|
|
 Gənclər və idman naziri Azad Rəhimov bir sıra kütləvi informasiya vasitələrinə müsahibə verib. APA-nın məlumatına görə, nazir müsahibədə Gənclər Günü ilə yanaşı digər məsələlərə də toxunub.
|
 Yanvarın 30-da Daxili İşlər Nazirliyində respublika daxili işlər orqanlarının ötən il cinayətkarlığa qarşı mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclası keçirilib.
|
 Davosda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İsrail prezidenti Şimon Pereslə görüşüb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.
|
 ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir görüşdə Azərbaycanda demokratiyanın inkişafının yaxın tərəfdaş olaraq ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
|
 Azad İstehlakçılar Birliyi (AİB) «Biomüxtəlifliyin qorunmasında istehlakçı təşəbbüsü» layihəsi çərçivəsində keçirdiyi tədqiqatların nəticələrini açıqlayıb. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən layihənin koordinatoru Eyyub Hüseynov bildirib ki, tədqiqat Azərbaycanın 4 broyler fabrikində quş yemlərinin tərkib göstəricisi sertifikatları əsasında təhlil edilib.
|
 ABŞ-ın Miçiqan Universitetində “Kosovodan sonra Qarabağın yolu” mövzusunda seminar keçirilib. APA-nın ABŞ bürosunun xəbərinə görə, universitetin Ermənistan Araşdırmaları Proqramı tərəfindən təşkil olunan seminarda çıxış edən erməni mənşəli isveçrəli ekspert Viçken Çeteriyan bildirib ki, 2001-ci ildə prezidentlər Heydər Əliyev və Robert Köçəryanın Ki Uestdə keçirilən görüşündən sonra münaqişənin həlli istiqamətində ciddi danışıqlar olmayıb
|
 Yanvarın 30-da “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Gənclər Təşkilatı 2 fevral – Gənclər Günü ilə bağlı bəyanat verib. Birlikdən APA-ya verilən məlumata görə, bəyanatda onlarla Azərbaycan gəncinin hələ də erməni əsir və girovluğunda olduğu qeyd olunub. Bəyanatda bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 5 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb:
|
 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun APA-ya müsahibəsi - 26 Bakı komissarının cəsədlərinin “Sahil” bağından köçürülməsi zamanı məzarlıqdan 23 cəsədin qalıqlarının tapılması birmənalı qarşılanmayıb. Bu məsələ ilə bağlı AMEA-nın rəsmi mövqeyi necədir?
|
 ATƏT Parlament Assambleyasının prezidenti Joao Suares rəhbərlik etdiyi qurumun 2009-cu ildə fəaliyyətinə dair prioritetləri açıqlayıb. APA-nın məlumatına görə, ATƏT PA prezidenti bildirib ki, əsas prioritetlərdən biri dondurulmuş münaqişələrin nizamlanması məsələsi olacaq: “Mən həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasından narahatam.
|
 “Regiona səfərim zamanı əsas müzakirə edəcəyim mövzular Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Avropa Qonşuluq Siyasəti ətrafında olacaq”. Bu eksklüziv açıqlamanı APA-ya ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ və Cənubi Qafqazda münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker verib.
|
 Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun plenar iclasında “feminisid” (qadınların məhz qadın olduqları üçün öldürülməsi) mövzusunda keçirilən müzakirələrdə çıxış edib.
|
 Rusiya və Azərbaycanın müdafiə nazirləri iki ölkənin hərbi idarələrinin qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. İTAR-TASS-ın yazdığına görə, bu barədə cümə günü Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Aleksey Kuznetsov məlumat verib.
|
 Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı həqiqətlər ABŞ konqresmenlərinə çatdırılacaq. “Fevral ayında konqresmenlərlə görüşərək Xocalı soyqırımı ilə bağlı məlumatlar veriləcək. Bundan əlavə, konqresmenlərə Xocalı soyqırımı ilə bağlı video görüntülərin olduğu CD-lərin verilməsi də planlaşdırılıb”
|
 ATƏT-in Parlament Assambleyası Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə yeni təşəbbüsləri nəzərdən keçirəcək. «Biz parlament səviyyəsində Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə yeni təşəbbüsləri nəzərdən keçirəcəyik»
|
 Avropa Şurası Parlament Assambleyasının Bürosunun cümə günü keçirilən iclasında Azərbaycanda keçiriləcək referenduma qurumun müşahidəçilərinin göndərilməsi barədə qərar qəbul edilib.
|
 Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri bəzi müxalifət partiyalarının onu məhkəməyə verməsi xəbərini normal qarşılayıb. “Hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Müxalifət partiyaları da bu hüquqdan istifadə edə bilər”
|
 Hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə ABŞ-ın Milli Demokratiya İnstitutu arasında əmədaşlıq daha da gücləndiriləcək, bu məsələ cümə axşamı YAP-ın sədrinin müavini, icra katibi Əli Əhmədov ABŞ-ın beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun ölkə üzrə direktoru Ariyen de Volff ilə partiyanın mənzil qərargahında görüşündə müzakirə edilib.
|
 Azərbaycanın hakim partiyası İdarə Heyətinin cümə axşamı keçirilən iclasında partiyanın 2008-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı açıqlanıb, bu barədə Trend News-a Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən məlumat verilib.
|
 Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı BMT-də dinləmələr keçiriləcək. Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyəti əks etdirən Universal Dövri İcmal adlı hesabat Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 4-cü sessiyası çərçivəsində fevralın 2-4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
|
 Azərbaycanın Gənclər və İdman Nazirliyi ölkənin gənclər siyasəti sahəsindəki təcrübəsindən xarici dövlətlərin faydalanmağa çalışdığını bildirib. “Müstəqil Dövlətlər Birliyi, Şərqi Avropa ölkələri və dünya miqyasında keçirilən gənclər siyasəti çərçivəsində Azərbaycanın xüsusi yeri var. Bunu müxtəlif ölkələrin ekspertləri də qeyd edirlər.
|
 Beynəlxalq Böhran Qrupu (BBQ – Crisis Group) hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə «Madrid prinsipləri» onun sülh yolu ilə həlli üçün ən yaxşı çərçivədir. Bu barədə cümə axşamı Trend News-a elektron poçt ilə BBQ-nin Avropa proqramlarının direktoru Sabina Freyzer bildirib.
|
 Mərkəzi Seçki Komissiyası (MSK) erməni əsilli Azərbaycan vətəndaşlarının seçici siyahısına daxil edilməsinə kömək etmək üçün beynəlxalq təşkilatlardan dəstək gözləyir. “Erməni əsilli Azərbaycan vətəndaşlarını seçici siyahılarına daxil edə bilməməyimiz ciddi problem olaraq qalmaqdadır.
|
 Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin cümə axşamı keçirilən iclasında Azərbaycanda keçiriləcək referendum və ölkənin milli tezliklərində xarici radiostansiyaların yayımının qadağan olunması məsələləri müzakirə edilib.
|
 Türkiyənin xarici işlər naziri Əli Babacanla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında dünən axşam keçirilən görüşdən sonra, bu gün onların yenidən görüşməsi nəzərdə tutulub. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat verib.
|
|
|