Ìàòåðèàëû çà Noyabr 2008 illər » Avciya.az
az | en | ru
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyinə həsr olunmuş marka buraxılıb... “Ermənistan və Azərbaycan kompromisə gəlməlidir”... Türkiyədə şəhərin meri – hakim partiyanın üzvü öldürülüb... Xəzərin statusu ilə bağlı yaxın gələcəkdə önəmli qərarlar qəbul ediləcək ... Bakıda 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək... Azərbaycan Prezidenti Polşanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib... ARDNŞ "Xanlar-Balakən" magistral qaz kəmərində planlaşdırılan təmir işlərini həyata keçirir... Rusiyanın media ekspertləri Azərbaycana gəlir... Azərbaycan və İordaniya arasında gənclər və idman sahəsində ikitərəfli sazişin imzalanması müzakirə edilib... ABŞ Konqresinin atdığı addım sonadək davam edərsə, Azərbaycan Parlamenti öz mövqeyində qalacaq ...
29 Noyabr 2008, 13:11    Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün gələn il müstəsna olacaq
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün gələn il müstəsna olacaqFransa prezidenti Nikolya Sarkozi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün gələn il müstəsna və məqsədəuyğun olacaq və bu imkandan istifadə etmək lazımdır, - «Azərtac» Dövlət İnformasiya Agentliyi məlumat verir.
«Fransa Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli nizamlanması üçün bütün səylərini tətbiq edəcək»
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
29 Noyabr 2008, 13:11    Azərbaycan və Türkmənistan iqtisadi əməkdaşlıq, nəqliyyat və təhsil sahələrində razılaşma imzalayıblar
Azərbaycan və Türkmənistan iqtisadi əməkdaşlıq, nəqliyyat və təhsil sahələrində razılaşma imzalayıblar Azərbaycan prezidenti İlham Əliyevin Aşqabada rəsmi səfəri zamanı bir sıra sənədlər imzalanıb.
Azərbaycanın və Türkmənistanın nəqliyyat nazirlikləri Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq dəmir yolu - bərə yükdaşınmalarının təşkili, yük vaqonları və konteynerlərin istismarı, nömrələri üzrə onların qeydiyyatı və onlardan istifadə üzrə hesablamalar haqqında saziş bağlayıb.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
29 Noyabr 2008, 13:11    Azərbaycanlı tələbələr Çexiyanın ali məktəblərində təhsillərini davam etdirə bilərlər
Azərbaycanlı tələbələr Çexiyanın ali məktəblərində təhsillərini davam etdirə bilərlər Azərbaycanlı tələbələr təhsillərini Çexiyanın ali məktəblərində davam etdirə bilərlər. Tələbələrə bu imkan Azərbaycanda Çexiya və UNESCO - nun maliyyələşdirdiyi iki təqaüd proqramının elan edilməsi ilə yaradılıb, - Təhsil Nazirliyindən xəbər veriblər. Təqaüd proqramlarında 2009 – 2010 - cu tədris ilində bakalavr və magistr dərəcəsi üzrə təhsilin alınması təklif edilir. Müsabiqədə iştirak etmək istəyən şəxslər, dekabrın 31- dək ərizələrini UNESCO - nun Təqaüd Proqramları üzrə Şöbəsinə təqdim etməlidirlər
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
29 Noyabr 2008, 13:11    “Şərq Tərəfdaşlığı”-na qoşulmaq Azərbaycanın Aİ-yə daxil olmaq şansını artıracaq
“Şərq Tərəfdaşlığı”-na qoşulmaq Azərbaycanın Aİ-yə daxil olmaq şansını artıracaq“Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsünə qoşularsa və burada öz əksini tapacaq şərtləri qəbul edərsə, gələcəkdə bu quruma daxil olmaq şansını artırır”. APA-nın məlumatına görə, Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams bunu noyabrın 28-də “Azərbaycanın Avropa İttifaqına inteqrasiyası: nəticə və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib. A. Vaddams bildirib ki, gələcəkdə proseslərin hansı şəkildə inkişaf edəcəyi haqda hələlik heç nə demək mümkün deyil:
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
29 Noyabr 2008, 13:11    Vyaçeslav Nikonov: “Dağlıq Qarabağ münaqişəsinin həlli dinamikası çox da ümidverici deyil”
Vyaçeslav Nikonov: “Dağlıq Qarabağ münaqişəsinin həlli dinamikası çox da ümidverici deyil” “Moskva Bəyannaməsi bir şansdır. Bu şansdan istifadə edilə də bilər, edilməyə də”. Bu sözləri APA-ya açıqlamasında “Russkiy Mir” Fondunun icraçı direktoru, tanınmış Rusiya politoloqu, tarix elmləri doktoru Vyaçeslav Nikonov deyib. O, Dağlıq Qarabağ münaqişəsinin çox ağır problem olduğunu, bu problemin həllini hətta nəzəri cəhətdən təsəvvür etməyin belə çətin olduğunu bildirib:
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
29 Noyabr 2008, 12:11    Bakı Metropoliteninin «İçərişəhər» stansiyası ilin sonunadək istifadəyə veriləcək
Bakı Metropoliteninin «İçərişəhər» stansiyası ilin sonunadək istifadəyə veriləcəkBakı Metropoliteninin «İçərişəhər» stansiyası yenidənqurma işlərindən sonra bu ilin dekabr ayının sonunadək istifadəyə veriləcək. Bu barədə «APA-Economics»ə Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib.
E.Muradovun sözlərinə görə, artıq yenidənqurma işləri yekunlaşmaq üzrədir. Stansiyanın yeni piramida şəkilli tavanının dayaqları qurulub və hazırda onun şüşələri yerləşdirilir.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
29 Noyabr 2008, 12:11    Azərbaycan hökuməti ilə Dünya Bankı arasında 27 mln. dollarlıq kredit sazişi imzalanıb
Azərbaycan hökuməti ilə Dünya Bankı arasında 27 mln. dollarlıq kredit sazişi imzalanıbBu gün Bakıda Azərbaycan hökuməti adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Dünya Bankı (DB) arasında «Azərbaycanda sosial müdafiənin inkişafı Layihəsi» üzrə kredit sazişi imzalanıb. Sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və DB-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak imzalayıblar. «APA-Economics»in məlumatına görə, imzalanma mərasimində çıxış edən F.Ələkbərov bildirib ki, 1995-ci ildən sonra Azərbaycanda işsizlik səviyyəsi təxminən üç dəfə azalıb, minimum əmək haqqı 68, orta aylıq əmək haqqı isə 20 dəfədən çox artıb.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
29 Noyabr 2008, 12:11    Azərbaycan siyasətində kim kiminlə müttəfiqlik etmək arzusundadır?
Azərbaycan siyasətində kim kiminlə müttəfiqlik etmək arzusundadır? Müsavat Partiyası müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalardan yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə müttəfiq ola biləcəyini açıqlayıb. Partiyanın Məclis sədri Sülhəddin Əkbər APA-ya açıqlamasında Müsavatın müttəfiqlik kriteriyalarını artıq müəyyənləşdirdiyini, yalnız real müxalifət mövqeyində olan və real siyasi gücə malik partiyalarla müttəfiq olacaqlarını bildirib. S. Əkbər hazırda həm siyasi mövqeyinə, həm də real gücünə görə Müsavat Partiyasının məhz AXCP ilə müttəfiqlikdə maraqlı olduğunu bildirib.
Ətraflı...
Kateqoriya : Analitika
29 Noyabr 2008, 12:11    ATƏT Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə nizamlanacağına ümid edir
ATƏT Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə nizamlanacağına ümid edirATƏT- də Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə nizamlanacağına ümid edirlər.
Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması ətrafında danışıqlar prosesinin fəallaşması münaqişənin qısa müddətdə həllinə ümid verir, - ATƏT-in Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lennmarker (Goran Lennmarker) hesab edir.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
29 Noyabr 2008, 12:11    Azərbaycanın müxalifət partiyaları bir -birini günahlandırırlar
Azərbaycanın müxalifət partiyaları bir -birini günahlandırırlarAzərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları müxalifətin yeni birliyinin yaranmamasına görə bir - birini ittiham edirlər. «Müsavat Partiyasının tutduğu mövqe müxalifətin birliyinin yaranmasına mane olur», - cümə günü TrendNews - a müxalifəti təmsil edən sağ-mərkəzçi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Mustafayev bildirib. Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlasa da, qarşılıqlı ittihamlar üzündən müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
29 Noyabr 2008, 12:11    Azərbaycan Türkmənistanın təşəbbüsünü dəstəkləyib
Azərbaycan Türkmənistanın təşəbbüsünü dəstəkləyibAzərbaycan BMT tərəfindən transmilli boru kəmərlərinin təhlükəsizliyi məsələsi üzrə zəmanətin alınmasının zəruriliyi barədə Türkmənistanın təşəbbüsünü dəstəkləyib”, - Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov cümə günü Aşqabadda ilk rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə keçirilmiş görüşün yekunları üzrə bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
29 Noyabr 2008, 11:11    Hesab etmirəm ki, AŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ideal forum olsun
Hesab etmirəm ki, AŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ideal forum olsun “Mən hesab etmirəm ki, Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ideal forum olsun”. Bu sözləri bu gün Strasburgda AŞ Nazirlər Komitəsinin yeni sədri, Ispaniyanın XİN başçısı Miquel Anhel Moratinos AŞ-də təşkil olunan mətbuat konfransında deyib. Konfransda Isveçin xarici işlər naziri Karl Bildt ve AŞ bas katibi Terri Devisin də iştirak ediblər. Moratinos bildirib ki, münaqişənin həlli üçün digər forumlar var.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
