Ìàòåðèàëû çà Oktyabr 2008 illər » Avciya.az
az | en | ru
“Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə”... Azərbaycan qatarlarının Dağıstan dəmir yolu ilə hərəkəti yaxın vaxtlarda bərpa olunacaq ... Azərbaycanda ötən il 300-dən çox mətbu nəşr qeydə alınıb... Dövlətin və KİV-in inkişaf templəri üst-üstə düşməlidir ... Dağlıq Qarabağ münaqişəsinin uzanması təhlükəli vəziyyət yaradır ... Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb ... Avropa Şurası Azərbaycanda parlament seçkiləri ilə bağlı yardım proqramı qəbul edib... Serj Sarkisyan: «Bakı Qarabağ münaqişəsini hərbi yolla həll etmək məqsədini gizlətmir»... Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Türkiyə-Azərbaycan üçbucağının bir hissəsidir... ATƏT PA sədri: Dağlıq Qarabağ probleminin həlli vaxtı çatıb...
31 Oktyabr 2008, 13:10    Putin Azərbaycan və Qətəri Rusiya - İran layihələrinin realizəsində iştiraka dəvət edib
Putin Azərbaycan və Qətəri Rusiya - İran layihələrinin realizəsində iştiraka dəvət edibRF-nin Baş naziri Vladimir Putin hesab edir ki, bəzi Rusiya - İran layihələrinin realizəsinə digər ölkələr də qoşula bilər, - İTAR-TASS xəbər verir. “Bizim ikitərəfli və çoxtərəfli formatlarda bir çox perspektivli layihəmiz var”, - o cümə axşamı Astanada İranın Baş nazirinin birinci müavini Pərviz Daudi ilə görüşdə bəyan edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
31 Oktyabr 2008, 13:10    Moskva görüşü Dağlıq Qarabağ üzrə danışıqları fəallaşdıra bilər – Ermənistan XİN
Moskva görüşü Dağlıq Qarabağ üzrə danışıqları fəallaşdıra bilər – Ermənistan XİNRusiya prezidenti Dmitri Medvedyevin Moskvada Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsinə dair təşəbbüsü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşmasına yeni stimul verə bilər.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
31 Oktyabr 2008, 13:10    Amnistiya Aktı məhbusların cəzalarının çəkilməmiş hissəsinin bir il azaldılmasını nəzərdə tutur
Amnistiya Aktı məhbusların cəzalarının çəkilməmiş hissəsinin bir il azaldılmasını nəzərdə tuturAzərbaycan parlamentinə təqdim olunan Amnistiya Aktı layihəsi bütün məhbusların cəzalarının çəkilməmiş hissəsinin bir il azaldılmasını nəzərdə tutur.
«Bundan başqa layihə cəzasının on ilini çəkmiş ömürlük azadlıqdan məhrum edilən məhbusların cəzasının 20 il azadlıqdan məhrumetmə ilə əvəzlənməsini də nəzərdə tutur», - cümə axşamı Trend News-a parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Oktyabr 2008, 13:10    Bakıda “Tələbə həftəsi” keçiriləcək
Bakıda “Tələbə həftəsi” keçiriləcəkNoyabrın 10-dan 17-dək Bakıda “Tələbə həftəsi” keçiriləcək. Bu barədə APA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. İ. Babayevin sözlərinə görə, 17 noyabr Beynəlxalq Tələbə Günü ilə əlaqədar keçirilən “Tələbə həftəsi”ni nazirlik silsilə tədbirlərlə qeyd edəcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Oktyabr 2008, 13:10    Gələn il Azərbaycanda pensiyaların məbləği yenidən artırılacaq
Gələn il Azərbaycanda pensiyaların məbləği yenidən artırılacaqGələn il Azərbaycanda əmək pensiyalarının məbləği və yaşayış minimumu artırılacaq.
