|
|
 "Regionda baş verən proseslər Dağlıq Qarabağ münaqişənin nizamlanması üçün gözəl imkan yaradır", - Amerikanın ən görkəmli qanunvericilərindən biri, respublikalı senator Riçard Luqar belə hesab edir.
|
 Tez və ya gec Rusiya öhdəlikləri yerinə yetirməli olacaq. Bu fikirləri çərşənbə günü jurnalistlərə Gürcüstan Parlamentinin birinci müavini və AŞ PA-da Gürcüstan nümayəndə heyətinin üzvü Mixail Maçavariani deyib.
|
 Bu ilin noyabr ayında Bakıda TRACECA nəqliyyat dəhlizinin milli katiblərinin, Avropa Komissiyası ekspertlərinin və nəqliyyat idarələri nümayəndələrinin iclası keçiriləcək, iclasda nəqliyyat dəhlizinin inkişafı üzrə prioritet layihələrin müəyyənləşdirilməsi planlaşdırılır, bu barədə çərşənbə günü TRACECA-da Azərbaycandan olan milli katib Akif Mustafayev bildirib.
|
 2009-2010-cu ilin payız-qış mövsümünə hazırlıq ilə əlaqədar tədbirlər planına əsasən, ARDNŞ tərəfindən təxminən 12 min metr yerüstü və yeraltı müxtəlif diametrli boru kəməri, həmçinin orta və aşağı təzyiqli qaz kəmərləi salınıb, bu barədə ARDNŞ-ın məlumatında deyilir.
|
 Avropa Şurasının Parlament Assambleyası davamlı kəskin müzakirələrdən sonra Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yanvarın 1-nə kimi yerinə yetirməyə məcbur edən, monitorinq komitəsi tərəfindən hazırlanan qətnaməni qəbul edib.
|
 Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 1-9 oktyabr tarixində Kopenhagendə keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 121-ci sessiyası və XIII Olimpiya Konqresində iştirak edəcək.
|
 Tehran əyalətinin baş prokuroru Əlirza Avayi bildirib ki, İranda prezident seçkilərindən sonra yaranmış iğtişaşlar zamanı həbs olunmuş şəxslərdən 20 nəfərə hökm oxunub. Avayinin sözlərinə görə, onlar həmin hökmdən Ali Məhkəməyə və Apellyasiya Məhkəməsinə şikayət edə bilərlər.
|
 Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətlərində əsas məsələ regionun hər bir ölkəsi ilə assosiasiya haqqında müqaviləyə dair mandatın qəbul edilməsinin müzakirəsidir, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi belə hesab edir.
|
 Azərbaycanın Koreyadakı səfirliyindən çərşənbə günü Trend News-a verilən məlumata görə, səfirliyin təşkilatçılığı ilə bu ölkənin populyar telekanallarından olan EBS kanalının 3 nəfər əməkdaşı sentyabr ayının 25-dən oktyabr ayının 15-dək "The Travelr's Note" (Səyahətçinin qeydləri) adlı verilişin növbəti bölümünü çəkmək üçün Azərbaycana ezam ediliblər.
|
 Türkiyənin İstanbul Tibb Universitetinin "Qrip araşdırma mərkəzi" direktorunun verdiyi açıqlamaya görə, Türkiyədə bu vaxta qədər 504 tələbədə "donuz qripi" virusu aşkarlanıb. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
|
 ARDNŞ oktyabr ayı ərzində "8 mart-730" dəniz yatağının eyni adlı platformasında yüksək debitli qaz-kondensat istismar quyusunun qazma işlərinə başlamağı planlaşdırır, çərşənbə axşamı ARDNŞ-dən mənbə deyib.
|
 Qlobal iqtisadi-maliyyə böhranının dünyada turizm sahəsinə təsir etməsinə baxmayaraq, ilin birinci yarısında Azərbaycanın bu sektorunda 0,3 faizlik artım müşahidə edilib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çərşənbə axşamı mətbuat konfransında deyib.
|
 Azərbaycan Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov çərşənbə axşamı Trend News-a bildirib ki, son zamanlar sürücülər iki və daha artıq hərəkət zolağı olan yollarda yolun sağ hərəkət zolağı boş olduğu halda sol hərəkət zolağı ilə hərəkət edirlər.
|
 Bakıda çərşənbə axşamı Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Bakı Bəyannaməsi qəbul edilib.
|
 ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri oktyabrın 1-də Yerevana səfər edəcəklər, bu barədə jurnalistlərə Ermənistanın Tavuşsk vilayətində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Ancey Kasprşik bildirib, Ermənistan Xəbərləri Agentliyi xəbər verib.
|
 Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair Madrid prinsiplərinin yenilənmiş variantı hazırdır və ATƏT-in Minsk qrupunun həmsədrləri onu regiona növbəti səfəri zamanı təqdim edəcək.
|
 Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası çərçivəsində bu ölkələrin parlamentlərində akkreditə olunmuş jurnalistlərin toplantısı keçirilib.
|
 Sentyabrın 28-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $66,94 /barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $0,94/barel artıb.
|
 Bu gün EXELCİOR otelinin "Əlincə" zalında "Azərbaycan bayrağı İst-River sahilində" kitabının işıq üzü görməsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
|
 İran Parlamentinin 239 nümayəndəsi bəyanat yayaraq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə və Almaniyaya xəbərdarlıq edib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
|
 Səhiyyə Nazirliyi 162 mindən çox elektron sağlamlıq kartı verib. Bu barədə Trend Capital-a bazar ertəsi Səhiyyə Nazirliyinin informasiya şöbəsinin direktor müavini Cəbrayıl Əsədzadə məlumat verib.
|
 Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) fəaliyyəti ölkələr arasında səmərəli siyasi dialoq üçün geniş imkanlar yaradacaq, bu barədə Assambleyanın plenar iclasında Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov bildirib.
|
 Azərbaycan Mərkəzi Bankının əməkdaşlarına hökm oxunub. Trend News-un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyevaya 3 və kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilova əmlakı müsadirə olunmaqla 6, xəzinədarlar Şəhnaz Səmədovaya 8, Nazilə Bağırovaya 8 və Könül İsmayılovaya 8 il azadlıqdan məhrum etmə, Səbinə Məmmədovaya isə 2 il şərti cəza verilib.
|
 Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycanın hakimiyyət nümayəndələri ilə məsləhətləşmələr keçirəcək.
|
|
|