Hörmətli oxucular!
|
 Azərbaycanda "Bank Standart"-ın müştərilərinin pullarını mənimsəyən dəstə üzvlərinə hökm oxunub. Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü keçirilən prosesdə "Bank Standart"-ın əməkdaşları İlyas İlyasov və Səid Rəhimov, onlarla cinayət əlaqəsinə girən Ruslan Əliyevin hər birinə 6 il 6 ay, Anar Abdullayevə isə 4 il azadlıqdan məhrumetmə cəzası verilib.
|
 «2011-ci ilə kimi ən azı 2 stansiyanı təhvie verəcəyik. Buna qədər isə dekabr ayına kimi “Azadlıq” stansiyasını istismara veriləcək ». Bu fikirləri jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
|
 Azərbaycanın bir qrup müxalifət partiyası ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ probleminin həllində Ermənistanın mövqeyini dəstəkləməkdə qınayıb.
|
 Azərbaycanın bütün qruplar üzrə abituriyentləri 10 gün ərzində ixtisas seçə bilərlər. "Abituriyentlər iyulun 25-dən avqustun 3-dək qəbul imtahanları ballarının elan olunmasından sonra internet vasitəsilə ixtisas seçə bilərlər", - deyə cümə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev bildirib.
|
 Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) üçüncü ixtisas qrupuna iyulun 5-də keçiriləcək ilk qəbul imtanlarına hazırdır. "Bakı, Naxçıvan və Sumqayıtda imtahanların keçirilməsi üçün 58 bina ayrılıb. Bütün binalarda təhlükəsizliyin təmin edilməsi üzrə işlər həyata keçirilib. İmtahanlara 2430 müşahidəçi müəllim və 242 imtahan rəhbəri cəlb olunub", - deyə cümə günü jurnalistlərə TQDK-nın sədr müavini Namiq Babayev bildirib.
|
 Azərbaycanla Polşa arasında davamlı siyasi münasibətlər var. AzərTAc Dövlət İnformasiya Agentliyinin yaydığı məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Lex Kaçinskinin Heydər Əliyev ordeni ilə təntənəli təltifolunma mərasimindən sonra, polşalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
|
 Gənclər naziri Zaur Kahrimanovun başçılıq etdiyi Dağıstan nümayəndə heyəti Azərbaycanda səfərdədir. "Nümayəndə heyəti 3-7 iyul tarixləri arasında Azərbaycanda Dağıstanın Gənclər Günü çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək.
|
 Yapı Kredit bankı və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iyulun 3-də Bakıda "Azərbaycanda korporativ istiqrazlar bazarının inkişafı" mövzusunda beynəlxalq konfrans keçirəcək.
|
 OPEK-in proqnozlarına görə, Azərbaycan 2009-cu ilin IV rübündə neft tədarükünün həcmini sutkada bir milyon barrelə qədər artıracaq. Proqnozlara əsasən, III rübdə isə ölkənin neft tədarükünün həcmi sutkada 960 min barrel olacaq.
|
 Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbül oğlu, Armen Smbatyan və Mədəniyyət və Kinomatoqrafiya üzrə Federal Agentliyin rəhbəri Mixail Şvıdkov tanınmamış Dağlıq Qarabağ Respublikasında səfərdədirlər.
|
 Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub. Düşmən bölmələri iyulun 2-də saat 13.10-dan 13.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən 22.55-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 3-də saat 01.10-dan 01.20-dək isə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutub.
|
 “Rusiya birgə raket hücumundan müdafiə sistemi yaratmaq məqsədilə Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyasından istifadə etmək barədə təklifinə hələ də ABŞ-dan cavab almayıb.
|
 Azərbaycan və Polşa arasında bir neçə sənəd imzalanıb. APA-nın məlumatına görə, öncə Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Lex Kaçinski “Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi”ni imzalayıblar.
|
 İyulun 2-də saat 19.20 radələrində Beyləqan rayonu ərazisindəki Haramı düzündə taxıl zəmisinə od düşüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, məhsul dolu sahənin yanmasına yaxınlıqdan keçən 10 kVolt-luq elektrik verilişi xəttinin qırılaraq yerə düşməsi səbəb olub.
|
|
|