Hörmətli oxucular!
|
 Ötən il illik inflyasiyanın səviyyəsi üzrə Azərbaycan 20,8% göstərici ilə MDB ölkələri arasında üçüncü yeri tutub. MDB-nin Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, 10 ölkə üzrə (Özbəkistan və Türkmənistan istisna olmaqla) aparılan hesablamalar nəticəsində birinci yeri Ukrayna (25,2%), ikinci yeri isə Qırğızıstan (24,5%) tutub.
|
 Bu ilin fevral ayının 16-18-də Afinada Yunanıstan-Azərbaycan biznes-forumu keçiriləcək. Tədbir Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Yunanıstan Sahibkarlar Federasiyası tərəfindən təşkil olunacaq.
|
 “Azərbaycan dilinin dövlət dili olaraq ləğv edilməsi və ya onun başqa adla təqdim olunması ideyası yeni deyil. Hələ 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dilimizin adı ilə bağlı müxtəlif təkliflər, variantlar səslənsə də, əhalinin tam əksəriyyəti dilimizin Azərbaycan dili adlanmasına səs verdi və onun dövlət dili kimi tətbiq olunmasını zərurətə çevirdi.
|
 Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Türkiyə baş nazirinin müşaviri Taner Yıldızla görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycanla Türkiyə arasında enerji sektorunda birgə əməkdaşlıq, həyata keçirilən layihələr və qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb.
|
 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu İqtisadi İnkişaf Nazirliyinin sifarişinə əsasən «Əmək bazarının informasiya texnologiyaları mütəxəssisləri seqmentində tələb və təklifin tədqiqi və müvafiq təkliflərin hazırlanması» layihəsinin həyata keçirilməsi istiqamətində tədqiqatlar aparır.
|
 Martın 18-də keçiriləcək referendumla əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında bildirib ki, fevralın 10-na qədər seçici siyahıları çap olunaraq aşağı seçki komissiyalarına paylanacaq. O, siyahıları qısa müddətdə dəqiqləşdirib MSK-ya təqdim edən dairə seçki komissiyalarının siyahılarının “Seçkilər” İnformasiya Mərkəzində çapına başlandığını da söyləyib.
|
 Milli Demokratik Qüvvələr Birliyi (MDQB) “Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinin əsas prinsipləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumat görə, Təkamül Partiyasının sədri Teyyub Qəni bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həlli məqsədilə Azərbaycana müxtəlif səpkili təzyiqlər edilir. Onun sözlərinə görə, ölkə vətəndaşları bu məsələdə prinsipiallıq nümayiş etdirməlidir.
|
 Təhsil Nazirliyi “Elektron məktəb” pilot layihəsinin icrasına başlamaq üçün bu layihədə iştirak edəcək 10 məktəbi xüsusi informasiya kommunikasiya texnologiyaları (İKT) vasitələri ilə təchiz etməyə başlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, artıq “Avropa” liseyi tədrisdə informasiya-kommunikasiya texnologiyaları vasitələrinin səmərəli tətbiqi üçün xüsusi avadanlıqla təchiz olunub.
|
 Azərbaycanın ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün 2009-2010-cu tədris ilinə 87 adda dərslik, müəllimlər üçün metodik vəsaitin nəşri planlaşdırılıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, artıq həmin dərslik və dərslik komplektlərinin tirajı, həcmi, çap formatları təsdiq olunub.
|
 Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2009-cu ildə Yaponiyanın ali məktəblərində gənc müəllimlər üçün təlim proqramı çərçivəsində Azərbaycan vətəndaşlarına Monbukaqakuşo Təqaüd Proqramını təklif edir.
|
 Cari ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin 51 dəfə pozulması faktı qeydə alınıb. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbçisi (əsgər Muradxan Dəmirçizadə) şəhid olub.
|
 Azərbaycan Milli Məclisinin yaz sessiyasında “Hərbi qulluqçuların inzibati həbsi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması planlaşdırılır. Bu barədə APA-ya Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Oruc məlumat verib.
|
 ABŞ-da daha iki konqresmen Nümayəndələr Palatasındakı Azərbaycan üzrə işçi qrupa daxil olub. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Şimali Karolina ştatından seçilmiş respublikaçı Se Mayrik və Virciniya ştatından seçilmiş demokrat Cim Moran Azərbaycan üzrə işçi qrupa üzv olduqlarını bəyan ediblər.
|
 Yaxın həftələrdə Bakıda Azərbaycan-Fransa hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfiri Qabriel Keller məlumat verib. İqtisadiyyat və ticarət sahəsində münasibətlərin çox yaxşı inkişaf etdiyini söyləyən səfir bildirib ki, mal mübadiləsində əsas yeri karbohidrogenlər tutur, ona görə də müsbət saldo Azərbaycan tərəfdədir.
|
 Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycana siyasi məhbuslar üzrə xüsusi məruzəçisi təyin olunmayıb. Bu barədə APA-ya Avropa Şurasının katibliyindən məlumat verilib. “Heç bir məruzəçi təyin olunmayıb, bu məsələ baxılma mərhələsindədir”, - deyə katiblikdən bildirilib.
|
 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yəmən, Nigeriya, Benin, Cənubi Afrika Respublikası, Vyetnam, Zimbabve və Şri Lankanın eyni zamanda Azərbaycana yeni təyin olunmuş səfirlərini etimadnamələrinin sürətini təqdim etmələri üçün qəbul edib.
|
 Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) cümə axşamı ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum üçün təşviqat qrupu qismində «Vətəndaş cəmiyyəti» təşəbbüs qrupunu qeydiyyata alıb.
|
 Azərbaycanın bir qrup müxalif partiyasının referendumla bağlı təsis etdiyi təşviqat qrupu Konstitusiya Məhkəməsinə müraciət edib. “Müraciətdə qeyd edilir ki, Milli Məclisin ötən il dekabrın 26-da qəbul etdiyi qərar Azərbaycan Konstitusiyasına, o cümlədən Konstitusiya ilə müdafiə olunan insan hüquq və azadlıqlarına zərbə vurduğundan referendum keçirilə bilməz”
|
 Azərbaycan parlamentinin komissiya sədri hesab edir ki, savadlı gənc kadrların özəl sektora axını dövlət orqanları üçün problem yaradacaq. Trend News-un məlumatına görə, “Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında” qanun layihəsinin cümə axşamı keçirilən müzakirəsi zamanı Milli Məclisin (parlament) insan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib ki, savadlı kadrlar, xüsusən də xarici ali təhsil müəssisələrini bitirən gənclər daha çox özəl sektorda işləməyə meyillidir.
|
 Azərbaycanda Əmək Məcəlləsinə ediləcək əlavəyə görə, yaxın qohumlarının yas və toy mərasimində iştirak etmək üçün işçiyə beş gün müddətinə məzuniyyət veriləcək, Trend News-un məlumatına görə, cümə axşamı Məcələyyə ediləcək əlavə və dəyişikliklərlə bağlı keçirilən tədbirdə Milli Məclisin (parlament) Sosial qanunvericilik şöbəsinin sektor müdiri Mirhəşim Seyidov məlumat verib.
|
 Bakı Şəhər Təhsil İdarəsi repititorluğa dövlət səviyyəsində müdaxilənı mümükünsüz sayır. “Repititorluğa dövlət səviyyəsində müdaxilə mümkün deyil”, - cümə axşamı Trend News-a Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı bidirib.
|
 Bakıda cümə axşamı Korrupsiyaya Qarşı Mübarizə üzrə Cənubi Qafqaz Parlamentlərarası Şəbəkə təsis edilib. Şəbəkənin məqsədi korrupsiya ilə mübarizə, parlamentlər arasında təcrübə mübadiləsi və bu məsələdə dövlətlərə yardım göstərilməsindən ibarətdir.
|
|
|