|
|
 Azərbaycan xalqı martın 18-də Konstitusiyaya dəyisikliklərin lehinə səs verəcək, - hakim Yeni Azərbaycan partiyasının sədr müavini, partiyanın icracı katibi Əli Əhmədov referendum gününün təyin edilməsi barədə qərar layihəsində gostirilmis tarixə istinadən umid edir. “ Milli Məclisin irəli sürdüyü bu təşəbbüs və dəyişikliklər paketi Azərbaycan xalqının və dövlətçiliyin maraqlarına kifayət qədər uyğun gəlir”, - Əhmədov Milli Məclisin cümə günü keçirilən iclasında bildirib.
|
 Dekabrın 26 - da “Bakinski Raboçi” qəzetində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin “Zaman haqqında düşünərək və elitanı dəyişdirərək: varislik və yenilikçilik” məqaləsi dərc olunub. Məqalənin həcmi böyük olduğundan, ictimaiyyət üçün maraq kəsb edə biləcək ayrı - ayrı hissələri oxuculara təqdim edirik.
|
 Azərbaycan prezidenti İlham Əliyev cümə günü Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Natiq Əliyevə, Tofiq Əsədullayevə, Akif İsmayılova, Sadıq Sadıqova və Elçin Zeynalova “Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilməsi barədə sərəncam imzalayıb, -məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb
|
 Dünya iqtisadi böhranı nəticəsində dünya ÜDM-in 2009-cu ildə dinamikası mənfi 0,1% təşkil edəcək. «APA-ECONOMICS»in məlumatına görə, HSBC bankının iqtisadçıları belə qənaətə gəliblər. Bankın ekspertləri hesab edirlər ki, 2008-ci ildə iqtisadi böhran bir sıra inkişaf etmiş ölkələrdə müvəqqəti çətinlik kimi qəbul olunurdusa, hazırda bütün iqtisadçılar bu böhranın dünya iqtisadiyyatının tarixində ən ciddi və mürəkkəb proses kimi qiymətləndirirlər.
|
 Bayram günlərində Bakı şəhəri və digər şəhər və rayonların su təchizatında problem olmayacaq. Bu barədə «APA-ECONOMICS»ə «Azərsu» SC-dən məlumat verilib.Bayram günlərində şəhərdə su təchizatı dayandırılmış ərazilərə də su təchizatı müvəqqəti olaraq bərpa ediləcək. Bayram günlərindən sonra borcunu ödəməyən abonentlərin su təchizatı dayandırılacaq.
|
 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına «İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək» İctimai Birliyinin həyata keçirdiyi «Bələdiyyə ilə ictimaiyyət münasibətlərinin vəkilliyi» layihəsi çərçivəsində gündəlik nəşr olunan 15 qəzet üzrə aparılan monitorinq başa çatdırılıb. İctimai Birlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, KİV-də bələdiyyə mövzusuna münasibəti öyrənmək üçün 100 gün ərzində davam edən monitorinqdə bələdiyyə institutunun ayrı-ayrı sahələrinə olan diqqət izlənilib.
|
 Milli Məclisin bu gün günün ikinci yarısında keçirilən iclasında “Təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi aparılıb. APA-nın xəbərinə görə, parlamentin Elm və təhsil məsələləri Daimi Komissiyasının sədri Şəmsəddin Hacıyev qanun layihəsini Milli Məclisə təqdim edib. Komissiya sədri sənədin üzərində ciddi iş aparıldığını deyib. İclasda çıxış edən təhsil naziri Misir Mərdanov layihəni dəstəklədiyini deyib. Nazir bildirib ki, bu, çərçivə qanunudur, layihə qəbul olunduqdan sonra ölkədə təhsillə bağlı bir sıra başqa qanunların da qəbul edilməsi nəzərdə tutulub.
|
 Azərbaycanın transsərhəd Kür və Araz çayları Gürcüstan və Ermənistan ərazisindən çirklənməyə məruz qalmaqda davam edir. Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini dəfələrlə keçməsi müşahidə olunub, cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabr ayının II ongünlüyü üçün keşirdiyi növbəti monitorinqin nəticələrində göstərilib.
|
 Cari ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 50 faiz artaraq, 1 mlrd. dollara çatıb, - Ukraynanın Bakıdakı səfirliyinin cümə axşamı yayılan məlumatında bildirilir. “Ukrayna və Azərbaycanın sahibkarları ticarət - iqtisadi münasibətlərdə fəal əməkdaşlıq edirlər və onların fəaliyyəti sayəsində, ölkələr arasında xarici ticarət dövriyyəsi bu səviyyəyə çatıb”, - press - relizdə deyilir. Ukrayna, ölkə əhalisi və sənaye kompleksinin ehtiyacları üçün müxtəlif məhsulların ixracatçısı qismində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
|
 ATƏT-in Minsk Qrupunun sədri Metyu Brayza hesab edir ki, güc tətbiq edilməməsi Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas komponenti olmalıdır. “Mənə aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil”, - ABŞ Dövlət Katibi müavininin köməkçisi Metyu Brayza Mediamaks agentliyinə müsahibəsində bildirib. Brayzanın rəyinə görə, həm Azərbaycan, həm də Ermənistan prezidentləri hər iki tərəf üçün faciə olacaq yeni müharibə istəmirlər.
|
 Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat – GUAM-ın baş katibi Valeri Çeçelaşvili Kiyev Dövlət Universitetinin rektoru Leonid Quberski ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə GUAM çərçivəsində dövlət universitetlərinin əməkdaşlığı məsələlərini müzakirə edilib və gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmək üçün 4 rektorun görüşünü təşkil etmək barədə razılaşma əldə olunub.
|
 Avropa Şurası Parlament Assambleyasında yaradılan yeni Alt Komitə gələcəkdə bu kimi problemlərdən yayınmaq üçün Dağlıq Qarabağ münaqişəsini öyrənəcək. Alt Komitə təşkilata üzv ölkə ərazilərdə münaqişələrin qarşısının alınması məqsədilə yaradılıb. Böyük Britaniya Parlamentinin üzvü, Alt Komitənin rəhbəri Devid Vilşir Strasburqdan elektron poçt vasitəsilə TrendNews - a bildirib ki, struktur, Dağlıq Qarabağ problemi də daxil olmaqla, münaqişələrin nizamlanması üzrə birgə fəaliyyətin mümkünlüyünü müəyyənləşdirmək üçün müxtəlif beynəlxalq təşkilatların fəaliyyətini araşdıracaq.
|
 RİA Novosti -nin MDB və Baltik ölkələri redaksiyasının rəhbəri Alan Kasayev hesab edir ki, 2009 - cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni dialoq formaları ilə əlamətdar olacaq. «Qafqazda maraqlı olan bütün ölkələrin -- İran, Türkiyə, ABŞ və Avropa İttifaqının Dağlıq Qarabağ münaqişiəsinin nizamlanması prosesinə qoşulması yaxşı olardı», - deyə cümə axşamı Bakıda keçirilən brifinqdə Kasayev bildirib.
|
 Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Vergilər Nazirliyi tərəfindən 5 244 479,5 min manat vergi və tədiyyələr toplanıb. Bu isə müvafiq 11 aylıq proqnozdan 4,2%, 2007-ci ilin müvafiq dövrünün göstəricisindən isə 23,7% çoxdur. Bu barədə «APA-ECONOMICS»ə Vergilər Nazirliyindən məlumat verilib.
|
 Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk sessiyası Bakıda keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. Səfir qeyd edib ki, toplantının gələn ilin sentyabrında keçirilməsi planlaşdırılır.
|
 Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç 2008-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, səfir 2008-ci ili Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı baxımından çox önəmli il adlandırıb. Siyasi əlaqələrin mükəmməl olduğunu söyləyən diplomat bildirib ki, il ərzində iki ölkənin prezidentləri və baş nazirləri səviyyəsində 10 görüş keçirilib, nazirlər səviyyəsində 30 səfər həyata keçirib.
