzalamaq niyyətindədir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 14:09    Elmar Məmmədyarov Nyu-Yorkda yüksək səviyyəli görüşlər keçirib
Elmar Məmmədyarov Nyu-Yorkda yüksək səviyyəli görüşlər keçiribNyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşləri davam etdirir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, XİN başçısı Sloveniya prezidenti Danilo Turk, İordaniyanın xarici işlər naziri Səlahəddin Əl-Bəşir, Mərakeşin xarici işlər naziri Taib Fassi-Fihri, Avropa İttifaqının Birgə Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Təmsilçisi Xavyer Solana
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
27 Sentyabr 2008, 14:09    Namizədlərin efirdə səsləndirdiyi fikirlərə görə İctimai Televiziya məsuliyyət daşımır
Namizədlərin efirdə səsləndirdiyi fikirlərə görə İctimai Televiziya məsuliyyət daşımır“Bəzi prezidentliyə namizədlər canlı efirdə Seçki Məcəlləsinin 88-ci maddəsinə zidd olan təhqirlər səsləndirir. Müdaxilə səlahiyyəti olmasa da, verilişin aparıcısı dəfələrlə belə hallara yol verilməməsi haqda həmin namizədlərə xəbərdarlıq edib”. Bu açıqlamanı APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 14:09    “Azad, Şəffaf, Ədalətli Seçkilər” QHT Koalisiyası seçkilərlə bağlı monitorinqin nəticələrini açıqlayıb
“Azad, Şəffaf, Ədalətli Seçkilər” QHT Koalisiyası seçkilərlə bağlı monitorinqin nəticələrini açıqlayıb“Azad, Şəffaf, Ədalətli Seçkilər” QHT Koalisiyası 2008-ci il prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası zamanı aparılan monitorinqin nəticələrini açıqlayıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sentyabrın 7-dən 24-dək aparılan monitorinqin nəticələrinə görə, seçki ilə bağlı mətbuatda dərc olunan materialların azlığı diqqəti cəlb edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
27 Sentyabr 2008, 13:09    MSK nəzdində yaradılan mətbuat qrupu Ümid Partiyasının müraciətlərini müzakirə edib
MSK nəzdində yaradılan mətbuat qrupu Ümid Partiyasının müraciətlərini müzakirə edibMərkəzi Seçki Komissiyasının (MSK) nəzdində mətbuat qrupunun bu gün keçirilən iclasında Ümid Partiyasının müraciətlərinə baxılıb. APA-nın məlumatına görə, qrupun sədri Azər Tağıyev bildirib ki, Ümid Partiyası müraciətində bildirib ki, Yeni Azərbaycan Partiyasının MSK-dakı məşvərətçi səs hüquqlu üzvü Aydın Mirzəzadə qurumun qəbul etdiyi təlimata zidd olaraq İctimai Radioda təbliğat çıxışı edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 13:09    Fuad Əliyevin təbliğat materiallarının dəyişdirilməsinə başlanılıb
Fuad Əliyevin təbliğat materiallarının dəyişdirilməsinə başlanılıbMərkəzi Seçki Komissiyası (MSK) prezidentləri namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət edib. APA-nın məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, F. Əliyev təşviqat şəkillərində rekvizitləri göstərməyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 13:09    Azərbaycanın QHT Koalisiyası prezident seçkisini 1500 müşahidəçi ilə izləyəcək
Azərbaycanın QHT Koalisiyası prezident seçkisini 1500 müşahidəçi ilə izləyəcəkAzərbaycanın «Seçki 2008» QHT koalisiyası 1500 nəfər müşahidəçi ilə prezident seçkisini izləyəcək. Koalisiyadan cümə günü Trend News- a verilən məlumata əsasən, müşahidəçilər 60 seçki dairəsində müşahidə aparacaq.
«Seçki 2008» QHT Koalisiyası prezident seçkilərində ictimai fəallığın artırılması məqsədi ilə bu ilin avqustunda yaradılıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
27 Sentyabr 2008, 13:09    Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq məsələləri Vaşinqtonda müzakirə olunacaq
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq məsələləri Vaşinqtonda müzakirə olunacaqAzərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporanın rolu məsələsi oktyabrın 1-2-də Vaşinqtonda keçiriləcək ikigünlük konfransda müzakirə olunacaq. Bu barədə cümə günü Trend News-a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
27 Sentyabr 2008, 13:09    BQXK-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub
BQXK-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunubBeynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.
Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyindən cümə günü Trend News-a məlumat verilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 13:09    Heydər Əliyev Fondu Roma Katolik Dini İcması ilə əməkdaşlıq memorandumu imzalayıb
Heydər Əliyev Fondu Roma Katolik Dini İcması ilə əməkdaşlıq memorandumu imzalayıbHeydər Əliyev Fondu cümə günü Bakıda Roma Katolik Dini İcması ilə əməkdaşlıq memorandumu imzalayıb.
Əməkdaşlıq təhsil, mədəniyyət və səhiyyə sahəsində əlaqələrin inkişafını, həmçinin dini tolerantlıq, dözümlülük ənənələrinin qorunmasını, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və əlaqələrin genişləndirilməsini nəzərdə tutur.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 13:09    Danimarkadan Azərbaycana şəffaf seçki qutuları və ultra-bənövşəyi detektorlar gətirilib
Danimarkadan Azərbaycana  şəffaf seçki qutuları və ultra-bənövşəyi detektorlar gətirilibAzərbaycanda keçiriləcək prezident seçkisində istifadə olunacaq gözlə görünməyən mürəkkəb, əlavə şəffaf seçki qutuları və ultra-bənövşəyi detektorlar (lampalar) Danimarkadan Azərbaycana gətirilib.
«Artıq seçki ləvazimatlarının Dairə və Məntəqə seçki komissiyalarına paylanmasına başlanılıb», cümə günü Trend News-a Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 13:09    Azərbaycan qadınları İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər
Azərbaycan qadınları İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər Azərbaycan qadınları qarşıdakı prezident seçkisində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Bu barədə cümə günü Azərbaycan qadınlarının III qurultayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
27 Sentyabr 2008, 13:09    Fazil Qəzənfəroğlunun seçicilərlə görüşü ilə bağlı təhlükəsizlik işləri görülüb
Fazil Qəzənfəroğlunun seçicilərlə görüşü ilə bağlı təhlükəsizlik işləri görülübAzərbaycanın prezidentliyə namizədi, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində sentyabrın 28-də (paytaxt Bakıdan 365 kilometr qərbdə) Gəncədə seçicilərlə görüş keçirəcək. Bu barədə cümə günü Trend News-a Gəncə şəhər İcra Hakimiyyətinin İçtimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Ruslan Qardaşov məlumat verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə