Hörmətli oxucular!
|
 “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması zamanı millətlərin öz müqəddəratını təyinetmə hüququ kimi, dövlətlərin ərazi bütövlüyü prinsipini də nəzərə almaq lazımdır”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Ermənistandakı səfiri Mari Jovanoviç deyib.
|
 Azərbaycanda 30-dan çox qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA—ya verilən məlumata görə, bununla bağlı nazirliyin Kollegiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib. Kollegiya iclasında ədliyyə naziri Fikrət Məmmədov çıxış edib.
|
 Yaxın vaxtlarda Azərbaycanda bank kreditləşməsi şərtlərinin sərtləşəcəyi və kreditlərin bahalaşacağı gözlənilir. «APA-Economics»in məlumatına əsasən, hazırda bütün dünyada, o cümlədən ABŞ-da, Avropada və Asiyada banklar tərəfindən ayrılan kreditlərin şərtləri sərtləşdirilir.
|
 Noyabrın 5-də Bakıda ilk dəfə olaraq I Xəzər Beynəlxalq «Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri» Sərgisi (CİPS) işə başlayıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə sərginin təşkilatçısı Böyük Britaniyanın «İTE Group» sərgi şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkətinin baş direktor müavini Bəhruz Hidayətzadə məlumat verib.
|
 Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransının Bakıda keçirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən, konfrans Azərbaycan paytaxtında 2008-ci il dekabrın 1-4-də keçiriləcək.
|
 “Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında diaspora təşkilatlarının və xaricdə Azərbaycanın ümummilli maraqlarına uyğun fəaliyyət göstərən təşkilatların maliyyələşməsi məsələsi gündəmə gəlib”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında şuranın sədri Azay Quliyev deyib. O, bu məsələ ilə bağlı təkliflər paketinin hazırlandığını da açıqlayıb: “Şuranın hazırkı Əsasnaməsinə görə, biz yalnız ölkədə fəaliyyət göstərən QHT-ləri maliyyələşdirə bilərik.
|
 Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi - Xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı qəti qərar nə vaxt veriləcək?- Bu il dekabr ayının ikinci yarısında Milli Teleradio Şurasının iclası keçiriləcək. Xarici radiostansiyaların Azərbaycanda yayımı ilə bağlı son qərar da həmin iclasda çıxarılacaq. Müzakirələr zamanı müxtəlif variantlara baxıla bilər. Xarici radiostansiyaların ölkə ərazisində yayımının daha bir il müddətinə uzadıla biləcəyi də müzakirə mövzusu ola bilər.
|
 Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhalinin kompüterlə təminatını artırmağı nəzərdə tutan «Xalq kompüteri» layihəsini rəy bildirmələri məqsədilə işçi qrupunun üzvlərinə göndərib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, işçi qruplarının hamısından müsbət rəy alınarsa, layihə ölkə hökumətinə təqdim ediləcək.
|
 Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) hər 4 işçiyə 1 kompüter düşür. Bu barədə APA-ya AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib. Hazırda ölkə üzrə hər 10 nəfərə 1 kompüter düşdüyünü xatırladan R. Əliquliyevin sözlərinə görə, AMEA-nın müxtəlif institutlarında 2000 kompüter işləyir.
|
 Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının orqanı olan “Vətəndaş cəmiyyəti” jurnalının təqdimatı keçirilib. APA-nın məlumatına görə, jurnalın baş redaktoru Səfər Alışarlı bildirib ki, nəşr elmi-nəzəri, metodoloji mətbuat orqanı kimi cəmiyyətin ictimai inkişafının cari və fundamental məsələlərini araşdıracaq. Onun sözlərinə görə, dərgidə dövlətin ictimai sektorla bağlı siyasətinin təbliğinə də yer veriləcək.
|
 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəsmi İnternet səhifəsi fəaliyyətə başlayıb. İdarənin mətbuat və informasiya məsələləri üzrə attaşesi Nadir Cəfərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, yeni sayt www.dmfa.nakhchivan.az domen adı altında fəaliyyət göstərəcək. Azərbaycan və ingilis dillərində təqdim olunan saytın istifadəyə verilməsi istifadəçilərin muxtar respublika və onun xarici əlaqələri haqqında hərtərəfli məlumat almalarına imkan verəcək.
|
 Siyasi İnnovasiya və Texnologiya Mərkəzi ötən ay Azərbaycanda, regionda və dünyada baş verən mühüm hadisələrlə bağlı analitik icmalını açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında əsas diqqəti Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü və imzalanmış birgə Bəyannaməyə yönəldib.
|
 “Ümidvaram ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskva görüşündən sonra Dağlıq Qarabağ probleminə dair danışıqların aktivləşməsi münaqişənin nizamlanmasının qapısını açmış olacaq”.
|
 Azərbaycanın Şəki şəhərində yeni yerli televiziyanının noyabrın 15-də açılması nəzərdə tutulur. Şəki rayon İcra Hakimiyyətindən çərşənbə axşamı Trend News-a verilən məlumata əsasən, «KANAL-S» adı ilə fəaliyyətə başlayan televiziya kanalında daha çox mövcud şərait, görülən işlər, adət-ənənələr, yerli qurumların fəaliyyəti və əhalinin sosial qayğıları əks olunacaq.
|
 “Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyannamə imzalaması çox vacib və simvolik addımdır”. Bunu APA-ya açıqlamasında Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz layihəsinin direktoru Lorens Hits Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair Moskvada imzaladığı bəyannaməyə münasibət bildirərkən deyib.
|
 Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən üç qurumun rəhbəri tutduğu vəzifələrindən kənarlaşdırılıb.
|
 Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sülh danışıqlarını davam etdirməyə çağırıb.
|
 “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair konsepsiya hazırlayıblar” ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın APA-ya müsahibəsi
|
 Xocalı soyqırımında zərərçəkənlərə dövlət təzminatı verilə bilər Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Xocalı şəhərində erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırım qurbanlarının ailə üzvlərinə və faciə zamanı zərər çəkənlərə dövlət tərəfindən təzminat verilə bilər.
|
 Azərbaycan prezidentliyinə keçmiş namizədlərdən üç nəfəri son maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib. «Son hesablamalara görə, seçki kampaniyasına 30 min 800 manat maliyyə vəsaiti xərcləmişik», - çərşənbə axşamı TrendNews - a müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Fazil Qəzənfəroğlu bildirib.
|
|
|