Hörmətli oxucular!
|
 Fevralın 12-də Azərbaycan Media Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşkilatçılığı ilə “Beynəlxalq maliyyə böhranı: - Azərbaycanı nə gözləyir” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə iqtisadi ekspert Azər Mehdiyevlə Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının üzvü Nazim Məmmədov qlobal maliyyə böhranı ilə bağlı fikir mübadiləsi aparıb, jurnalistlərin suallarını cavablandırıblar.
|
 “Ermənilər Dağlıq Qarabağdan kənarda yerləşən torpaqlarımızı da işğal ediblər, indi isə o topraqlardan müəyyən güzəştlər qarşılığında çıxa biləcəklərini deyirlər. Belə bir şey ola bilməz. Sanki işğalçı ermənilər bizə lütf edirlər.
|
 Azərbaycanın Mətbuat Şurası «Fzərbaycan yazılı mediasında etik normalara necə əməl olunur?” adlı yeni layihə həyata keçirəcək. “Layihə çərçivəsində qəzet, jurnal, informasiya agentlikləri və xəbər portalları da daxil olmaqla, ölkədə müntəzəm yayımlanan 60-dan artıq kütləvi informasiya vasitəsinin monitorinqinin aparılması nəzərdə tutulur”
|
 Azərbaycanda referendum üzrə qeydiyyata alınmış ölkə və seçki dairələri üzrə müşahidəçilərin əksəriyyətini fərdi şəxslər təşkil edir. “Referendumu müşahidə etmək üçün ölkə üzrə 354, seçki dairələri üzrə 2300-dən yuxarı müşahidəçi qeydiyyata alınıb.
|
 Azərbaycanın müxalifət partiyası Dağlıq Qarabağ problemi ilə bağlı forumun keçirilməsinin tərəfdarıdır. “Biz əgər bu problemi hələ də öz xeyrimizə həll edə bilmiriksə, onda heç olmasa məsələni həmişə gündəmdə saxlamalıyıq”, - cümə axşamı Trend News-a Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib.
|
 “Azəbaycan prezidenti İlham Əliyev Bakının şimalında yerləşən yeni avtovağzalın açılışında iştirak edib”, - cümə axşamı Nəqliyyat Nazirliyindən deyilib. Hazırda böyük yol qovşağında yerləşən avtovağzalın yerinin dəyişdirilməsinin əsas səbəbi paytaxta gələn və gedən avtomobillərin hərəkətinin yüngülləşdirilməsidir.
|
 Azərbaycanın müxalifət partiyasının referendumla bağlı təsis etdiyi təşviqat qrupu təbliğat kampaniyası üçün dövlət büdcəsindən daha çox vəsait ayrılmasını istəyir. “Ötən ilin oktyabr ayında keçirilən seçkilərdə prezidentliyə namizədlərin hər birinə büdcədən 28 min manat pul verilmişdi.
|
 “Azadlıq” radiosunun (“Radio Liberty”) Ermənistan xidməti Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağla bağlı şərtindən vaz keçdiyi barədə məlumat yayıb. APA-nın “turkgundem.net” saytına istinadən verdiyi xəbərə görə, radio Ermənistan-Türkiyə danışıqlarında iştirak edən şəxslərdən birinin sözlərinə əsaslanaraq bildirib ki, Ankara İrəvanla rəsmi münasibətlər qurmaq və sərhədləri açmaq üçün əvvəl irəli sürdüyü şərtlərdən biri olan işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi tələbindən imtina edib.
|
 Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı pulsuz efir vaxtından istifadədə ardıcıllığın müəyyənləşməsi üçün təşviqat qrupları arasında püşkatma keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, təbliğat-təşviqat kampaniyası zamanı İctimai televiziyanın və radionun efirində təşviqat üçün həftədə ən azı 3 saat vaxt ayrılacaq.
|
 Avropa Şurasının Venesiya Komissiyasının ekspertləri Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referenduma təqdim olunmuş təklifləri öyrənməyə başlayıb. Bu barədə APA-ya Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov məlumat verib.