«APA-Economics»in məlumatına görə, Milli Məclisin (MM) sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, ildə bir dəfədən az olmayaraq, pensiyanın baza və sığorta hissələri artırılmalıdır.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Oktyabr 2008, 13:10    Səfir Fəxrəddin Qurbanov Britaniya parlamentinin üzvləri ilə görüşüb
Səfir Fəxrəddin Qurbanov Britaniya parlamentinin üzvləri ilə görüşübAzərbaycanın Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Britaniya parlamentinin üzvləri Con Man və Mark Pritçard ilə ayrı-ayrılıqda görüş keçirib. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
31 Oktyabr 2008, 13:10    Azərbaycan yay və qış vaxtının istifadəsindən imtina etmək niyyətində deyil
Azərbaycan yay və qış vaxtının istifadəsindən imtina etmək niyyətində deyilYaxın bir neçə il ərzində Azərbaycanın özünün vaxt etalonu olacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə SMPDA baş direktorunun vəzifəsini icra edən Ramiz Həsənov məlumat verib.
R.Həsənovun sözlərinə görə, hazırda vaxt etalonunun alınması üçün iş aparılır: «Yaxın iki il ərzində Azərbaycanın özünün vaxt etalonu olacaq. Ölkə ərazisindəki saatlar da məhz bu etalona uyğunlaşdırılacaq».
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Oktyabr 2008, 13:10    Qalaktikanın 8 planeti Azərbaycanın adı ilə bağlıdır
Qalaktikanın 8 planeti Azərbaycanın adı ilə bağlıdırQalaktikadakı 8 asteroid Azərbaycanın adı ilə bağlıdır. Bu məlumatı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev verib.
Ə. Quliyev bildirib ki, göy üzündə Azərbaycanla bağlı “Azərbaycan”, “Şamaxı Astrofizika Rəsədxanası”, “Nizami Gəncəvi”, “Nəsrəddin Tusi”, “Hüseyn Cavid”, “Müslüm Maqomayev”, “Sorin” (Azərbaycanda çalışmış rus alim) və “Əyyub Quliyev” asteroidləri var.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Oktyabr 2008, 13:10    Xarici dillərin tədrisinin aktual problemləri mövzusunda elmi konfrans keçirilib
Xarici dillərin tədrisinin aktual problemləri mövzusunda elmi konfrans keçirilibAzərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə “Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, ADU-nun rektoru Səməd Seyidov Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin dünyaya inteqrasiyası, inkişafı və təbliği üçün xarici dillərin öyrənilməsinə ehtiyac yarandığını deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Oktyabr 2008, 13:10    “Rabitə dünyası” qəzeti xüsusi buraxılış nəşr edib
“Rabitə dünyası” qəzeti  xüsusi buraxılış nəşr edibRabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi mətbu orqanı olan “Rabitə dünyası” qəzetinin xüsusi buraxılışı nəşr edilib. APA-nın xəbərinə görə, qəzetin bu nömrəsi İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə çap edilib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Oktyabr 2008, 13:10    Azərbaycan gələn həftə Vaşinqtonda keçiriləcək mikromaliyyə sammitində iştirak edəcək
Azərbaycan gələn həftə Vaşinqtonda keçiriləcək mikromaliyyə sammitində iştirak edəcəkAzərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu ilin noyabr ayının 4-7-də Vaşinqtonda (ABŞ) keçiriləcək Mikromaliyyə Assosiasiyalarının X Beynəlxalq Sammitində iştirak edəcək. Bu barədə «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva məlumat verib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Oktyabr 2008, 13:10    Azərbaycan hökuməti Dağlıq Qarabağda beynəlxalq idman yarışının keçirilməsini araşdırır
Azərbaycan hökuməti Dağlıq Qarabağda beynəlxalq idman yarışının keçirilməsini araşdırırAzərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin inzibati mərkəzi olan Xankəndi şəhərində masaüstü tennis üzrə beynəlxalq turnir başlayıb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, turnirdə bir neçə ölkədən - Rusiya, Fransa, Livan, Gürcüstan və Ermənistandan olan idmançılar iştirak edir.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
