Hörmətli oxucular!
|
 Türkiyə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu formatını dəstəkləyir. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə bu ölkənin xarici işlər naziri Əli Babacan bildirib. Türkiyənin xarici işlər naziri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi olduqca çətin problemdir və bu problem yalnız danışıqlar yolu ilə həll oluna bilər.
|
 Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay dekabrın 2-3-də Bakıda səfərdə olacaq. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
|
 İstanbulun İstiqlal prospektində yerləşən Auditorlar Palatasının sənət qalareyasında azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin rəsm sərgisi açılıb APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə S. Babayevin peyzaj, natürmort və portret janrlarında çəkdiyi 10, tələbələrinin isə 40 əsəri nümayiş etdirilir.Türkiyənin sənət ictimaiyyətinin və medianın yaxın maraq göstərdiyi sərginin açılışında S.Babayevin 5 əsəri yüksək qiymətə satılıb.
|
 Qlobal iqtisadi böhranı maliyyə böhranı və ilk növbədə fond bazarlarında başladığına görə, dünya iqtisadiyyatının bərpası da məhz fond bazarlarında yüksəlişindən başlayacaq. «APA-ECONOMICS»in məlumatına görə, ekspertlərin fikrincə, müşahidə olunan enmə tendensiyası nəticəsində dünya fond bazarlarında göstəricilər artıq mümkün minimuma çatıb və yaxın zamanlarda birjalarda kotirovkaların yüksəlməsini gözləmək olar.
|
 Rusiya və Azərbaycan Fövqəladə Hallar nazirlikləri arasında 2009-2011-ci illər üzrə kompleks əməkdaşlıq planı imzalanıb. APA-nın Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, sənədi Rusiya tərəfdən fövqəladə hallar naziri Sergey Şoyqu, Azərbaycan tərəfdən isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzalayıblar. Rusiya FHN-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Yuri Brajnikov 2006-cı ildə yaradılan Azərbaycan FHN-in Rusiya modelini seçdiyini, nazirliyin formalaşmasına Rusiyanın köməklik göstərdiyini bildirib:
|
 Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ilə görüş bütün türk dünyası üçün nümunədir. İTAR-TASS xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Abdulla Gül rəsmi səfərdə olduğu Türkmənbaşı şəhərindən vətənə qayıtdıqdan sonra bildirib. Gül deyib, “Bu danışıqlar üç ölkə arasında münasibətlərin daha da yaxınlaşdırılmasına və yeni səviyyəyə qaldırılmasına yönəlib”.
|
 Noyabrın 29-da Aşqabadda ilk dəfə Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri İlham Əliyev, Abdullah Gül və Qurbanqulu Berdiməhəmmədovun görüşü baş tutub.İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin üçtərəfli görüşünə böyük əhəmiyyət verib, - Azərbaycanın AzərTac Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir. Prezident görüşün nəticələrinin uğurlu olacağına əminlik ifadə edib.
|
 Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunda çıxış edən İsrailin təhsil nazirinin müşaviri Eli Zarxin Beynəlxalq aləmdə Azərbaycana olan marağın artdığını bildirib. «Son zamanlar ölkənin elmi potensialının inkişafı və beynəlxalq səviyyəyə inteqrasiya Azərbaycana olan marağı daha da artırır», - deyə İsrailin təhsil nazirinin müşviri Zarxin Trend News -a bildirib.
|
 Azərbaycanın ilk və hazırda ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 90 illik yubileyi keçiriləcək. «Yubileyin yüksək səviyyədə keçirilməsi məqsədilə silsilə tədbirlərin təşkili nəzərdə tutulub», - bu barədə şənbə günü keçirdiyi mətbuat konfransında BDU-nun rektoru, parlamentin deputatı Abel Məhərrəmov bildirib. Onun fikrincə, ötən 90 ildə BDU böyük uğurlar əldə edib.
|
|
|