Hörmətli oxucular!
|
 OPEC təşkilatının prezidenti Şəkib Xəlil bildirib ki, qiymətlər $60/barel səviyyəsindən aşağı qalsa, OPEC neftin hasilatına olan həddi azaldacaq. “Əgər qiymətlər cari aşağı səviyyədə qalsa, OPEC hasilatın əhəmiyyətli dərəcədə azaldılması barəsində qərar qəbul edəcək. Əgər qiymətlər $60/barel səviyyəsindən yuxarı qalxsa, ola bilsin ki azalma o qədər də əhəmiyyətli olmasın”,
|
 Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının dekabrın 18-də keçiriləcək toplantısında 700 nəfərədək qonaq iştirak edəcək. Bu barədə APA-ya Prezident Aparatının (PA) ictimai-siyasi şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun rəhbəri Qafar Əliyev bildirib. Onun sözlərinə görə, tədbirin planı artıq hazırdır və PA-da təsdiqlənib. Toplantıda dünyanın azərbaycanlılar yaşayan bütün ölkələrindən diaspora rəhbərləri iştirak edəcək.
|
 “Biz ATƏT məkanındakı münaqişələri həll etmək üçün hər fürsəti dəyərləndirməliyik. Gürcüstandakı müharibə həlli uzanmış münaqişələrin alovlanması potensialının kəskin göstəricisidir. İndi biz Cenevrədə başlamış danışıqların uğurlu nəticələr verəcəyinə ümid bəsləməliyik. Münaqişənin istənilən həlli Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır”.
|
 GUAM xarici işlər nazirləri Helsinkidə sənəd imzalayıblar. APA-nın məlumatına görə, nazirlər 2002-ci il iyulun 20-də qəbul olunmuş “Terrorizm, mütəşəkkil cinayətkarlıq və təhlükəli cinayətlərin digər növləri ilə mübarizə məsələlərində GUÖAM ölkələri hökumətləri arasında əməkdaşlığa dair Saziş”ə əlavə olunan protokol imzalayıblar
|
 BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Hakimlər Şurası Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi üçün təqdim olunan layihəni təsdiqləyib, cümə günü Trend News-a Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. «İnstitut üç il ərzində layihənin əsaslandırılmasını həyata keçirəcək və MAQATE-yə təqdim edəcək», - Qəribov deyib.
|
 Dekabrın 5-də jurnalistlərə verdiyim açıqlamada bildirmişəm ki, münaqişənin nizamlanması ilə bağlı prezident Əliyevin bir, prezident Sərkisyanın isə başqa mövqeyi var. Lakin tərəflər arasında razılaşma əldə olunması üçün ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə hüququ və qoşunların çıxarılması prinsipləri sənədə daxil edilməlidir. Bu fikirləri söyləyərkən hansısa prinsipin daha mühüm olduğunu nəzərdə tutmamışam”.
|
 Helsinki şəhərində GUAM xarici işlər nazirlərinin görüşü keçirilib. APA-nın Ukrayna XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə üzv ölkələrin bölgədə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması və bu il iyulun 1-də Batumda keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti müzakirə olunub. Nazirlər beynəlxalq birliyin səyləri və diqqətinin “dondurulmuş münaqişələr”in həlli istiqamətinə yönəldilməsinin zəruriliyini vurğulayıblar.
|
|
|