Hörmətli oxucular!
|
 Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan baza prinsiplərinin bir neçə əsas elementi üzrə qarşılıqlı anlaşmada irəliləyişə nail olublar, - ATƏT - in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza çərşənbə günü TrendNews - a bildirib.
|
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) azərbaycanlıların Ermənistandan deportasiyasının 60 illiyi ilə bağlı yazılı bəyanat yayılıb.  “Stalin hakimiyyəti dövründə deportasiya olunan bütün xalqların öz yurd-yuvalarına dönmə haqqı tanınıb. Amma 1948-53-cü illərdə Ermənsitandan öz tarixi ata-baba yurdlarından deportasiya olunan azərbaycanlıların geri qayıtmaq haqqını bu günə qədər Ermənistan tərəfi tanımaq istəmir.
|
 Azərbaycanın Təhsil Nazirliyinin “qaynar xətt”inə qış sessiyası dövründə ali və orta ixtisas məktəblərindən 79 müraciət daxil olub. Müraciətlərdən 25 - i anonim, qalanı ünvanlıdır. Araşdırmalar zamanı bir sıra müraciətlərin də anonim olduğu müəyyən edilib.
|
 Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat ötürməsi ilə bağlı informasiyalar amerikalı ekspertlərdə narahatlıq yaradıb. Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Star APA-nın ABŞ bürosuna açıqlamasında Ermənistana silah ötürülməsi haqqında sənədlərin kim tərəfindən üzə çıxarıldığını bilmədiklərini deyib.
|
 Azərbaycan Milli Məclisi Rusiya silahlarının Ermənistana verilməsi faktına münasibət bildirəcək. Məsələ yaz sessiyası zamanı müzakirə olunacaq, - parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu çərşənbə günü jurnalistlərə bildirib.
|
 İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi “Azərbaycanda dövlət idarəetmə sistemində hansı islahatlar aparılmalı və onun səmərəliliyi necə artırılmalıdır” mövzusunda keçirdiyi ekspert sorğusunun nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Rasim Musabəyov bildirib ki, sorğuda 100 respondent iştirak edib.
|
 Yaz sessiyasında inzibati prosessual, tikinti, mənzil məcəllələri, təhsil, elm və dövlət elmi - texniki siyasəti, reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması, bədən tərbiyəsi və idman, Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirak edən hərbi qulluqçuların hüquqlarının təmin olunması, xüsusi iqtisadi zonalar, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi, ixrac məqsədli neft - qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi, arıçılıq, pambıqçılıq, inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunacaq
|
 ABŞ-ın Duke Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi 2009-cu ilin yaz-payız mövsümü üzrə tədris proqramlarını elan edir. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqramlar “Layihələrin Qiymətləndirilməsi və Riskə Nəzarət” (PARM), “Maliyyə-Nəzarət Bölgüsü və Yerli Maliyyə Menecmenti” (PFD), “Vergi Analizi və...
|
 Hazırda ən əsas məsələ Qafqaz ərazisində yeni münaqişələrin yaranması risklərinin azaldılmasıdır. Bu barədə Moskvanın Exo radiostansiyasına müsahibəsində Avropa İttifaqının Qafqazda böhranın nizamlanması üzrə xüsusi nümayəndəsi Pyer Morel bildirib.
|
 Azərbaycan mədəniyyətlərarası dialoqda körpü rolunu oynamağa tam hazırdır, bu fikirləri çərşənbə günü AŞ baş katibi Terri Devis Trend News-a bildirib. Devis keçən ilin dekabr ayında Bakıda keçirilən mədəniyyətlərarası dialoqa dair beynəlxalq konfransda iştirak edib.
|
 Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2009-cu il ərzində sahibkarlığın inkişafına 120 mln. manat həcmində güzəştli kredit ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktorunun vəzifələrini icra edən Şirzad Abdullayev bildirib.
|
 Azərbaycanın «Gədəbəy» qızıl yatağı yaxınlığında qızıl emal edəcək zavodun fevral ayının sonunda işlək vəziyyətə gətirilməsi planlaşdırılır. Hasilat işlərini aparacaq Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətindən (ABMƏŞ) «APA-Economics»ə verilən məlumata görə, artıq fevraldan etibarən yataqdan hasil edilən qızıl xammalının süzmə meydançasına çatdırılmasına başlanacaq.
|
 Avropa Şurasının Parlament Assambleyası (AŞPA) nəinki Ermənistanla AŞ arasındakı dialoqu kəsmək fikrində deyil, həmçinin ölkə ilə AŞ və Ermənistanın özündə daxili siyasi qüvvələr arasında onu qaydasına salmaq niyyətindədir”, - Trend News-a AŞ PA-nın Ermənistan üzrə həmməruzəçisi Jorj Kolombye (George Colombier) deyib.
|
 Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin maarifləndirilməsi məqsədilə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktını çap edib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ilkin olaraq Referendum Aktı 1 milyon nüsxə nəşr edilib.
|
 Yanvarın 28-də İsveçrənin Sürix şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan arasında görüş keçirilib. Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov APA-ya eksklüziv açıqlamasında bildirib ki, prezidentlər əvvəl təkbətək görüşüblər, sonra danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrləri, xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın iştirakı ilə davam etdirilib.
|
 Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin razılaşdırılmamış sahələri üzrə materiallar hazırdır və yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə dövlətlərarası komissiyanın iclasında nəzərdən keçiriləcək.
|
 Azərbaycanın hakim partiyası müxalifətlə dialoqa və bunun üçün mövzuların araşdırılmasına hər zaman hazır olduğunu bəyan edib. “Təkliflər olarsa, müzakirə edib, dialoqla bağlı fikrimizi söyləyə bilərik”, - çərşənbə günü TrendNews-a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
|
 Bu ilin mart ayının əvvəlinə kimi Azərbaycanda genişzolaglı İnternet xidmətlərinə tariflərin növbəti əhəmiyyətli endirimi gözlənilir. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, bununla əlaqədar nazirlik tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsi planlaşdırır.
|
 Azərbaycanın bütün solçu qüvvələrinin vahid blokda birləşməsi ideyası baş tutmadı. Soltəmayüllü qüvvələrdən Xalq Sosialist, Mütərrəqi-Sosialist və Solçu Demokrat partiyaları yeni blok yaradır və parlament seçkisinə blok şəklində qatılmaq niyyətindədirlər. “Partiyalar arasında əməkdaşlığa dair ilkin razılıq əldə olunub. Dövlət qeydiyyatına alınandan sonra sosialist partiyaların blokunun yaradılması istisna olunmur”
|
 Azərbaycanın “İrəli” İctimai Birliyi mart ayından yeni layihəyə start verəcək. “Qlobal Dialoq Uğrunda Gənclər Əməkdaşlığı” layihəsi çərçivəsində xarici ölkələrin və Azərbaycanın millət vəkilləri ilə gənc liderləri arasında görüşlər təşkil olunacaq. İlk belə görüşlərin Misir və İtaliyada keçirilməsi planlaşdırılıb”
|
|
|