|
|
 Türkiyənin Hakkari vilayətində partlayış baş verib. Patlayış nəticəsində 4 əsgər ölüb. Bu haqda Türkiyənin "Dünya Bulteni" informasiya agentliyi məlumat verib.
|
 İranın Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Məhəmməd Mehdi Quya bildirib ki, ölkədə indiyədək bir nəfərin A/H1N1 virusuna yoluxması təsdiqlənib, 200 nəfər isə bu virusa yoluxmaqda şübhəli bilinir.
|
 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı şəhəri, Nobel prospektində yerləşən «Azneftyağ» Neft Emalı Zavodunda (NEZ) baş verən hadisənin nəticələri aradan qaldırılır.Hazırda tüstüləməyə səbəb olan qurğunun yenidən istismara buraxılması üçün iş aparılır.
|
 “Yaxın 3-5 il ərzində Azərbaycanda yeni və irimiqyaslı neft və qaz yataqlarının kəşfi gözlənilir”. APA-nın “İTAR-TASS” agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Böyük Britaniyada ikigünlük səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
|
 İyulun 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,2 dollar azalaraq 1 barelə görə 59,69 dollar təşkil edib.
|
 Azərbaycan paytaxtının Nobel prospektində yerləşən “Azneftyağ” Neft Emalı Zavodunda yanğın olub. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, əraziyə xeyli sayda yanğınsöndürən maşın cəlb edilib.
|
 Ötən gün Xəzərin Azərbaycan sektorundakı qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Mİ-8 tipli vertolyotunun qalıqları sabah dənizin dibindən çıxarılacaq. Bu barədə APA-ya AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
|
 "Nabukko" qaz kəməri layihəsinin iştirakçısı olan ölkələr bu gün Ankarada hökumtələrararası müqavilə imzalayıblar. Sənəd bilavasitə Türkiyə, Avstriya, Macarıstan hökumət başçıları ilə Bolqarısran və Rumıniyanın energetika nazirləri arasında imzalanıb.
|
 Bu il aprelin 13-nə olan məlumata görə, Azərbaycanda əhalinin sayı 8 mln. 922 min nə fərə çatıb. APA-nın Dövlət Statistika Komitəsinə istinadən yaydığı məlumata görə, 1999-cu ilin yanvar ayı ilə müqayisədə Azərbaycanın əhalisi 969 min nəfər artıb.
|
 Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev “Nabucco” layihəsi ilə bağlı hökumətlərarası sazişin imzalanmasına həsr olunmuş zirvə toplantısında çıxış edib.
|
 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qax rayonunun Lələli kəndi yaxınlığındakı yaşayış məskənində arxeoloji tədqiqatlar aparırlar.
|
 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) iyulun 12-də baş vermiş vertolyot qəzası ilə bağlı rəsmi açıqlama yayıb. ARDNŞ-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, şirkətin əməkdaşlarını daşıyan «Azərbaycan Hava Yolları» QSC-yə (AZAL) məxsus vertolyot saat 16.30 radələrində Xəzərin Azərbaycan sektorunda qəzaya uğrayıb.
|
 ATƏT-in Daimi Şurasında Azərbaycanla bağlı hesabat dinlənilib. Bu barədə APA-ya ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel məlumat verib.
|
 Azərbaycan parlamentinin birinci vitse-spikeri Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı irəliləyiş olacağına ümid edir.
|
 “Azərbaycan Hava Yolları” Dövlət Konserni (AZAL), Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri bu gün Xəzər dənizində helikopterin qəzaya uğraması ilə bağlı məlumat yayıblar.
|
 Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Xəzər hövzəsi ölkələrindən və hələ dəqiqləşdirilməmiş digər mənbələrdən təbii qazın Rusiyadan yan keçməklə Avropa bazarına nəqlini nəzərdə tutan “Nabucco” layihəsinə dair hökumətlərarası sazişin imzalanma mərasimi və bununla bağlı zirvə görüşü keçiriləcək.
|
 Rusiya Xarici İşlər Nazirliyi iyulun 3-də Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu, Armen Smbatyan və Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələrinin İrəvan, Bakı və Xankəndinə səfərləri barədə açıqlama yayıb.
|
 “İlkin məlumatkara görə, ali məktəblərin I ixtisas qrupuna dünən keçirilən imtahanda qeydiyyatdan keçmiş 35811 abituriyentdən 1936 nəfəri imtahanda iştirak etməyib, 20 nəfər isə imtahan qaydalarını müxtəlif şəkildə pozduqlarına görə imtahandan xaric edilib. Hazırda cavab kartlarının və imtahan protokollarının emalı prosesi gedir”.
|
 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 15-də Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
|
 Bu gün Kiyevdə Avropada təhlükəsizlik məsələləri üzrə Beynəlxalq parlament konfransı öz işinə başlayır, MDB-nin Parlamantlərarası Assambleyası Şurasının səyyar iclası keçiriləcək. Bu barədə QR Senatının mətbuat xidmətindən bildirilib.
|
 ABŞ hesab edir ki, Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması gələcək islahatlara imkan verər, bunun sayəsində də Türkiyə daha etibarlı və güclü tərəfdaş olardı. Bunu Trend News-a Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Metyu Brayza deyib.
|
 Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Düşmən bölmələri iyulun 12-də saat 11.10-dan 11.20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.00-dan 14.15-dək isə Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
|
 “ABŞ və Rusiya prezidentlərinin Moskvadakı görüşündə raket hücumundan müdafiə məsələsi üzrə əməkdaşlıq imkanları müzakirə olundu və bu istiqamətdə işi davam etdirmək qərara alındı.
|
 Azərbaycana idxal olunan buğdaya tətbiq edilən gömrük rüsumları artırıla bilər. APA-nın məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib. İ.
|
|
|