Ìàòåðèàëû çà 14.02.2009 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
14 Fevral 2009, 13:02    “Əhaliyə səyyar hüquqi yardım” layihəsi həyata keçirilir
“Əhaliyə səyyar hüquqi yardım” layihəsi həyata keçirilirAzərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi qrupunun “httr://www.humanrights-jwg.org” “Qaynar xətt” xidməti regionlardan daxil olan şikayətlərin çoxluğunu, habelə bu yaşayış məntəqələrində yaşayan aztəminatlı və hüququ pozulmuş əhalinin paytaxta gələ bilməməsini nəzərə alaraq yanvar-mart aylarında respublikanın bir sıra regionlarında “Əhaliyə səyyar hüquqi yardım” layihəsini həyata keçirir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
14 Fevral 2009, 12:02    Təhsil Nazirliyi və DB Ali Təhsil Layihəsinin hazırlanması üçün Yaponiya Qrantına dair saziş imzalayıb
Təhsil Nazirliyi və DB Ali Təhsil Layihəsinin hazırlanması üçün Yaponiya Qrantına dair saziş imzalayıbAzərbaycan Təhsil Nazirliyi ilə Dünya Bankı arasında Ali Təhsil Layihəsinin hazırlanması üçün Yaponiya Qrantına dair Saziş imzalanıb. Nazirlikdən APA-ya verilən məlumata görə, saziş 460 min ABŞ dolları dəyərindədir. Sənədin əsas məqsədi Ali Təhsil Layihəsinin hazırlanması üçün tələb olunan texniki-iqtisadi əsaslandırmaların tərtibi, ekoloji, sosial, iqtisadi və digər araşdırmaların aparılması...
Ətraflı...
Kateqoriya : Xəbərlər » Təhsil
14 Fevral 2009, 12:02    İlk növbədə 7 rayon azad edilməli, sonrakı mərhələdə isə DQ-ın statusu müəyyənləşdirilməlidir
İlk növbədə 7 rayon azad edilməli, sonrakı mərhələdə isə DQ-ın statusu müəyyənləşdirilməlidir“Azərbaycan büdcəsində ən çox vəsait müdafiə sahəsinə ayrılır və Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər bu siyasət davam edəcək”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın İTAR-TASS agentliyinə müsahibəsində deyib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
14 Fevral 2009, 12:02    Sorğu: Dünyanın ən bədbəxt ölkəsi – Ermənistan və Zimbabve
Sorğu: Dünyanın ən bədbəxt ölkəsi – Ermənistan və Zimbabve ABŞ-ın «World Value Survey» (WVS) fondunun apardığı «Dünyanın ən xoşbəxt ölkələri - 2008» sosial tədqiqatın nəticələri açıqlanıb. «APA-Economics»in məlumatına görə, aparılan tədqiqatın nəticlərinə əsasən, dünyanın ən xoşbəxt ölkəsi Danimarkadır. Belə ki, bu ölkədə öz həyatlarından razı olan əhalinin sayı ilbəil artır.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
14 Fevral 2009, 12:02    Azərbaycanda xarici vətəndaşa fərdi iş icazəsinin verilməsi üçün dövlət rüsumu 1000 manata qaldırılıb
Azərbaycanda xarici vətəndaşa fərdi iş icazəsinin verilməsi üçün dövlət rüsumu 1000 manata qaldırılıbÖlkə prezidentinin sərəncamı ilə bir neçə gün əvvəl təsdiqlənən “Dövlət rüsumu haqqında” qanuna edilmiş yeni əlavə və dəyişikliklər əsasında artıq Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbiyə fərdi iş icazəsinin verilməsi üçün dövlət rüsumunun məbləği 1000 manat olacaq.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
14 Fevral 2009, 12:02    “Biz istəyirik ki, rəsmi Bakının cavabı xarici radioların Azərbaycanda yayımına imkan yaratsın”
“Biz istəyirik ki, rəsmi Bakının cavabı xarici radioların Azərbaycanda yayımına imkan yaratsın”“ABŞ xarici radiostansiyaların Azərbaycanda fəaliyyətinin bərpası ilə bağlı təklifinə cavab gözləyir. Ümidvarıq ki, bu məsələni daha tez irəli apara və tez bir zamanda müəyyən razılığa gələ biləcəyik. Əgər Azərbaycan hökuməti bu prosesdə irəli getməyə razı olsa və cavabını versə, Amerika Yayım Şurasının üzvləri istənilən vaxt, istənilən yerdə danışıqları davam etdirə bilərlər”.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
14 Fevral 2009, 12:02    Avropa Birliyinə sədrlik edən Çexiyanın baş naziri Azərbaycana gəlib
Avropa Birliyinə sədrlik edən Çexiyanın baş naziri Azərbaycana gəlibAvropa Birliyinə sədrlik edən Çexiyanın baş naziri Mirek Torolanek Bakıya gəlib. APA-nın məlumatına görə, qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın baş naziri Artur Rəsizadə qarşılayıb. M. Topolanek prezident İlham Əliyev və baş nazir Artur Rəsizadənin qəbulunda olacaq. Səfərin əsas məqsədi enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
14 Fevral 2009, 12:02    Türkiyə XİN danışıqlarda Dağlıq Qarabağ şərtindən imtina etməsi barədə xəbərləri təkzib etməyib
Türkiyə XİN danışıqlarda Dağlıq Qarabağ şərtindən imtina etməsi barədə xəbərləri təkzib etməyibTürkiyə Xarici İşlər Nazirliyi Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq üçün Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi şərtindən imtina etməsi xəbəri ilə bağlı açıqlama yayıb. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özügərgin Türkiyənin Ermənistan və Azərbaycanla əlaqələri mövzusunda mətbuat orqanlarında dərc edilən xəbərlər haqqında mövqe bildirməyi doğru saymadıqlarını deyib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
14 Fevral 2009, 12:02    Prezident İlham Əliyev: “Azərbaycanın neftdən asılılığını minimuma endirmək zəruridir”
Prezident İlham Əliyev: “Azərbaycanın neftdən asılılığını minimuma endirmək zəruridir” “Gələcəkdə Azərbaycanın neftdən asılılığını minimuma endirmək zəruridir. Biz rəqabətə davamlı istehsalı sahələrinin yaradılmasına diqqəti artırmalıyıq ki, Azərbaycanın neft hasilatından, eləcə də neftin qiymətindən asılılığını minimuma endirək”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “İTAR-TASS” agentliyinə müsahibəsində söyləyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
14 Fevral 2009, 12:02    Böyük Britaniya “Şərq tərəfdaşlığı”nın sülh və əminamanlığa təsirini mümkün sayır
Böyük Britaniya “Şərq tərəfdaşlığı”nın sülh və əminamanlığa təsirini mümkün sayırBöyük Britaniya Krallığının Xarici ölkələr və Birlik Ofisinin Siyasi İdarəsinin Baş direktoru Mark Justin Layll Qrant Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün regionun inkişafında vacib rol oynaya biləcəyini açıqlayıb.
“Şərq tərəfdaşlığı”nın Cənubi Qafqazda sülh və əminamanlığın bərqərar olmasında təsiri mümkündür”
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
14 Fevral 2009, 12:02    Müxalifət partiyası münaqişənin həlli ilə bağlı səslənən fikirlərə etiraz edib
Müxalifət partiyası münaqişənin həlli ilə bağlı səslənən fikirlərə etiraz edibAzərbaycanın müxalif partiyası ATƏT-in Parlament Assambleyasının Gürcüstan və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib. “Azərbaycanda səfərdə olan xüsusi nümayəndə Qoran Lenmarker münaqişənin bu il həlli üçün imkanların yarandığını vurğulayaraq, tərəflərə beynəlxalq hüququn iki prinsipi-ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi əsasında balans tapılmasını tövsiyə edib
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
14 Fevral 2009, 12:02    YAP referendumla bağlı təşviqat kampaniyasını uğurla həyata keçirəcəyinə əmindir
YAP referendumla bağlı təşviqat kampaniyasını uğurla həyata keçirəcəyinə əmindirHakim Yeni Azərbaycan Partiyası (YAP) sahib olduğu sosial baza və əldə etdiyi təcrübə ilə istənilən vaxt ciddi siyasi kampaniyalara hazır vəziyyətdə olduğunu bildirib. “Partiyanın təşəbbüsü ilə yaradılan təşviqat qrupu qanunauyğun şəkildə, çevik fəaliyyət göstərir. Bu kampaniyaya partiyanın bütün resursları, təşkilati şəbəkəsi cəlb olunub. Partiya kampaniyanı uğurla həyata keçirmək gücündədir”
Ətraflı...
