Hörmətli oxucular!
|
 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüşüb. Q. Həsənquliyev seçki kampaniyasının gedişi, keçirdiyi görüşlər, seçki təbliğatı, seçicilərin fəallığının artırılması ilə bağlı aparılan çoxcəhətli fəaliyyət barədə görüş iştirakçılarını məlumatlandırıb. M. Zülfüqarlı AVCİYA – nın Prezident seçkiləri ilə əlaqədar gördüyü işlər və Assosiasiyanın gələcək fəaliyyəti barədə qısa məlumat verib.
|
 İsveçdə internet vasitəsilə «Son 20 ilin ən bacarıqlı və tam mənada siyasətçisi» mövzusunda keçirilən sorğunun nəticələri açıqlanıb və Azərbaycanın milli lideri Heydər Əliyev dünya miqyaslı 20 tanınmış siyasi xadim arasında dördüncü yerdədir.
|
 Azərbaycanın müxalif Müsavat Partiyası Azərbaycan Demokrat Partiyası ilə hansısa blokda birləşməsini mümkün saymır. «Müxalifətdə olan siyasi partiyaların əməkdaşlığını və imkan daxilində müttəfiqliyini dəstəkləyirik, ancaq yaxın zamanlarda bizim Azərbaycan Demokrat Partiyası ilə hansısa blokda birləşməyimiz real görünmür», - cümə günü TrendNews - a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
|
 Azərbaycanın xarici ölkə səfirliklərində ölkədə keçiriləcək prezident seçkisi ilə əlaqədar seçki məntəqələri yaradılıb. «Azərbaycanın xarici ölkə səfirliklərinin 33- də seçki məntəqələri yaradılıb və həmin məntəqələrin lazımi avadanlıqlarla təmin olunması başa çatdırılıb», - deyə cümə günü Trend News - a Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.
|
 Azərbaycan müxalifətini təmsil edən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev bildirib ki, cümə günü bir qrup şəxs onunun rəhbərlik etdiyi siyasi təşkilatın mərkəzi qərərgahına hücum edib.
|
 2011-ci ilədək Azərbaycan vətəndaşlarına veriləcək yeni biometrik pasportlarda şəxsin üzünün və barmaqlarının rəqəmsal təsvirləri kimi biometrik məlumatlar əks olunacaq. Bu barədə Trend News - a müsahibəsində Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov məlumat verib.
|
 Azərbaycanın Qeyri Hökumət Təşkilatları nümayəndələri Qarabağ probleminin həllində vətəndaş cəmiyyətinin iştirakını vacib sayırlar. Bu təkliflə Azərbaycanın aparıcı QHT rəhbərləri Bakıda səfərdə olan ABŞ Dövlət Katibinin birinci müavini Con Neqroponte ilə (John D. Negroponte) cümə günü keçirilən görüşdə çıxış ediblər.
|
 Azərbaycan Respublikası prezidentinin İnternet saytında məktəblilər üçün newforkids.president.az. bölməsi açılıb. Səhifə gənc məktəbli nəslin istifadəsi üçün rahat formatda yaradılıb. Səhifədə məktəblilər üçün Azərbaycan dilində və onların başa düşə biləcəyi tərzdə Azərbaycan tarixi, coğrafiyası, siyasi sistemi, mədəniyyəti, dövlət rəmzləri, əsas nailiyyətləri və problemləri barədə informasiyalar yer alıb.
|
 Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifətyönlü «Azadlıq» qəzetindən hakimiyyətin əleyhinə dezinformasiya və böhtan xarakterli məlumatlar yaymasına görə təkzib verməsini tələb edir. «Mətbuat Şurasının «Azadlıq» qəzetinə qarşı iradlarına baxmayaraq, həmin qəzetdə YAP-ın fəaliyyətini və hakimiyyətin siyasətini təhrif edən qərəzli məqalələrin dərci davam etdirilir», - deyə hakim partiyanın bəyanatında bildirilib.
|
 Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq məsələlərinə həsr olunmuş, oktyabrın 1-dən 2-dək Vaşinqtonda keçirilən konfrans Azərbaycan diasporunun Amerika ictimaiyyətinə ünvanladığı bəyanatla yekunlaşıb. Bunu Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Vaşinqtondan Trend News-a telefonla bildirib.
|
 Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) 574 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşahidəçilərin qeydiyyatı səsverməyə 5 gün qalana kimi davam edəcək.
|
 Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə Bakıda «Sosial sığorta sahəsində informasiya və kommunikasiya texnologiyaları» mövzusunda keçirilən iki günlük beynəlxalq texniki seminar bu gün yekunlaşıb.
|
 “Seçki 2008” QHT Koalisiyası prezident seçkisi ilə bağlı keçirdiyi monitorinqin 7-ci həftəsinin nəticələrini açıqlayıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, monitorinqi aparılan KİV-lərdə həftə ərzində prezident seçkisi ilə bağlı 340 yazı dərc edilib. Yazılardan 94-ü beynəlxalq müşahidəçilər, seçkiyə nəzarət, seçki maarifləndirməsi, medianın monitorinqi və MSK-nın məlumatları, qərarları barədədir.
|
 “Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması ideyası Rusiyanın Gürcüstana hücumundan sonra gündəmə gəldi. Türkiyənin bu şəkildə proaktiv siyasət yeridərək liderlik rolunu öz üzərinə götürməsinin ən önəmli səbəblərindən biri BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü üçün dəstək qazanmaq istəməsidir”.
|
 Azərbaycan Gənclərinin V Forumu keçirilib. APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub. Gənclər və idman naziri Azad Rəhimov hesabat xarakterli çıxışında bildirib ki, IV forumdan sonrakı 3 il ərzində gənclərin maddi, sosial vəziyyətinin yaxşılaşdırılması, təhsilin və idmanın inkişafı istiqamətində əhəmiyyətli dövlət tədbirləri həyata keçirilib.
|
 Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Danimarkadan gözlə görünməyən mürəkkəb, detektor və şəffaf seçki qutuları alıb. Bu barədə APA-ya MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, artıq mürəkkəb və seçki qutularının aşağı seçki komissiyalarına paylanmasına başlanılıb.
|
 Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Sloboda ilə ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun müşahidə missiyasının rəhbəri Boris Frles arasında görüş keçirilib.
|
 Eks-spiker Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasının (ACP) İdarə Heyəti oktyabrın 15-də keçiriləcək seçkilərdə İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi təklifinin partiyanın Ali Məclisinin yaxın günlərdə keçiriləcək iclasında müzakirə edilməsi barədə qərar qəbul edib.
|
 Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Hacıqabul və Şirvanda seçicilərlə görüşüblər. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, oktyabrın 2-də prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Hacıqabulda Dəmir Yolu Klubunun önündə, oktyabrın 3-də isə Şirvanda Ana heykəlinin qarşısında seçicilərlə görüş keçiriblər.
|
 Litva parlamentinin baş katibi Gintautas Vilkelisin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin dəvəti ilə Azərbaycanda səfərdədir. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Avropa Birliyinin Azərbaycan Milli Məclisi ilə həyata keçirəcəyi “Tvinning” layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir.
|
 Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz layihəsinin direktoru Lourens Hits Bakıya gəlib. BBQ-nın ofisindən APA-ya verilən məlumata görə, hazırda Lourens Hits Bakıda analitiklərlə müxtəlif görüşlər keçirir. Səfərin əsas məqsədi seçkiqabağı mühitin öyrənilməsi, Dağlıq Qarabağ münaqişəsinə dair yeni təşəbbüslərin müzakirəsidir.
|
 “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bir sıra prinsipial məqamlar razılaşdırılıb. Bu məqamlar ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri tərəfindən sənədləşdirilib və ATƏT-də saxlanılır.
|
 Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ müharibəsinin hələ başa çatmadığını bəyan edib. APA-nın məlumatına görə, Sərkisyan bu fikrini münaqişə tərəflərinin silahlanmaya davam etməsi ilə əsaslandırıb: “Qarabağda müharibə başa çatmayıb. Çünki silahlanma yarışı davam edir və münaqişənin sülh yolu ilə nizamlanmasına dair saziş imzalanmayıb”.
|
 APA-nın məlumatına görə, “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı"nın təsdiq edilməsi haqqında qərarın qəbul olunmasında “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun əsas götürülüb.
|
|
|