29 Noyabr 2008, 11:11    GUAM-ın xarici işlər nazirləri Helsinki iclasının yekunu üzrə bir neçə sənəd imzalayacaqlar
GUAM-ın xarici işlər nazirləri Helsinki iclasının yekunu üzrə bir neçə sənəd imzalayacaqlar Gürcüstan, Azərbaycan Ukrayna və Moldovanın xarici işlər nazirləri Helsinki görüşünün yekunu üzrə GUAM-ın virtual mərkəzinə mütəşəkkil cinayətkarlıq ilə mübarizədə öz fəaliyyətini fəallaşdırmağa imkan verəcək kriptoqrafik müdafiə haqqında protokol imzalayacaqlar. GUAM-ın Baş katibi Valeri Çeçelaşvili cümə günü Kiyevdən telefonla Trend News-a bildirib ki, GUAM-ın Xarici İşlər Nazirləri Şurasının iclası ATƏT-in xarici işlər nazirlərinin dekabrın 4-5-də Finlandiya paytaxtında keçiriləcək illik iclasında iştirak çərçivəsində təşkil olunacaq.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
29 Noyabr 2008, 11:11    İlham Əliyev bəzi fərmanlar və sərəncamlarda dəyişikliklər və əlavələr edilməsi barədə fərman imzalayıb
İlham Əliyev bəzi fərmanlar və sərəncamlarda dəyişikliklər və əlavələr edilməsi barədə fərman imzalayıbAzərbaycan prezidenti İlham Əliyev bəzi fərmanlar və sərəncamlarda dəyişikliklər və əlavələr edilməsi barədə fərman imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev daşınmaz əmlak obyektlərinin ünvanları barədə sistemləşdirilmiş məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə fərman imzalayıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
29 Noyabr 2008, 11:11    Azərbaycan və Türkmənistan dünyanın enerji təhlükəsizliyində vacib rol oynayırlar
Azərbaycan və Türkmənistan dünyanın enerji təhlükəsizliyində vacib rol oynayırlar “Azərbaycan və Türkmənistan öz enerji tələbatlarını təmin etməklə, dünyanın enerji təhlükəsizliyində vacib rol oynayırlar”, - Azərbaycan prezidenti İlham Əliyev cümə günü Aşqabadda bildirib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında münasibətlər daimi inkişafdadır və dinamikliyi ilə fərqlənir. “Ölkələrimizin eyni coğrafiyada yerləşməsi münasibətlərimizin inkişafına yeni imkanlar açır.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
29 Noyabr 2008, 11:11    Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü keçirilib
Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü keçirilib Türkmənistanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin cümə günü ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub, AzərTac dövlət agentliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin daha da genişlənəcəyinə əminlik vurğulanıb
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
28 Noyabr 2008, 16:11    Azərbaycanla Rusiya arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə uzadılıb
Azərbaycanla Rusiya arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə uzadılıb Azərbaycan ilə Rusiya arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilənin müddəti 2008-ci ilin dekabr ayının sonuna qədər uzadılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib. Artıq cari ilin noyabr ayının sonunda başa çatan bu müqavilənin şərtlərinə heç bir dəyişiklik edilməyib. Belə ki, sənədə əsasən, Rusiya pik saatlarında Azərbaycandan 1 kVt/saatı 0,6 sent olmaqla elektrik enerjisi alır.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
28 Noyabr 2008, 16:11    Azərbaycan hərbi sahədə qanunvericlik aktlarına yenidən baxacaq
Azərbaycan hərbi sahədə qanunvericlik aktlarına yenidən baxacaq Azərbaycan gələcəkdə hərbi sahədə qanunvericlik aktlarına yenidən baxacaq. «Müdafiə, təhlükəsizlik, xüsusən də hərbi iş ilə əlaqədar olan qanunların monitorinqi aparılacaq, sənədlərə hansı əlavə də dəyişikliklər edilməsi zərurəti öyrəniləcək və yenidən işlənəcək», - bu barədə parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının cümə axşamı keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
28 Noyabr 2008, 16:11    Ilham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllinə dair üç yeni element açıqlayıb