31 Oktyabr 2008, 13:10    Dövlət Sosial Müdafiə Fondunda «190» nömrəli telefon məlumat xidməti yaradılıb
Dövlət Sosial Müdafiə Fondunda «190» nömrəli telefon məlumat xidməti yaradılıbAzərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) müasir tipli «Mərkəzləşdirilmiş Sorğu Mərkəzi» («190» nömrəli telefon məlumat xidməti) yaradılıb. Bu barədə «APA-Economics»ə DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Oktyabr 2008, 13:10    QAT: Rusiya Azərbaycanın milli maraqlarına cavab vermir
QAT: Rusiya Azərbaycanın milli maraqlarına cavab vermirQarabağ Azadlıq Təşkilatı (QAT) noyabrın 2-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilməsi nəzərdə tutulan görüşlə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirib ki, Rusiyanın vasitəçilik missiyasını fəallaşdırmaq cəhdləri Azərbaycanın milli maraqlarına cavab vermir.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
31 Oktyabr 2008, 13:10    Rusiyadakı əmək miqrantları arasında azərbaycanlılar sayına görə 7-ci yerdədir
Rusiyadakı əmək miqrantları arasında azərbaycanlılar sayına görə 7-ci yerdədirRusiyada çalışan Azərbaycan vətəndaşları xarici işçilər arasında qanunçuluğa ən meylli işçilərdir. APA-nın Ümümrusiya Azərbaycan Konqresinə (ÜAK) istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidməti (FMX) rəisinin müavini Boris Toropov ÜAK-ın nümayəndələri ilə görüşündə deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
31 Oktyabr 2008, 13:10    Dünya bazarında neftin ucuzlaşmasının məqsədi ölkələri cəzalandırmaqdır
Dünya bazarında neftin ucuzlaşmasının məqsədi ölkələri cəzalandırmaqdırDünya bazarında neftin ucuzlaşmasının məqsədi Rusiya, İran və digər ölkələri cəzalandırmaqdır.
Azərbaycanın 2009-cu il üçün dövlət büdcəsinin əsas prioritetləri yenə də sosial məsələlər olacaq. «APA-Economics»in məlumatına görə, Milli Məclisin (MM) sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, investisiya tutumlu olacaq gələn ilki büdcənin təxminən 5 mlrd. manatı investisiya məqsədlərinə, 30%-dən çox hissəsi birbaşa sosial məsələlərin həllinə yönəldiləcək. MM üzvü qeyd edib ki, əvvəllər büdcənin 60%-i sosial sahəyə ayrılırdı. Hazırda bu nisbətin iki dəfə azalmasına baxmayaraq, ayrılan vəsaitin real həcmi 4-10 dəfə artıb.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Oktyabr 2008, 13:10    «Elektron Azərbaycan» Dövlət Proqramının ilkin layihəsi hazırlanıb
«Elektron Azərbaycan» Dövlət Proqramının ilkin layihəsi hazırlanıbYeni «Elektron Azərbaycan» Dövlət Proqramının (2009-2012-ci illər) layihəsinin ilkin variantı artıq hazırdır. Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov məlumat verib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Oktyabr 2008, 13:10    İlham Əliyevin prezident seçilməsi münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verəcək
İlham Əliyevin prezident seçilməsi münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verəcəkAvropa Komissiyasının sədri Joze Manuel Barrozo Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısını yenidən prezident seçilməsi münasibətilə təbrik edən Avropa Komissiyasının sədri bunu Cənubi Qafqaz üçün əhəmiyyətli məqam kimi dəyərləndirib, Azərbaycanın bölgədə mühüm rol oynamağa davam edəcəyinə inandığını vurğulayıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Oktyabr 2008, 13:10    Azərbaycanda mənzil münasibətləri yeni məcəllə əsasında tənzimlənəcək
Azərbaycanda mənzil münasibətləri yeni məcəllə əsasında tənzimlənəcəkAzərbaycan parlamentinin oktyabrın 31-də keçiriləcək növbəti iclasında Mənzil Məcəlləsinin layihəsi müzakirəyə çıxarılacaq.
