Hörmətli oxucular!
|
 2009-cu ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu dövlət büdcəsi və əvvəllər verilən kreditlər üzrə qaytarılacaq məbləğlər və faizlər hesabına 130 mln. manat güzəştli kredit ayırmağı planlaşdırır. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir.
|
 Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, Gürcüstanda azərbaycanlıların gizli yolla deportasiya olunmasına şərait qorunub saxlanır.
|
 Azərbaycanda Qiymətli Kağızlar üzrə Dövlət komitəsi (QKDK) tərəfindən 2007-ci ilin oktyabrın 19-da təsis edilən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan Iron Investments Azerbaijan MMC-nin "Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlıq" qaydalarının tələblərinə əməl etməməsi səbəbindən lisenziyasının fəaliyyəti dayandırılıb
|
 Azərbaycanın Koreyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Koreya Tələbə Təşkilatının təsis konfransı keçirilib. Təşkilatdan APA-ya verilən məlumata görə, tədbirdə Koreyada təhsil alan tələbələr, səfirliyin nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.
|
 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 30 dövlət orqanında 889 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqə və müsahibə mərhələsinə 891 namizəd sənəd verib.
|
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 29-dan dövlətlərarası müqavilə əsasında 2009-2010-cu tədris ili üçün Türkiyə universitetlərinə sənəd qəbuluna başlayıb. TQDK-dan APA-ya verilən məlumata görə, ərizələrin qəbulu aprelin 11-dək Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəki şəhərlərində aparılacaq. Qəbul imtahanlarında iştirak üçün hazırda 11-ci sinifdə oxuyan, bu il yanvarın 1-dək yaşı 24-ə çatmamış və orta məktəbi bitirmiş fiziki və əqli cəhətdən sağlam Azərbaycan vətəndaşları ərizə verə bilər.
|
 Aprelin 1-3-də Bakıda Almaniya səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan – şərqi və qərbi birləşdirən ölkə (b.e.ə. VII və IV minilliklərdə)” mövzusunda beynəlxalq arxeoloji konfrans keçiriləcək.
|
 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 31-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
|
 Azərbaycanda iqtisadi fəal əhalinin sayı mart ayının 1-i vəziyyətinə 4 321,2 min nəfər olub, onlardan 4 059,7 min nəfərini məşğul əhali təşkil edib.
|
 Macarıstan Respublikasında “Azərbaycan kitabı ayı” keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan kitab ayı” fevral və mart aylarında baş tutub.
|
 Dünya Bankı (DB) və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi “Təhsil sektorunun inkişafı” üzrə ikinci layihə çərçivəsində martın 30-da Azərbaycan nümayəndə heyəti Litvaya tədris səfəri edəcək.
|
 Martın 27-29-da Gürcüstanın paytaxtı Tiflisdə Avropa Əməkdaşlıq Fondunun layihəsi əsasında münaqişəni işıqlandıran Ermənistan və Azərbaycan jurnalistləri üçün üç günlük seminar keçirilib.
|
 Son bir ayda Azərbaycan manatı (AZN) bölgədə və MDB məkanında ən sabit milli valyutalar sırasında mövqeyini qoruyub saxlayıb. Rusiya Mərkəzi Bankının məzənnələri əsasında hesablanan dünya valyutalarının sabitlik reytinqində 117 ölkənin ödəniş vasitələri arasında AZN 28-ci pillədə qərarlaşıb.
|
 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat verib.
|
 “ABŞ prezidenti Barak Obamanın Türkiyəyə apreldə gerçəkləşəcək səfərindən sonra Ankara Ermənistanla sərhədləri aça bilər”. APA-nın məlumatına görə, bu barədə “Euronews” Avropa Birliyindəki yüksək vəzifəli bürokratlara istinadən məlumat yayıb.
|
 Aprelin 24-də MDB Sərhəd Qoşunları ekspertlərinin Minskdə görüşü keçiriləcək. Bu barədə APA MDB İcraiyyə Komitəsinin saytına istinadən məlumat verib. Görüşdə sərhəd nəzarət və keçid məntəqələrində keçid qaydalarının təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq.
|
 Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vladimir Doroxini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Etimadnaməsinin surətini təqdim edən səfir Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olmasını vurğulayaraq, fəaliyyəti dövründə əlaqələrin daha da dərinləşməsi və möhkəmləndirilməsinə çalışacağını demişdir.
|
|
|