Материалы за 01.05.2009 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
1 May 2009, 16:05    Türkiyə azərbaycanlı qardaşlarının kədərləndirəcək heç bir addım atmayacaq
Türkiyə azərbaycanlı qardaşlarının kədərləndirəcək heç bir addım atmayacaq Aprel ayında Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması yolunda addımlar atdı, lakin bəzi qüvvələr bunu Türkiyə ilə qardaş Azərbaycan arasında ziddiyətlər yaranmasından ötrü istifadə etməyə çalışdılar, deyə Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan xalqa müraciətində bəyan etdi. Bunu Türkiyənin Show telekanalı bildirdi.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
1 May 2009, 16:05    Baş Prokurorluq istintaq hərəkətlərinin davam etdirildiyini açıqlayıb
Baş Prokurorluq istintaq hərəkətlərinin davam etdirildiyini açıqlayıbÖtən gün Bakıda ali məktəbə edilən silahlı hücum zamanı xəsarət almış 13 nəfərdən 3-ü cümə axşamı ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend News-a məlumat verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
1 May 2009, 16:05    Azərbaycan gəncləri üçün 2009-2010-cu tədris ilində Rusiyanın ali məktəblərində 100 yer ayrılıb
Azərbaycan gəncləri üçün 2009-2010-cu tədris ilində Rusiyanın ali məktəblərində 100 yer ayrılıb 2009-2010-cu tədris ilində Rusiya ali məktəblərində Azərbaycan vətəndaşlarının təhsil alması üçün bakalavr və mütəxəssis proqramları üzrə 100 yer ayrılıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Təhsil
1 May 2009, 14:05    Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi ilə əlaqədar bir nəfər saxlanılıb
Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi ilə əlaqədar bir nəfər saxlanılıbAzərbaycan Dövlət Neft Akademiyasında (ADNA) aprelin 30-da baş vermiş terror hadisəsi ilə bağlı bir nəfər saxlanılıb. Saxlanılan şəxs Gürcüstan vətəndaşı, Marneuli rayonu Daştəpə kənd sakini Nadir Şirxan oğlu Əliyevdir. Bu barədə APA-nın Gürcüstan bürosuna Nadir Əliyevin qardaşı Namiq Əliyev məlumat verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
1 May 2009, 14:05    Azərbaycanla Türkiyə, ABŞ, Bolqarıstan, Qazaxıstan arasında imzalanan planlara uyğun olaraq tədbirlər keçiriləcək
Azərbaycanla Türkiyə, ABŞ, Bolqarıstan, Qazaxıstan arasında imzalanan planlara uyğun olaraq tədbirlər keçiriləcəkAzərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Azərbaycan-Türkiyə kəşfiyyat əməkdaşlığı, illik koordinasiya Azərbaycan toplantısı keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
1 May 2009, 14:05    Azərbaycan hərbçiləri “Sülh Naminə Tərəfdaşlıq” tədbirlərində iştirak edəcəklər
Azərbaycan hərbçiləri “Sülh Naminə Tərəfdaşlıq” tədbirlərində iştirak edəcəklərNATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində İtaliyanın Neapol şəhərində Əməliyyat hüququ mövzusunda seminar keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir matın 4-dən 6-dək davam edəcək. Türkiyənin Ankara şəhərində isə SNT Qərargah zabitləri üçün MTT ilə tanışlıq kursu mayın 4-də start götürəcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
1 May 2009, 14:05    ABŞ Dövlət Departamenti 2008-ci il üçün hesabatında Azərbaycanın terrorizmlə mübarizəsini yüksək qiymətləndirib
ABŞ Dövlət Departamenti 2008-ci il üçün hesabatında Azərbaycanın terrorizmlə mübarizəsini yüksək qiymətləndiribABŞ Dövlət Departamenti “2008-ci il terrorizm üzrə ölkələr hesabatı” adlı sənəd yayıb. APA-nın ABŞ bürosunun məlumatına görə, sənədin Azərbaycana aid hissəsində bildirilir ki, Azərbaycan və ABŞ arasında 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrorizmlə mübarizə sahəsində əməkdaşlıq mövcuddur. Əfqanıstana gedən strateji hava dəhlizi üzərində yerləşən Azərbaycan hava uçuşları üçün şərait yaradıb, hüquq mühafizə orqanları ilə əməkdaşlıq və məlumat mübadiləsi sahəsində əməkdaşlıq edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
1 May 2009, 14:05    Neft daha 15 sent bahalaşıb
Neft daha 15 sent bahalaşıbAprelin 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,15 dollar və ya 0,3% artaraq 1 barelə görə 51,12 dollar təşkil edib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
1 May 2009, 14:05    “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” BMT-nin Baş Katibi Pan Gi Mun Azərbaycanın işğal olunmuş əraziləri barədə xüsusi hesabatla çıxış edib. APA-nın ABŞ bürosunun məlumatına görə, 18 vərəqlik hesabatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupu adından həmsədr ABŞ-ın, ATƏT-in hazırkı sədri və daha 12 dövlətin rəyi əks olunub.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
1 May 2009, 13:05    Qazaxıstanda keçirilən tədbirdə Azərbaycan milli geyimini nümayiş etdirən tələbə 1-ci yerə layiq görülüb
Qazaxıstanda keçirilən tədbirdə Azərbaycan milli geyimini nümayiş etdirən tələbə 1-ci yerə layiq görülüb Qazaxıstanda hər il mayın 1-i Xalqlar Dostluğu bayramı kimi qeyd olunur. APA-nın Astanadakı müxbirinin məlumatına görə, bu münasibətlə ölkədə müxtəlif konkurslar və festivallar keçirilir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
1 May 2009, 13:05    Siyasi partiyalar Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi ilə bağlı bəyanatla çıxış ediblər
Siyasi partiyalar Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi ilə bağlı bəyanatla çıxış ediblərAzərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dünən səhər saatlarında baş verən terror hadisəsi ilə bağlı Azərbaycanın siyasi partiyaları bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Aydınlar Partiyasının ayrı-ayrılıqda qəbul etdikləri bəyanatda partiya rəhbərləri hadisə nəticəsində həlak olanların yaxınlarına başsağlığı veriblər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə