BP şirkərinin rəhbəri Toni Heyvord bildirib ki, 2030-cu ildə enerjiyə olan tələbat 45 faizə qədər artacaq.Buanes -Ayresdə keçirilən 24-cü dünya qaz konfransında çıxış edərkən Heyvord deyib ki, biz bu enerjinin çatdırılması üçün görüləcək işlərin həcmini qiymətləndirməyə bilmərik.
Azərbaycanın cənub Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. Lənkəran rayon mərkəzi xəstəxanasının kardiologiya şöbəsinin müdiri Ağamalı Qasımov şənbə günü Trend News-a bildirib ki, bu ilin doqquz ayında şöbəyə müraciət edənlərin sayı 133 nəfər olub.
Türkiyənin Baş Naziri Rəcəp Tayyip Ərdoğan Türkiyə mətbuatına verdiyi açıqlamada ölkəsinin Azərbaycanın maraqlarına heç vaxt zidd addım atmayacağını bildirib. BU haqda Türkiyənin CNN Türk Telekanalı məlumat verib.
NATO öz mövqeyində qalır və heç bir halda Abxaziya və Cənubi Osetiyanı tanımaq niyyətində deyil, bu barədə dünən Gürcüstanın Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra NATO-nun baş katibinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Robert Simmons bəyan edib.