Ilham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllinə dair üç yeni element açıqlayıb “Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları sənəd saziş deyil, siyasi Bəyannamə idi. Burada münaqişənin necə həll olunmasına dair ölkələrin mövqelərini əks etdirən Bəyannamədən söhbət gedir”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın “Rai İnternational” telekanalına müsahibəsində deyib. Dövlət başçısı həmin Bəyannamənin üç vacib elementini xüsusi vurğulayıb: “İlk növbədə, bu sənəd Azərbaycan və Ermənistan arasında imzalanıb, Dağlıq Qarabağla yox.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
28 Noyabr 2008, 15:11    Avropa Şurasında quruma üzv olan ölkələrin sınaq xidməti rəhbərlərinin toplantısı keçirilib
Avropa Şurasında quruma üzv olan ölkələrin sınaq xidməti rəhbərlərinin toplantısı keçirilib Noyabrın 27-də Avropa Şurasında (AŞ) quruma üzv olan ölkələrin sınaq xidməti rəhbərlərinin toplantısı keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, bu məsələ ilə bağlı AŞ-nın cəzaçəkmənin alternativ yollarına dair tövsiyyəsi də var . Konfransın keçirilməsində əsas məqsəd cəzaların icrasının başqa formalarını inkişaf etdirmək, Avropada müasir və insani cəza siyasətini yaymaqdır. Tədbirdə əsasən AŞ ölkələrində sınaq xidmətlərinin elektronik nəzarət və digər texniki nəzarətlər sahəsindəki rolu müzakirə edilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
28 Noyabr 2008, 15:11    «Microsoft Azerbaijan» şirkəti Bakıda konfrans keçirəcək
«Microsoft Azerbaijan» şirkəti Bakıda konfrans keçirəcək Dekabrın 2-də Bakıda «Microsoft Azerbaijan» şirkəti tərəfindən «Funksional uyğunluq və innovasiyalar» mövzusunda konfrans keçiriləcək. İKT Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, konfrans azərbaycanlı İT mütəxəssislər üçün təşkil olunacaq. Tədbirdə «Microsoft» şirkətinin Mərkəzi və Şərqi Avropada texnologiyalar üzrə baş direktoru və meneceri Vilfrid Qrommen də iştirak edəcək.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
28 Noyabr 2008, 15:11    Ermənistan xarici işlər naziri Türkiyə xarici işlər nazirini ölkəsinə dəvət edəcək
Ermənistan xarici işlər naziri Türkiyə xarici işlər nazirini ölkəsinə dəvət edəcək Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Türkiyə xarici işlər naziri Əli Babacanı Ermənistana dəvət edəcəyini bildirib. Bu barədə Türkiyənin «Zaman» qəzeti məlumat verib. Dəvətin 2009-cu ilin aprelində Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşliq Təşkilatının toplantısı çərçivəsində baş tutacağı gözlənilir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
28 Noyabr 2008, 15:11    Azərbaycan mətbuatının nümayəndələri narazıdırlar
Azərbaycan mətbuatının nümayəndələri narazıdırlar Azərbaycan mətbuatının nümayəndələri yerli Qeyri - Hökumət Təşkilatlarının (QHT) əksəriyyətinin konkret bir sahə üzrə ixtisaslaşmamasından narazıdırlar. «Media numayəndələri hesab edir ki, QHT-lərin konkret sahə uzrə ixtisaslaşmaması ciddi problemlər yaradır», - bu barədə mətbuat nümayəndələri üçün QHT-KİV əməkdaşlığına dair keçirilən seminarda Tərəfsiz Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlı bildirib. 15 jurnalistin iştirak etdiyi bu seminarda jurnalistlər QHT-lərin öz işini ictimaiyyətə çatdırması ilə bağlı problemlər barədə fikir mübadiləsi aparıblar.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
28 Noyabr 2008, 15:11    Ermənilər tərəfindən əsir və girov götürülən azərbaycanlı qadınlar zorakılığa məruz qalırlar
Ermənilər tərəfindən əsir və girov götürülən azərbaycanlı qadınlar zorakılığa məruz qalırlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində azəbaycanlı qadınlar etnik mənsubiyyətinə görə zorakılığa məruz qalıblar. «Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi zaman azərbaycanlı qadınlar ermənilər tərəfindən əsir və girov götürülüb və orada saxlnılan zaman zorakılığa məruz qalıblar», - cümə axşamı Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda beynəlxalq mübarizə gününə həsr olunmuş konfransda Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
← Geri    1 2 3 ... 19 20 21    İrəli →