«APA-Economics»in məlumatına görə, Milli Məclisin (MM) sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, 16 fəsil, 170-ə yaxın maddədən ibarət olan bu məcəllə mənzil münasibətlərinin bütün aspektlərini əks etdirəcək.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Oktyabr 2008, 13:10    Azərbaycanda polislərin cəzalandırılması mütəmadi olaraq həyata keçirilir - daxili işlər nazirinin müavini
Azərbaycanda polislərin cəzalandırılması mütəmadi olaraq həyata keçirilir - daxili işlər nazirinin müaviniAzərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun cümə axşamı Trend News-a musahibəsi
- Əsgər müəllim, son zamanlar cinayət törətməkdə təqsirləndirilərək tutulan şəxslər arasında keçmiş polis əməkdaşları ilə yanaşı hazırda çalışan polislər də var. Bu fakt nazirliyi narahat edirmi?

Ətraflı...
Kateqoriya : Analitika
31 Oktyabr 2008, 13:10    Azərbaycanlı müəlliflərin kitabının təqdimat mərasimi keçirilib
Azərbaycanlı müəlliflərin kitabının təqdimat mərasimi keçirilibBakıda cümə axşamı azərbaycanlı müəlliflərin «Türk Dünyası və «Böyük Ermənistan» xülyası» kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifləri filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı və «Üç nöqtə» qəzetinin təsisçisi və baş redaktoru Xoşqədəm Hidayət qızının bildirdiklərinə görə, kitab ermənilərin son iki yüz il ərzində həyata keçirdikləri bəd əməllər, törədikləri vəhşiliklər barədə tarixi faktlara həsr olunub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Oktyabr 2008, 13:10    Azərbaycanda prezidentliyə keçmiş namizədlər maliyyə hesabatlarını yaxın günlərdə MSK-ya təqdim edəcəklər
Azərbaycanda prezidentliyə keçmiş namizədlər maliyyə hesabatlarını yaxın günlərdə MSK-ya təqdim edəcəklərAzərbaycanda prezidentliyə keçmiş namizədlər maliyyə hesabatlarını hazırlayıblar və yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəklər. «Maliyyə hesabatımız hazırdır və gələn həftənin əvvəlində MSK-ya təqdim edəcəyik», - bu barədə cümə axşamı TrendNews - a müxalifəti təmsil edn Ümid Partiyasının sədri, prezdentliyə keçmiş namizəd İqbal Ağazadə bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Oktyabr 2008, 13:10    Qafqazda yayımlanan telekanalın Azərbaycanda yaradılması dövlətin marağında olmalıdır
Qafqazda yayımlanan telekanalın Azərbaycanda yaradılması dövlətin marağında olmalıdırAzərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşrəvan Məhərrəmli hesab edir ki, Qafqazda yayımlanan telekanalın yaradılması üçün böyük maliyyə dəstəyi lazımdır.
«Bütün Qafqazda yayımlanan telekanalın yayımlanması üçün güclü maliyyə dəstəyinə ehtiyac var.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Oktyabr 2008, 13:10    Azərbaycan məhkəməsi “İdeal” qəzetinin baş redaktorunun həbsi barədə qərar qəbul edib
Azərbaycan məhkəməsi “İdeal” qəzetinin baş redaktorunun həbsi barədə qərar qəbul edibBakının Nəsimi rayon məhkəməsi «İdeal» qəzetinin baş redaktoru Nazim Quliyevin həbsi barədə qərar çıxarıb.
Nəsimi rayon məhkəməsindən cümə axşamı TrendNews - a verilən məlumata görə, baş redaktor barəsində həbs qərarı bir neçə gün əvvəl çıxarılıb və onun tutulması üçün axtarış elan edilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
← Geri    1 2 3 ... 22 23 24    İrəli →