Hörmətli oxucular!
|
 Azərbaycan müxalifətini təmsil edən Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə seçki kampaniyası zamanı bəzi problemlərlə üzləşdiyini bildirib.
|
 Avropa Azərbaycanlıları Konqresi (AAK) bütün üzv təşkilatları Avropada yaşayan Azərbaycan vətəndaşlarını prezident seçkisində fəal iştiraka çağırıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin cümə axşamı yaydığı məlumata görə
|
 Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında prezident seçkisində «exit-poll» aparmaq üçün 4 yerli qeyri -hökumət təşkilatını qeydə alıb.
|
 Azərbaycan parlamentinin bu gün keçirilən iclasında Rusiya ilə dostluq və tərəfdaşlıq haqqında bəyannamə təsdiq edilib. Trend News xəbər verir ki, parlamentin payız sessiyasının cümə axşamı keçirilən ilk iclasında «Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında» bəyannamə təsdiq edilib.
|
 Azərbaycan parlamenti xarici vətəndaşların ölkədə işləməsini məhdudlaşdıran «Əmək Məcəlləsinə əlavələr edilməsi haqqında» qanun layihəsini qəbul edib.
|
 ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləyir. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ermənistandakı yeni səfəri Mari Yovanoviç İrəvanda keçirdiyi mətbuat konfransında deyib. O, Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra bu məsələyə dair daha asan qərar verməyin mümkün olacağını söyləyib.
|
 Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Aşqabadda (Türkmənistan) keçirilən Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Rəhbərləri Şurasının 39-cu iclası və «Türkmən Tel» beynəlxalq İKT sərgisində iştirak edib. Sərgidə Azərbaycanı «Sinam», «Ultra», AZEL, «Kür» və digər şirkətlər təmsil edib. Bu barədə «APA-ECONOMICS»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən məlumat verilib.
|
 «Tikilmiş və inşası davam edən əlillərin reabilitasiya mərkəzləri istifadəyə verildikdən sonra biz həm yeni mərkəzlərin tikilməsini, həm də əlillərin peşə reabilitasiyalarını reallaşdırmağı nəzərdə tuturuq». Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir bu sözləri Ağcabədi rayonunda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müharibə iştirakçıları üçün inşa olunmuş ikimərtəbəli yaşayış binasının açılışında deyib.
|
 “Biz Azərbaycan hökumətinin azad və ədalətli seçkilər keçirməsinə dair üzərinə götürdüyü öhdəliyi tanıyırıq. 15 oktyabr Azərbaycan üçün vacib imkan yaradır. Bu, Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət tərəfindən azad ədalətli, şəffaf kimi qiymətləndirilən seçkilərin keçirilməsi üçün imkandır”.
|
 Milli Məclisin payız sessiyası işə başlayıb. APA-nın xəbərinə görə, Milli Məclisin spikeri Oqtay Əsədov sessiyanın açılışı münasibəti ilə millət vəkillərini təbrik edib. Sessiyanın gündəliyinə 32 məsələnin müzakirəsi daxil edilib.
|
 Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Salyan rayonunda və Şirvan şəhərində seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya daxil olan məlumata görə, görüşdə Seçki Qərargahının rəhbəri Qorxmaz İbrahimli Q. Əlibəylinin keçdiyi həyat yolu və siyasi fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycanda milli-azadlıq hərəkatında fəal iştirak etdiyini deyib.
|
 “Biz sonuncu dəfə avqustun 1-də ATƏT-in Minks Qrupunun həmsədrləri ilə Moskvada görüşərkən belə razılığa gəlmişdik ki, növbəti görüşü Nyu Yorkda keçirək. Belə ki, BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirakımız bizə belə fürsət yaradırdı. Daha sonra isə, məlum olduğu kimi, Gürcüstandakı hadisələrin ardınca Türkiyə tərəfi regionda Sülh və Sabitlik Platforması adlı bir təşəbbüs irəli sürdü.
|
 Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında çıxış edən millət vəkilləri prezident seçkiləri və bir sıra başqa məsələlərlə bağlı fikirlərini bildiriblər. Milli Məclisin üzvü Fazil Qəzənfəroğlu Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbul olunmasına ehtiyac olduğunu bildirib.
|
 ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə missiyası seçkiqabağı durumla bağlı ikinci hesabatını hazırlayır. Bu barədə APA-ya missiyanın mətbuat katibi Rasto Kuzel məlumat verib. O, oktyabrın 6-da açıqlanacaq hesabatda seçkiqabağı vəziyyətin əsas məqamlarının, o cümlədən kampaniyanın KİV-də işıqlandırılması məsələsinin əksini tapacağını söyləyib.
|
 Azərbaycanda səfərdə olan Norveç xarici işlər nazirinin müavini Raymond Yohansen bəzi müxalifət partiyalarının liderləri ilə görüş keçirib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, görüşdə Azərbaycandakı seçkiqabağı durum və ictimai-siyasi vəziyyət müzakirə edilib.
|
 “Müxalifət indidən 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkiləri ilə bağlı blok yaratmalıdır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, müxalifət prezident seçkilərini gözləmədən gələcək seçkilər üçün aydın proqram, vahid namizədlər, vahid platforma və qarşılıqlı öhdəlikləri özündə əks etdirən seçki bloku yaratmalıdır.
|
 Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun bu gün keçirilən iclasında Ümid Partiyasının prezidentliyə namizəd Hafiz Hacıyevlə bağlı müraciətinə baxılıb. APA-nın məlumatına görə, Ümid Partiyası müraciətində bildirib ki, H. Hacıyev İctimai Radioda sentyabrın 26-da etdiyi çıxışda prezidentliyə namizəd İqbal Ağazadə barəsində böhtan və təhqirlər səsləndirib, Seçki Məcəlləsinin tələblərini pozub.
|
 Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah İrəvana işgüzar səfər edəcək. APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, S. Lavrovun səfərini şərh edən nazirliyin rəsmisi Andrey Nesterenko bildirib ki, İrəvanda aparılacaq danışıqlarda Dağlıq Qarabağ münaqişəsi də müzakirə obyekti olacaq: “Axı bu çətin problem öz aktuallığını itirmir.
|
 Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya sistemində yeni dəyişikliklərin aparılması məqsədi ilə təkliflər hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib. Fond sədrinin sözlərinə görə, bu təkliflərdən ən əsası 2006-cı ilin yanvarın 1-dək, yəni köhnə sistem əsasında pensiyaya çıxanların pensiya hüquqlarının müəyyənləşdirilməsi mexanizminin dəyişdirilməsi ilə bağlıdır.
|
 Bakıda II Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin ötən ildən keçirildiyinə baxmayaraq, iştirakçıların sayı əvvəlki ilə nisbətən 25% artıb.
|
 «APA-Economics»in məlumatına görə, bir qrup gənc tərəfindən yaradılan və «YUMROO» (www.yumroo.az) adlanan portalda istifadəçilər müxtəlif İnternet resurslarından ən son xəbərlər, valyuta məzənnəsi, universal poçt xidməti, istifadədə sadə olan bloqsfera, hava haqqında məlumat və s. xidmətlərdən yararlana bilər. Portalın əsas məqsədi İnternet istifadəçilərinin və saytın özü üçün böyük imkanlar yaradan bir çox xidmətləri təqdim edərək milli İnternetin inkişafını stimullaşdırmaqdır.
|
|
|