Hörmətli oxucular!
|
 Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendumla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibində mətbuat qrupunun fəaliyyəti bərpa olunacaq. MSK-nın mətbuat qrupundan APA-ya verilən məlumata görə, yaxın günlərdə qrupun tərkibi formalaşacaq.
|
 Martın 18-də keçiriləcək referendumda iştirak etmək üçün yaradılan təşəbbüs qruplarının 3-ü tələb olunan 40 min imzanı toplayıb. MSK-nın mətbuat xidmətindən APA-ya bildirilib ki, “Yeni Azərbaycan” təşviqat qrupu ilə yanaşı, “Tərəqqi” və “Abad kənd” təşəbbüs qrupları da imza vərəqələrini MSK-ya təhvil verib.
|
 Fevralın 7-dən 10-dək Bakıda İran İslam Respublikasının Ərdəbil vilayətinin şirkətlərinin iştirakı ilə sərgi keçiriləcək. Bu barədə «APA-Economics»ə sərginin Təşkilat Komitəsindən məlumat verilib. «Ərdəbil ticarət və sənaye» adlanan sərgidə Ərdəbil vilayətində fəaliyyət göstərən iri metallurgiya, maşınqayırma müəssisələri ilə yanaşı yüngül sənaye, yeyinti, trikotaj və s.
|
 Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin yanvarın 29-da keçiriləcək iclasında Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr aparılacaq. Bu barədə APA-nın Strasburqa ezam olunmuş xüsusi müxbirinə AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məlumat verib.
|
 2009-cu il yanvarın 25-də Mərakeşin paytaxtı Rabat şəhərində İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin İnformasiya Nazirləri Konfransının 8-ci sessiyası başlayıb. APA-nın məlumatına görə, sessiyada təşkilata üzv olan 60-dək dövlətin informasiya nazirləri və informasiya məsələləri üzrə rəsmi nümayəndələri iştirak edirlər.
|
 ABŞ səfiri Ann Dersi: “ABŞ-la Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı baza mövcuddur”. ABŞ səfiri Ann Dersi bu gün jurnalistlərin suallarını cavablandırıb. APA-nın məlumatına görə, səfir ABŞ-dakı prezident dəyişikliyi, eləcə də Azərbaycanda baş verən son hadisələrlə bağlı mövqeyini açıqlayıb.
|
 Milli Televiziya və Radio Şurasının (MTRŞ) Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan etdiyi müsabiqənin qalibi olan “Media FM” radiosu bu həftədən sınaq yayımlarına bağlayacaq. Bu barədə APA-ya radionun direktoru Tural Əliyev məlumat verib.
|
 Azərbaycanın “Nabucco” layihəsində iştirakı Azərbaycan qazı üçün təklif olunacaq qiymətdən asılıdır. APA-nın Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu barədə yerli mətbuata müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.
|
 İstanbulda Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması ilə bağlı görüş başlayıb. Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran APA-ya bildirib ki, görüşdə Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanı xarici işlər nazirləri müavinləri iştirak edir. Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edir.
|
 “Rusiya ilə Ukrayna arasında baş vermiş qaz münaqişəsi nəticəsində zərər çəkmiş ölkələr müqavilə öhdəliklərini yerinə yetirməyənlərdən dəymiş zərərin ödənməsini tələb etməlidir”. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Macarıstanın baş naziri Ferents Dyurçan deyib.
|
 Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanda minlərlə insanların əlilə çevrildiyini bildirib. “Ermənistan rəhbərliyinin 20 il əvvəl apardığı etnik təmizləmə siyasəti nəticəsində 300 min azərbaycanlı öz yurd-yuvalarından zorla qovulublar.
|
 Macarıstanda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi onun üçün ayrılmış iqamətgahda - “İntercontinental” mehmanxanasında Avropa İnvestisiya Bankının (EİB) prezidenti Filipp Maystadt ilə görüşüb. Məlumatı AzərTAC dövlət agentliyi yayıb. Görüşdə “Nabukko” layihəsi və onun həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
|
 Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) hesab edir ki, Amerika radiostansiyalarının ölkənin milli tezliyində yayımının bərpası qarşılıqlı yayıma dair saziş əsasında mümkündür. “Qarşılıqlı yayıma dair hər iki tərəfi qane edə biləcək razılıq əldə olunsa, Amerika radiostansiyalarının Azərbaycanda yayımı bərpa oluna bilər”
|
 ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə mane olan faktorları pisləyir. “Biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə mane olan faktorlara qarşı çıxırıq”, - bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi jurnalistlərə, 102-ci rus hərbi bazasındakı sursatın Ermənistana - Gümriyə verilməsi ehtimalına münasibət bildirərkən deyib.
|
 Dünya Azərbaycanlıları Konqresi (DAK) Rusiyada fəaliyyətini gücləndirmək məqsədilə ümumi proqram qəbul edib. Rusiyada səfərdə olan DAK həmsədri Sabir Rüstəmxanlı Rusiyadakı Azərbaycan diaspor təşkilatları ilə görüşlər keçirib və ayrı-ayrı diaspor təşkilatlarının işinin əlaqələndirilməsi və müəyyən təbliğat işlərinin birgə aparılması məsələləri razılaşdırılıb
|
 Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puç qurumun Dağlıq Qarabağ probleminin həlli istiqamətində təkliflər verməyə hazır olduğunu bildirib. “Biz vəziyyətdən çıxış yolu tapmaq və təkliflər verməyə cəhd edəcəyik. Amma tərəflər razılığa gəlməlidir”
|
 Azərbaycanın müxalif partiyası beynəlxalq təşkilatları referendumu geniş müşahidə etməyə çağırıb. “Qarabağ və Respublika Uğrunda Hərakat” təşviqat qrupunun qeydiyyatdan keçməsi üçün imza toplama kampaniyasına rəsmi hakimiyyət nümayəndələri və qeyri-rəsmi şəxslər aşkar şəkildə qanunsuz müdaxilə edirlər”
|
 Azərbaycanın müxalif partiyalarının bir qrupu referendumun keçirilməsinin Konstitusiyaya zidd olduğunu iddia edir. “Bununla bağlı yaxın günlərdə Avropa Məhkəməsinə müraciət edilməsi nəzərdə tutulur”, - bazar ertəsi referendumla bağlı təsis edilən “Qarabağ və Respublika Uğrunda Hərəkat”da təmsil olunan Ümid Partiyasının sədr müavini Ənvər Ağayev bildirib.
|
 Macarıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi onun üçün ayrılmış iqamətgahda - “İntercontinental” mehmanxanasında Macarıstan Teleqraf Agentliyinə və Duna televiziyasına müsahibə verib.
|
|
|