İyunun 11-də Kanadadan Türkiyəyə gələn və dörd gün sonra xəstəxanaya müraciət edən bir qadının “donuz qripi”nə yoluxduğu aşkarlanıb. APA-nın məlumatına görə, Dənizli valiliyi adı açıqlanmayan qadının A(H1N1) virusuna yoluxması faktının təsdiqləndiyi, lakin qadının səhhətinin normal olduğu barədə məlumat yayıb.
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.
Leysan yağışları ilə əlaqədar Çeçenistanda fövqəladə vəziyyət elan olunub. APA-nın məlumatına görə, leysan yağışlarının əmələ gətirdiyi sel suları Qroznı və ətraf bölgələrdə sürüşmələrə və evlərin su latında qalmasına səbəb olub.
Azərbaycanın ali təhsil ocağına aprelin 30-da silahlı basqınla bağlı daha iki nəfər həbs olunub. Trend News-un məlumatına görə, bu barədə cümə günü Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilir.
Azərbaycanın Cəlilabad rayonunda İran İslam Respublikası ilə sərhəddə silahlı insident baş verib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.