Ìàòåðèàëû çà 17.01.2009 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
17 Yanvar 2009, 13:01    Azərbaycan hakimiyyəti müxalifətin antireferendum fəaliyyətindən qətiyyən narahat deyil
Azərbaycan hakimiyyəti müxalifətin antireferendum fəaliyyətindən qətiyyən narahat deyil Azərbaycan hakimiyyəti müxalifətin antireferendum fəaliyyətindən qətiyyən narahat deyil. “Təəssüflər olsun ki, müxalifət bütün fəaliyyətini “anti” üzərində qurur. 10 illərdir ki, müxalifətin bütün aksiya və tədbirlərinin, kampaniyalarının önündə “anti” sözü olur. Anti fəaliyyətləri də ona gətirib çıxarır ki, bunlar neçə illərdir, müxalifətdə qala-qala hərəkət edirlər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Yanvar 2009, 13:01    2008 - ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeləri daha da güclənib
2008 - ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeləri daha da güclənib Prezident İlham Əliyev bildirib ki, 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeləri daha da güclənib, - AzərTAc dövlət agentliyinin yaydığı məlumatına görə, Azərbaycan dövlət başçısı bu sözləri Nazirlər Kabinetinin 2008 - ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında deyib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
17 Yanvar 2009, 13:01    Qazaxıstanda 20 Yanvar şəhidləri yad olunub
Qazaxıstanda 20 Yanvar şəhidləri  yad olunub“Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü ilə cümə günü Almatı şəhərində 20 Yanvar faciəsinin 19 illiyi ilə bağlı, şəhidləri anma mərasimi keçirilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
17 Yanvar 2009, 13:01    Azərbaycan prezidentinin sədrliyi ilə ölkə hökumətinin 2008-ci ilin yekunlarına dair iclası keçirilib
Azərbaycan prezidentinin sədrliyi ilə ölkə hökumətinin 2008-ci ilin yekunlarına dair iclası keçirilibBu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin respublikanın 2008-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. «APA-Economics»in məlumatına görə, dövlət başçısı 2008-ci ilin dünya tarixinə maliyyə böhranı kimi daxil olmasına baxmayaraq Azərbaycan üçün uğurlu olduğunu vurğulayıb. Ötən il əhalinin pul gəlirlərində 36% artım qeydə alınıb, minimum əmək haqqı və minimum pensiya 50% artırılıb. Prezident bildirib ki, hazırda Azərbaycanda orta aylıq əmək haqqı 335 ABŞ dolları, orta aylıq pensiya isə 120 dollardır.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
17 Yanvar 2009, 13:01    QAT sədrinin müəllifi olduğu “Qarabağ müharibəsi” kitabının təqdimatı keçirilib
QAT sədrinin müəllifi olduğu “Qarabağ müharibəsi” kitabının təqdimatı keçirilibBu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının müəllifi olduğu “Qarabağ müharibəsi (qısa tarix)” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, A. Nağı bildirib ki, Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsi apardığı bir dövrdə bu cür kitabların yazılması əhəmiyyətlidir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
17 Yanvar 2009, 13:01    Azərbaycanın müəssisə və təşkilatlarında yanvarın 20-də iş olmayacaq
Azərbaycanın müəssisə və təşkilatlarında yanvarın 20-də iş olmayacaqYanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycanın idarə, müəssisə və təşkilatlarında iş olmayacaq. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib. Hökumətdən bildirilib ki, Azərbaycan qanunvericiliyinə əsasən, Ümumxalq Hüzn Günü elan edilmiş 20 yanvar tarixi qeyri-iş günü sayılır.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Yanvar 2009, 13:01    MSK 8 Təşəbbüs qrupuna imza vərəqələri verib
MSK 8 Təşəbbüs qrupuna imza vərəqələri verib“Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin təşviqatı məqsədilə bu günə qədər Mərkəzi Seçki Komissiyasına (MSK) 10 Təşəbbüs qrupu müraciət edib. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat daxil olub. Müraciət edən Təşəbbüs qruplarından 8-nə imza vərəqələri verilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Yanvar 2009, 13:01    “Azərbaycanda keçiriləcək referendumu Venesiya Komissiyası ilə müzakirə edəcəyik”
“Azərbaycanda keçiriləcək referendumu Venesiya Komissiyası ilə müzakirə edəcəyik” “Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumla əlaqədar biz Avropa Şurasının Venesiya Komissiyası ilə müzakirələr aparacağıq”. Bunu APA-ya Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Yanvar 2009, 13:01    AB Türkiyədə üzr istəməklə bağlı internet kampaniyası təşkil edənlərə pul verib