|
 “Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür. Çünki bu, həm Azərbaycana, həm də Ermənistana lazımdır”. APA-nın məlumatına görə, bunu Azərbaycana səfərə gələn ATƏT Parlament Assambleyası prezidentinin Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker hava limanında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, siyasi iradə olarsa, bu il ərzində problemi həll etmək mümkün ola bilər: “Bu, sizin ölkəniz üçün çox lazımdır.
|
 Cümə axşamı Rusiyaya dövlət səfəri edən Türkiyə prezidenti Abdulla Gül hesab edir ki, Türkiyə tərəfindən təklif olunan “Qafqazda stabillik və əməkdaşlıq platforması” “bütün maraqlı tərəflər arasında dialoq üçün zəruri regional meydança olacaq”. Fevralın 12-də başlayan səfər fevralın 15-dək davam edəcək. Bu barədə İTAR-TASS xəbər verir.
|
 «Dilmanc» layihəsi çərçivəsində Azərbaycan dili üçün ilk nitqin tanınması sistemi yaradılır. Layihənin əməkdaşı Rauf Fətullayevin «APA-Economics»ə verdiyi məlumata əsasən, nitqin tanınması sistemi dedikdə, mikrofona deyilmiş nitqi kompüterdə yazıya çevirən proqram nəzərdə tutulur. Qeyd edək ki, proqramın təqdimatının 2009-cu ilin sonuna kimi keçiriləcəyi gözlənilir.
|
 Azərbaycanın millət vəkili Türkiyənin Böyük Millət Məclisini (parlament) Xocalı faciəsini soyqırım kimi tanımağa çağırıb. “Azərbaycan hər il Türkiyə parlamentində Xocalı faciəsinin soyqırım kimi tanınmasını gözləyir. Türkiyə qardaş türk dövləti kimi soyqırımı birinci tanımalıdır ki, ondan sonra başqa dövlətlərin tanıması məsələsi gündəmə gəlsin”,
|
 Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə bu günə kimi 150-dək layihə təqdim edilib. Bu barədə APA-ya şuranın icraçı katibliyinin rəhbəri Fərasət Qurbanov məlumat verib. F. Qurbanov layihələrin qəbulu üçün müəyyənləşdirilmiş vaxtın başa çatmasına bir neçə gün qalmış qeyri-hökumət təşkilatlarının fəallaşdığını deyib.
|
 Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, iclasda çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, ötən il Fondun gəlirləri 2007-ci ilə nisbətən 44,1% artaraq 1 395 mln. manata çatıb. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2007-ci ilə nisbətən 39,3% artaraq 957,9 mln. manat təşkil edib.
|
 ATƏT Azərbaycan Silahlı Qüvvələri üzərində ictimai nəzarətin təmin olunması üçün QHT-lərin yaradacağı assosiasiyaya istənilən köməyi göstərməyə hazırdır. Bunu APA-ya açıqlamasında ATƏT-in Bakı ofisinin siyasi-hərbi şöbəsinin rəhbəri Con Makqreqor deyib. O, digər ölkələrin təcrübəsini öyrənmək üçün QHT-ləri dəstəklədiklərini və bu istiqamətdə kömək təklif etdiklərini bildirib.
|
 Azərbaycanın bir neçə müxalif partiyasının və ictimai təşkilatlarının referendumla bağlı qeydiyyata alınan təşviqat qrupunun vahid referendum qərargahı yaradılıb. “Qərargaha təşviqat qrupunun təsisçiləri olan siyasi və ictimai təşkilatların hamısının rəhbərləri daxildir”, - cümə axşamı Trend News-a “Qarabağ və Respublika Uğrunda Hərəkat”da təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
|
 Azərbaycan Dövlət Sosial Müdafiə Fondu 2009-cu ilin yanvar ayının 1-dək ölkə üzrə 1,490 mln-a yaxın sığortaolunana sosial sığorta nömrəsi verib və onlar üçün fərdi hesab açıb. Fondun ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, 1,477 mln. nəfərə isə sosial sığorta şəhadətnaməsi təqdim edilib.
|
|
|