Hörmətli oxucular!
|
 "Bakı Dövlət Universitetinin yaraqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər tezliklə oradan çıxarılacaq və başqa yerlərə köçürüləcəklər", -Trend News-un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.
|
 Azərbaycan Parlamentində "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər və əlavələr qəbul olunub. "Qanunun 7-ci maddəsinə edilən əlavəyə görə, kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi isə 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-ci ilin yanvarın 1-dək hər il altı ay artırılacaq".
|
 Azərbaycanda prokurorluq orqanlarına vakant yerlərə bu gün keçirilən imtahanın nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, imtahanda iştirak edən 527 nəfərdən 285 nəfəri müsabiqə şərtini ödəyərək (60 bal və daha yüksək nəticə) növbəti mərhələyə buraxılıblar. İmtahanda 80 və daha yüksək bal toplayan namizədlərin sayı 60 nəfər olub.
|
 Rusiya bayrağı altında üzən və Rusiyanın "Vaqna Şippinq" şirkətinə məxsus olan "Fili" gəmisi Xəzər dənizində Andrievski bankı rayonunda qəzaya uğrayıb, bu barədə Trend News-a məlumatlı mənbədən bildirilib.
|
 Azərbaycanda Azərbaycanın qızıl yataqlarının işlənməsi üzrə konsorsium Azerbaijan International Mineral Resources Operating Co.Ltd (AIMROC) geotexniki qazma işləri üzrə tenderin qalibini açıqlayıb, bu barədə tender komissiyasının məlumatında deyilir.
|
 ARDNŞ oktyabrda Bakı-Novorossiysk boru kəməri ilə təxminən 240 min ton neft ötürüb, ötən ilin analoji dövründə bu göstərici 83,7 min ton təşkil edib. Bu barədə çərşənbə axşamı hökumətdən bildirilib.
|
 Azərbaycanda digər ölkələrdən gələn insan alveri qurbanlarının istismarı ilə bağlı faktlar qeydə alınmayıb, Trend News-un məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev məlumat verib.
|
 Azərbaycan Parlamentinin deputatları ABŞ vitse-prezidentinin Azərbaycana qarşı haqsız fikirlər söyləməsinə etiraz ediblər. Aparıcı dövlətlərdən birinin nümayəndəsinin Azərbaycanı Ermənistanla və başqa-başqa dövlətlərlə müqasiyə etməsi, işğalçı bir dövlətlə işğala məruz qalan ölkə arasında müqayisə aparması yolverilməzdir".
|
 Azərbaycanlı deputat ATƏT-in Minsk Qrupuna üzv ölkələrin parlamentləri ilə əlaqələrin intensivləşdirilməsini təklif edib. "Əgər Ermənistana təzyiq göstərilməsə, işğal olunan torpaqların geri qaytarılması mümkün olmayacaq.
|
 Azərbaycanlı alim bir ildən artıqdır qanunsuz olaraq İranda İstintaq təcridxanasında saxlanılır. Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsi çərşənbə axşamı Trend xəbərlər şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbirdə alimin həbsi ilə bağlı məlumat verib.
|
 Müxalifət partiyaları qarşılıqlı etimad əsasında deyil, bir-birilə şərtlərlə danışdıqlarından onların birliyindən söhbət gedə bilməz, Trend News-un məlumatına görə, çərşənbə axşamı YAP İcra katibinin müavini Siyavuş Novruzov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
|
 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Lüksemburqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Bu barədə Trend News-a Azərbaycan XİN-dən daxil olan məlumatda deyilir.
|
 Yunanıstan "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının idxalında maraqlıdır. Bu barədə Yunanıstanın xarici işlər nazirinin müavini Spirdon Kuvelis Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ilə görüşdə bildirib.
|
 Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş konstruktiv əhval-ruhiyyədə keçib. Bu barədə ATƏT-in Minsk Qrupunun ATƏT-in rəsmi saytında yerləşdirilən birgə bəyanatında deyilir.
|
 Sizi «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» və «İnsan Hüquqları üzrə İctimai Şura» İctimai Birliklərinin «Azərbaycanda miqrantların mövcud durum və problemləri» mövzusunda təşkil etdiyi Dəyirmi Masaya dəvət edirik.
|
|
|