Hörmətli oxucular!
|
Fuad BABAYEV Dünyanın ən təəccüblü işlərindən biri də Somalidə “qeydiyyat”da olan dəniz quldurlarının planetin tən ortasında meydan sulamalarıdır. Yəqin ki, hamının bu işlərdən xəbəri var. Bu işlərin nəticəsində dünyaya dəyən ümumi zərər 13-16 milyard dollar təşkil edir.
|
 - Zahid müəllim, Sizin diffamasiya haqqında qanuna münasibətinizi öyrənmək istərdik.
|
 Hər il 10 minə yaxın müəllim müxtəlif səbəblərdən işdən azad olunur. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov dərs ilinin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazir deyib ki, hazırda ölkədə 170 mindən çox müəllim var.
|
 “Ümid edirik ki, prezidentlərin Sankt-Peterburq görüşündə Ermənistan konstruktiv mövqe nümayiş etdirəcək”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov verib. Yanvar ayında Sürixdə, ötən ay isə Praqada keçirilən görüşlərdən bəzi gözləntilərin olduğunu xatırladan nazir, tələsməməyi tövsiyə edib: “Sankt-Peterburq görüşündən sonra onun nəticələrini təhlil etmək olar.
|
 Azərbaycanın təhsil müəssisələrinin təhlükəsizliyinin qorunması ilə bağlı daxili işlər naziri və baş prokurorla danışıqlar aparılıb. Artıq bu danışıqlar rəsmiləşmək ərəfəsindədir.
|
 Bu gün Bakıda Muzey Mərkəzində “Tarixi islam şəhərləri və müasir memarlıq” adlı beynəlxalq konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, konfrans Mədəniyyət və Turizm Nazirliyi və “İslam Konfransı Təşkilatı”nın “İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Beynəlxalq Tədqiqat Mərkəzi”nin (İRCİCA) təşkilatçılığı ilə keçirilib. Konfransda İRCİCA-nın baş direktoru Halit Eren, Mədəni Sərvətlərin Öyrənilməsi və Tədqiqi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) nümayəndəsi Zəki Aslan, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqaları çıxış ediblər.
|
 “Hesab edirəm ki, Dağlıq Qarabağa səfər etmək üçün kifayət qədər əlverişli şərait yaranıb”. APA-nın məlumatına görə, bu sözləri Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan “Reqnum” agentliyinə açıqlamasında deyib.[b]
|
 Bu gün Bakıda Heydər Əliyev adına İdman Konsert Kompleksində 16-cı “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası” Sərgi-Konfransı başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, sərginin açılışında prezident İlham Əliyev də iştirak edib. Açılışda qeyd olunub ki, sərgidə 22 ölkədən 300-ə yaxın şirkət iştirak edir.
|
 -Zəka müəllim, dünya avtomobil sənayesi nəhənglərindən biri, "General Motors" iflasa uğradığını rəsmən elan etdi. Bu hadisə Azərbaycanın avtomobil bazarına təsir göstərə bilərmi?
|
 Azərbaycan Müdafiə Nazirliyi əsirlikdə olan hərbçi Rafiq Həsənovun Ermənistan vətəndaşlığını almaq istəyində olması barədə məqsədli şəkildə xəbərlərin yayıldığını açıqlayıb.
|
 Azərbaycandan 8 nəfərlik nümayəndə heyəti İrana səfər edib. Nümayəndə heyətinin tərkibinə tanınmış ziyalılar, jurnalistlər, Elmlər Akademiyasının üzvləri daxildir, vəlumatı İranin Bakıdakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri Trend News-a bildirib.
|
 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın yeni səfiri Paolo Antonio Pereyru Pintunun etimadnaməsini təqdim edilməsi ilə əlaqədar qəbul edib, XİN-in məlumatında deyilir.
|
 Çərşənbə axşamı səhər Qərbi Gürcüstanın Hobi-Zuqdidi bölgəsindən keçən dəmir yolunda partlayış baş verib, RİA Novosti agentliyi "Gürcüstan dəmir yolu" ASC-yə istinadən xəbər yayıb.
|
 ABŞ Prezidenti Barak Obama Azərbaycanın enerji resurslarınının inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində Birləşmiş Ştatların qismində etibarlı dost və tərəfdaş tapacağına əmindir. Bu barədə o, Bakıda 16-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının açılışı münasibətilə Azərbaycan Prezidentinə göndərdiyi təbrik məktubunda deyib.
|
 Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2009-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
|
 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 3-də Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
|
 İyun 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 2,27 dollar və ya 3,42% artaraq 1 barelə görə 68,58 dollar təşkil edib.
|
 «Azərbaycan Hava Yolları» QSC Bakı-Naxçıvan-İstanbul və əks istiqamətə həyata keçirdiyi aviareysi dayandırıb. Naxçıvan Beynəlxalq Hava Limanından APA-nın yerli bürosuna verilən məlumata görə, buna səbəb sözügedən reyslərdən istifadə edən sərnişinlərin sayının az olmasıdır.
|
|
|