Kateqoriya : Xəbərlər » Referendum
14 Fevral 2009, 12:02    Venesiya komissiyası siyasi partiyaların maliyyələşdirilməsi məsələsinin yeni variantlarını hazırlaya bilər
Venesiya komissiyası siyasi partiyaların maliyyələşdirilməsi məsələsinin yeni variantlarını hazırlaya bilərVenesiya komissiyası Azərbaycanın siyasi partiyalarının maliyyələşdirilməsi məsələsinin yeni variantlarını hazırlaya bilər. “Bir sıra parametrləri ortaya qoymaq və bunun uğurlu variant olub-olmamasını bildirmək üçün əlimizdə bir mətnin olmasına ehtiyac var, ancaq biz hələ də Azərbaycan tərəfindən “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər layihəsini almamışıq”
Ətraflı...
Kateqoriya : Xəbərlər » Referendum
14 Fevral 2009, 12:02    Azərbaycanın müxalifət partiyası referendumla bağlı əməkdaşlıq üçün təklif gözləyir
Azərbaycanın müxalifət partiyası referendumla bağlı əməkdaşlıq üçün təklif gözləyirAzərbaycanın müxalifət partiyası referendumla bağlı qeydiyyata alınan və alınmayan təşviqat qruplarının əməkdaşlığı üçün rəsmi müraciət gözləyir. “Əgər qeydiyyata alınan təşviqat qrupları bunu arzulayarlarsa, biz mümkün olan əməkdaşlığı edə bilərik”
Ətraflı...
Kateqoriya : Xəbərlər » Referendum
14 Fevral 2009, 12:02    Azərbaycanın iqtisadi inkişafı Cənubi Qafqaz regionunda sülhün təmin olunması istiqamətində məsuliyyətini artırıb
Azərbaycanın iqtisadi inkişafı Cənubi Qafqaz regionunda sülhün təmin olunması istiqamətində məsuliyyətini artırıb ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün təmin olunması istiqamətində məsuliyyətinin daha artıq olduğunu bildirib. “Region ölkələri suverenliyi qorumaq üçün bir-birlərinə dəstək verməlidirlər.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
14 Fevral 2009, 11:02    Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların nəticəsi Azərbaycanı qane etmir
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların nəticəsi Azərbaycanı qane etmir Azərbaycan Milli Məclisinin (parlament) vitse-spikeri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların nəticəsinin Azərbaycanı qane etmədiyini bildirib. “Avropa, ATƏT-ə daxil olan ölkələr Azərbaycanda enerji resursları ilə bağlı maraqlarını ortaya qoymaqla yanaşı, münaqişələrin həllinə də diqqət yetirməlidirlər”
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
14 Fevral 2009, 11:02    Münaqişə zamanı itkin düşmüş şəxslərin ailələri qohumlarından xəbərsizdir
Münaqişə zamanı itkin düşmüş şəxslərin ailələri qohumlarından xəbərsizdirDağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş 4400 nəfərdən çox şəxsin ailəsi qohumlarının başına nə gəldiyini bilmirlər. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin cümə günü yaydığı məlumatda bildirilir.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
14 Fevral 2009, 11:02    Azərbaycan və İtaliya əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər
Azərbaycan və İtaliya əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantika Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində martın 2-3-də Bakıda İtaliya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
14 Fevral 2009, 11:02    Azərbaycanın müxalif partiyası referendumda iştirakla bağlı üzvlərinə qadağa qoymağın əleyhinədir
Azərbaycanın müxalif partiyası referendumda iştirakla bağlı üzvlərinə qadağa qoymağın əleyhinədirAzərbaycanın müxalif partiyası Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı partiya üzvlərinin referendumda iştirakına qadağa qoyulmasını qanunsuzluq hesab edir. “Səsvermə gizli keçirilir. Hər bir partiya üzvü öz rəyinə uyğun olaraq bu prosesdə iştirak etməlidir”
Ətraflı...
Kateqoriya : Xəbərlər » Referendum
14 Fevral 2009, 10:02    Miqrantların problemləri müzakirə olunacaq
Miqrantların problemləri müzakirə olunacaq«Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım» Assosasiası və «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi «Azərbaycandakı miqrantların mövcud durumu və problemləri» mövzusunda Dəyirmi Masa keçirməyi planlaşdırıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri