|
|
 Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkəti fəaliyyətini dayandırmayıb. Bu barədə «APA-Economics»ə açıqlamasında şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov müəssisənin işini dayındırması ilə bağlı yayılan qeyri-rəsmi məlumatları şərh edərkən məlumat verib.
|
 Müsavat Partiyasının Divanı müxalifət partiyalarının bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində müxalifət qüvvələrinin vahid koalisiyada iştirak etməsi təklifini irəli sürüb.
|
 “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla nizamlanması variantının bütün hallarda istisna edilməsi zəruridir”. APA-nın məlumatına görə, bu fikirləri İrəvanda səfərdə olan Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qernot Erler söyləyib:
|
 Martın 30-da Bakıda Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Küveyt Maliyyə Evinin törəmə qurumu olan «Turkapital» şirkəti arasında «Küveyt-Azərbaycan İnvestisiya Şirkəti» QSC-nin təsis edilməsinə dair səhmdarlar razılaşması imzalanıb. «APA-Economics»in məlumatına görə, sənədi AİŞ-in icraçı direktoru Əfqan İsayev və «Turkapital»ın İdarə Heyətinin sədri Fəvvaz əl-İssa imzalayıblar.
|
 Azərbaycanla Qətər arasında İKT, telekommunikasiya və poçt sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması ilə bağlı danışıqlar aparılır.
|
 Bu ilin martın 31-də Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək. Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, ASK tərəfindən təşkil olunan forumun məqsədi iki ölkənin iş adamları arasında mövcud biznes əlaqələrinin genişləndirilməsi və yeni işgüzar əlaqələrin yaradılmasıdır.
|
 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda (Böyük Britaniya) «Getenergy» təşkilatının neft-qaz sənayesi üçün təhsil və treninqlərin təşkili mövzusunda keçirdiyi tədbirdə iştirak edib.
|
 Martın 30-da Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Yunanıstana səfərə yola düşüb. Fondun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev APA-ya bildirib ki, səfərin məqsədi Yunanıstanın paytaxtı Afinada Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının təşkil etdiyi «Keçid dövrü: inkişaf problemləri» adlı beynəlxalq forumda Azərbaycanda pensiya islahatları ilə bağlı məruzə etməkdir.
|
 Ramil Səfərov Azərbaycan Milli Məclisinin üzvünə zəng edib. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin deputatı, Ramil Səfərovun Hüquqlarının Müdafiəsi üzrə Koordinasiya Şurasının üzvü Zahid Oruc bildirib. Millət vəkili Macarıstanda cəza çəkən Ramil Səfərovun ona zəng edərək hal-əhval tutduğunu deyib.
|
 Millət vəkili Qənirə Paşayeva və “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enes Cansevərin təşkilatçılığı ilə Xocalı faciəsinin 17-ci ildönümü münasibətilə Tovuz rayonunda keçirilən tədbirlərə qatılan Türkiyənin bir neçə qəzet və televiziyasının təmsilçisi təmsil etdikləri mətbuat orqanlarında Azərbaycan həqiqətlərini əks etdiriblər.
|
 Azərbaycanda aprelin 1-dən vətəndaşların həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar Respublika Hərbi Komissarlığında “Etimad xətti” yaradılıb.
|
 Azərbaycanda hərbi çağırış qaydalarında dəyişiklik edilib. Dəyişikliyin hansı zərurətdən edilməsi ilə bağlı APA-nın sualını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu deyib ki, əsas məqsəd prezidentin hərbi çağırışla bağlı fərmanlarının lazımı tərzdə icrasına nail olmaqdır:
|
 Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə Nizami Mənaf oğlu Xudiyevin "Şöhrət" ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb.
|
 Azərbaycan və İordaniya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini Ammanda Azərbaycanın Təhsil naziri Misir Mərdanov müzakirə edəcək.
|
 Türkiyənin Beynəlxalq Araşdırma Mərkəzi hesab edir ki, ABŞ prezidentinin İstanbula səfəri zamanı Ermənistan məsələsi müzakirə edilsə də, rəsmi Ankara güzəştə gedərək Ermənistanla sərhədlərini açmayacaq.
|
 Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkilərində iştirak etmək üçün qərar qəbul edib. "Partiyanın İdarə Heyətinin iclasında bələdiyyə seçkilərində ayrılıqda, yaxud müxalif qüvvələrlə birgə iştirak məsələsi də müzakirə olunub"
|
 "Rusiya ATƏT-in himayəsi altında aparılan Dağlıq Qarabağ üzrə danışıqlar prosesini dəstəkləyir", - RF-nin BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib. "Biz ATƏT-in himayəsi altında aparılan Dağlıq Qarabağ üzrə danışıqlar prosesini dəstəkləyirik"
|
 Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bazar ertəsi keçirdiyi iclasda martın 18-də keçirilən ölkə Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendumun nəticələrini təsdiq edib.
|
 Belçika parlamentarilərinin əsas məqsədi Azərbaycan ilə dostluq münasibətləri yaratmaqdır. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə belçikalı senator, Belçika Krallığı Senatının qadınlar və kişilər arasında hüquq bərabərliyi üzrə Məşvərət Şurasının sədri Tilmans Dominik bildirib.
|
 "Azərbaycan və Gürcüstan siyasi və iqtisadi sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdən keçirəcəklər. Əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov aprelin 1-3-də Gürcüstana rəsmi səfəri zamanı müzakirə edəcək"
|
 Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın müxtəlif təzyiq və təqiblərlə üzləşməsi ilə bağlı məsələ Avropanın sağ partiyalarının birliyinin qurultayında müzakirəyə çıxarılacaq.
|
 Niderland krallığında fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin (BAK) və onun nəzdindəki Azərbaycan-Hollandya Həmrəylik Cəmiyyətinin (AHHC) təşəbbüsü ilə Rotterdam şəhərində 31 mart –Azərbaycanlıların soyqırımı günü ilə bağlı etiraz aksiyası keçirilib.
|
 “Qarabağ probleminin həlli ilə bağlı həmsədrlərin təklif etdiyi təməl prinsiplər, yaxud Madrid prinsipləri Azərbaycanın maraqlarına cavab vermir. Bu həll variantı Dağlıq Qarabağın ətrafındakı 5 və ya 6 rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın Ermənistana təhvil verilməsinə xidmət edir”.
|
 Cari ilin noyabr ayında Azərbaycan Ali Hərbi Məktəbinin yaranmasının 70 ili tamam olur. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi Məzunları Assosiasiyasından APA-ya verilən məlumata görə, bu münasibətlə Bakıda və Moskvada müxtəlif vaxtlarda bu məktəbin məzunu olmuş şəxslərin iştirakı ilə tədbirlərin keçirilməsi planlaşdırılır.
|
|
|