AB Türkiyədə üzr istəməklə bağlı internet kampaniyası təşkil edənlərə pul veribTürkiyədə ermənilərdən üzr istəməklə bağlı internet kampaniyası təşkil edən şəxslərin Avropa Birliyinin sifarişi ilə bu addımı atdığı məlum olub. Türkiyədəki mənbələrdən APA-ya daxil olan məlumata görə, kampaniyanın aparılması üçün AB bu şəxslərə külli miqdarda pul verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
17 Yanvar 2009, 13:01    Yanvarın 20-də Abşeron şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
Yanvarın 20-də Abşeron şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaqBu ilin yanvar ayının 20-də Azərbaycanda 1990-cı ilin yanvar hadisələrinin 19-cu ildönümü ilə əlaqədar Abşeron şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən (ADDY) «APA-Economics»ə verilən məlumata görə, ADDY-nin rəisi Arif Əsgərovun müvafiq əmrinə əsasən, yanvarın 20-də saat 06:00-dan 23:00-dək elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
17 Yanvar 2009, 13:01    İqtisadi Tədqiqatlar Mərkəzi: Ötən il Azərbaycanda inflyasiya 15,4% olub
İqtisadi Tədqiqatlar Mərkəzi: Ötən il Azərbaycanda inflyasiya 15,4% olubÖtən ilin yekunlarına görə Azərbaycanda inflyasiyanın illik səviyyəsi 15,41% təşkil edib. Ərzaq məhsulları üzrə illik inflyasiya 19,05%, qeyri-ərzaq məhsulları üzrə 12,45%, xidmətlər üzrə isə 9,44% təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda alternativ inflyasiyanı hesablayan İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) sədr müavini Vüsal Qasımlı bildirib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
17 Yanvar 2009, 13:01    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “20 Yanvar” şəhid və əlil ailələrinə maddi yardım göstərib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “20 Yanvar” şəhid və əlil ailələrinə maddi yardım göstəribƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi (ƏSMBİ) bu gün “20 Yanvar” faciəsinin 19-cu ildönümü ilə əlaqədar bu hadisələr zamanı aldığı xəsarətdən şəhid və əlil olmuş ailələrə maddi yardım göstərib. APA-nın məlumatına görə, ƏSMBİ-nin rəisi İbrahim Heydərov bildirib ki, bu məqsədlə 23500 manat vəsait yarılıb.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
17 Yanvar 2009, 12:01    İranda və Ukraynada 20 Yanvar faciəsinin ildönümü qeyd olunacaq
İranda və Ukraynada 20 Yanvar faciəsinin ildönümü qeyd olunacaqİranın Tehran və Qum şəhərlərində 20 yanvar faciəsinə həsr olunmuş tədbirlər keçiriləcək. Azərbaycanın İrandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə yanvarın 17-də Qum şəhərində fəaliyyət göstərən dini məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə anım mərasimi keçiriləcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
17 Yanvar 2009, 12:01    Aydınlar Partiyasının Gənclər Komitəsi təsis olunub
Aydınlar Partiyasının Gənclər Komitəsi təsis olunubBu gün Azərbaycan Aydınlar Partiyasının Gənclər Komitəsinin təsis toplantısı keçirilib. APA-nın məlumatına görə, təsis iclasında çıxış edən partiyanın sədri Qulamhüseyn Əlibəyli rəhbərlik etdiyi qurumun yaranma səbəbləri, siyasi kursa, qarşısında dayanan vəzifələrlə bağlı gənclərə məlumat verib. Onun sözlərinə görə, Aydınlar Partiyası ənənəvi müxalifət partiyalarından fərqli siyasi kurs götürüb, hakimiyyəti inkar etmir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Yanvar 2009, 12:01    14 illik atəşkəs dövründə Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini ən çox 2008-ci ildə pozub
14 illik atəşkəs dövründə Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini ən çox 2008-ci ildə pozubÖtən il Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 1250 dəfə pozulmaqla, cəbhə xəttində gərginlik 14 illik atəşkəs dövründə ən yüksək həddə çatıb. Nəticədə Azərbaycan ordusunun 18 hərbçisi düşmənlə döyüşdə şəhid olub. APA-nın Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən il atəşkəs 2007-ci illə müqayisədə 700 fakt çox pozulub.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
17 Yanvar 2009, 12:01    Azərbaycan və Rusiya xarici işlər nazirləri Ermənistana silah satışı məsələsini müzakirə ediblər
Azərbaycan və Rusiya xarici işlər nazirləri Ermənistana silah satışı məsələsini müzakirə ediblərRusiya tərəfinin təşəbbüsü ilə cümə günü bu ölkənin xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub. Azərbaycan XİN-in mətbuat xidmətindən TrendNews-a verilən məlumata görə, telefon danışığı zamanı Rusiya Federasiyasından Ermənistana hərbi texnika və sursat verilməsi məsələsi müzakirə edilib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