|
 Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirləri gələn ilin əvvəllərində görüşəcəklər. APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bu gün keçirdiyi mətbuat konfransında bildirib. Üç nazirin ilk dəfə bu il sentyabrın 25-də Nyu-Yorkda bir araya gəldiyini xatırladan səfir Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istədiyini, işğal olunmuş torpaqların azad olunmasını arzuladığını, ona görə də belə görüşlərin keçirilməsinin gözlənildiyini deyib.
|
 Dünyada baş verən maliyyə böhranı 2009-cu ildə Azərbaycanda pensiyaların maliyyələşdirilməsində problem yaratmayacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. S.Müslümovun sözlərinə görə, baş verən proseslərin qeyri-büdcə sektorundan fonda ödənilən sosial sığorta vəsaitlərinin həcminə təsiri gözlənilir:
|
 Milli Televiziya və Radio Şurasının (MTRŞ) xarici radiostansiyalarla bağlı məsələyə dekabrın 29-u və ya 30-u baxacağı gözlənilir. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Şura sədrinin sözlərinə görə, dekabrın 25-də keçirilməsi planlaşdırılan iclasın vaxtının gələn həftənin əvvəlinə keçirilməsi xüsusi səbəblə əlaqədar deyil: “Sadəcə Şura üzvlərindən bir neçəsi qrip xəstəliyinə yoluxub. Ona görə də qərara gəldik ki, iclasın vaxtını dəyişək”.
|
 Ispaniyanın Valensiya şəhərində “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti adlı yeni diaspor təşkilatı yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, təşkilat Valensiya şəhərinin qubernatorluğu tərəfindən qeydə alınıb. Bu günlərdə yeni cəmiyyətin təqdimatı olub. Soydaşlarımız cəmiyyətin təqdimatı ilə birlikdə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də qeyd ediblər.
|
 ATƏT gələn il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir. “Biz 2009 - cu ildə bu istiqamətdə irəliləyiş görməyə ümid edirik”, - ATƏT-in yeni sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis (Dora Bakoyannis) TrendNews - a müsahibəsində bildirib. ATƏT-in hazırki sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb ATƏT ölkələri xarici işlər nazirlərinin dekabrın 4 - də Helsinkidə keçirilən görüşündə sədr səlahiyyətlərini rəsmi olaraq Yunanıstanın xarici işlər naziri Dora Bakoyannisə verib.
|
 Azərbaycan parlamentinin vitse-spikeri hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən siyası partiyaların hamısını qane edə biləcək “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərlə bağlı layıhəsinin hazırlanması mümkün deyil.“Qanun layihəsi maraqlı tərəflərin hər birinin mövqelərinə uyğun şəkildə hazırlanmalıdır”, - TrendNews - un məlumatına görə, çərşənbə günü jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.Muradovanın sözlərinə görə, partiyalarda müzakirə nəticəsində əldə olunan mövqelərin hamısı layihənin hazırlanması zamanı nəzərə alınmalıdır.
|
 “Azərbaycan Xəzərin bölünməsi üzrə İran və Türkmənistanla ikitərəfli danışıqları davam etdirir”, - Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinləri səviyyəsində Konvensiyanın işlənilməsi üzrə xüsusi işçi qrupunun 24-cü iclasının yekunları ilə bağlı Astanada jurnalistlərə bildirib.
|
 “Azərenerji” SC çərşənbə günü Bakı yaxınlığında 300 MVt gücündə modul elektrik stansiyasını istismara verib. Obyektin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Səngəçaldakı elektrik stansiyasının tikintisini Finlandiyanın Wartsila şirkəti həyata keçirib. Stansiya, hər birinin gücü 17 MVt olan 18 aqreqatdan ibarətdir. Finlandiyanın Wartsila şirkəti Səngəçaldakı modul elektrik stansiyasının qazdan mazuta və əksinə qoşulmasının yeni texnologiyasını təqdim edib.
|
|
|