17 Yanvar 2009, 12:01    Türkdilli ölkələrin Parlament Jurnalistləri İttifaqı yaradılacaq
Türkdilli ölkələrin Parlament Jurnalistləri İttifaqı yaradılacaqAzərbaycanın Parlament Jurnalistləri İttifaqının təşəbbüsü ilə Türkdilli ölkələrin Parlament Jurnalistləri İttifaqı yaradılacaq, - İttifaqın sədri Elşad Eyvazlı cümə günü Trend News-a bildirib. “Qurumun yaradılmasında məqsəd Türkdilli ölkələrin Parlament Assambleyasının əhəmiyyətini türk dünyasının diqqətinə çatdırmaq və onun fəaliyyətini işıqlandırmaqdır”
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Yanvar 2009, 12:01    Azərbaycan müxalifətinin referendumla bağlı təşviqat qrupu ilkin təşəbbüs qruplarının toplantıları başa çatıb
Azərbaycan müxalifətinin referendumla bağlı təşviqat qrupu ilkin təşəbbüs qruplarının toplantıları başa çatıbAzərbaycan müxalifətinin referendumla bağlı təsis edəcəyi təşviqat qrupunun ilkin təşəbbüs qruplarının toplantıları cümə günü başa çatıb. “Yanvarın 17-də Klassik Xalq Cəbhəsi Pariyasının qərargahında “Azərbaycan Xalq Cümhuriyyəti” təşviqat qrupunun təsis olunacağı gözlənilir”, - cümə günü TrendNews-a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Xalq Partiyasının sədri, millət vəkili Pənah Hüseyn bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Yanvar 2009, 12:01    Azərbaycan Ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Azərbaycan Ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə  bağlı bəyanat veribAzərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar bəyanat verib. Bəyanatda bildirilir ki, 20 Yanvar 1990-cı ildə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı BMT-nin İnsan Hüquqları ilə bağlı Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Yanvar 2009, 12:01    Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər yeni diaspor təşkilatı yaradıblar
Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər yeni diaspor təşkilatı yaradıblarAlmaniyada yeni diaspor təşkilatı-“Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi” təsis edilib. Birliyin yaranmasının məqsədi bir neçə ildir Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirmək, onlarla dostluq əlaqələri qurmaq və birgə layihələr həyata keçirməkdir, cümə günü Disaporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
17 Yanvar 2009, 12:01    AŞPA-da azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı bəyanatın qəbulu gözlənilir
AŞPA-da azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı bəyanatın qəbulu gözlənilirAzərbaycanı Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) təmsil edən nümayəndə heyəti azərbaycanlıların Ermənistandan deportasiyasının 60 iliiyi ilə bağlı bəyanat hazırlayıb. “Bu bəyanatın Avropa Şurası Parlament Assambleyasının sənədi kimi tanınması üçün bəyanatı ən azı beş ölkənin 20-dən çox millət vəkili imzalamalıdır”
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
17 Yanvar 2009, 12:01    Azərbaycanın müxalif partiyası təsis etdiyi təşviqat qrupunun sənədlərini MSK-ya təqdim edib
Azərbaycanın müxalif partiyası təsis etdiyi təşviqat qrupunun sənədlərini MSK-ya təqdim edibAzərbaycanın müxalif partiyasının referendumla bağlı təsis etdiyi təşviqat qrupunun bildiriş sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim olunub. “Sənədlərində problem olmasa, Mərkəzi Seçki Komissiyası beş gün müddətində imza vərəqələrinin verilməsi ilə bağlı qərar verməlidir”, - cümə günü TrendNews-a “Respublikaçılar” Təşəbbüs Qrupunu təsis edən Müsavat Partiyası Mərkəzi icra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
17 Yanvar 2009, 12:01    Azərbaycanın Misirdəki səfirliyi ermənilərin ittihamlarını təkzib edir
Azərbaycanın Misirdəki səfirliyi ermənilərin ittihamlarını təkzib edirAlman yazıçı-publisisti Yohannes Raunun (Johannes Raun) Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı kitab bütün reallıqları əks etdirir və burada heç bir yalan məlumat yoxdur. Bu barədə cümə günü Qahirədən telefonla Trend News-a Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
17 Yanvar 2009, 12:01    Ermənistana Rusiya hərbi texnikası verilməyib
Ermənistana Rusiya hərbi texnikası verilməyib Bu yaxınlarda bir sıra kütləvi informasiya vasitələrinin Ermənistana 800 mln. dollar həcmində Rusiya texnikası verilməsi barədə yaydığı məlumatlar həqiqətəuyğun deyil. Bu barədə cümə günü Moskvada keçirilən mətbuat konfransında Trend News-un müxbirinin sualına cavab verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
← Geri    1 2    İrəli →