Hörmətli oxucular!
|
 Cümə axşamı Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Hesablama Mərkəzinin rəsmi açılış mərasimi olub. Mərkəz Avropa Nüvə Tədqiqatı Mərkəzilə (CERN) əlaqəli fəaliyyət göstərəcək.
|
 Qazaxıstanda əhalinin yalnız 12,5 faizi İnternetə qoşulub, bu barədə Baş nazir Kərim Məsimov cümə axşamı Astanada keçirilən "Elektron hökumət təşəbbüsləri" beynəlxalq konfransında bildirib.
|
 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Koreya Politexnik İnstitutunun Azərbaycanda biometrik pasportların istifadəsi təklifini nəzərdən keçirir. Bu barədə Trend Capital-a Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev məlumat verib.
|
 Oktyabrın 28-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $76.79/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən $1.86/barel azalıb.
|
 ARDNŞ noyabrın 1-də Bakı-Novorossiysk neft boru kəməri ilə Azərbaycan neftinin noyabra planlaşdırılan həcminin nəqlinə başlayacaq, bu barədə cümə axşamı ARDNŞ-dəki mənbə bildirib. Noyabrda boru kəməri ilə 240 min ton Azərbaycan neftinin nəql olunması planlaşdırılır.
|
 Rusiyanın qaz inhisarçısı olan "Qazprom" şirkəti "Mazdok-Qazməmməd" magistral qaz kəməri çərçivəsində iki tender elan edib, "Qazprom"un rəsmi internet saytı bu barədə məlumat yayıb.
|
 Azərbaycanın hakim partiyasının sədr müavini, icra katibi bələdiyyə seçkilərində ciddi rəqiblərlə rəqabət aparmağın tərəfdarıdır.
|
 İranın vitse-prezidenti Məhəmməd Rıza Rəhimi bildirib ki, beyləxlaq sanksiyalar İranın inkişafına səbəb olub. O, ölkənin alimləri ilə fəxr etdiyini bildirib.
|
 Azərbaycanın müxalifətyönlü partiyası bələdiyyə seçkilərində 102 namizədlə iştirak edəcək. "Partiyanın bələdiyyə seçkilərində iştirak etmək istəyən üzvlərinin bir qisminin namizədliyi müvafiq dairə seçki komissiyalarında qeydiyyata alınıb və hazırda onlar imzatoplama kampaniyasını uğurla aparırlar".
|
 Suriya və İsrail yenidən istəsə, Türkiyə onlar arasındakı danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır, Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan çərşənbə günü ölkənin Tehrandakı səfirliyində keçirilən mətbuat konfransında bildirib.
|
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan teatr sənəti və kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarovun "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
|
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncami ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramı"nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
|
 Dünyanın ən böyük və ən bahalı “Oasis of the Seas” gəmisi dünən Finlandiyada dənizə salındı. 1.3 milyard dollara başa gələn gəmi ilk səyahətinə bazar günü başlayacaq. Bu səyahət ABŞ-ın Fort Launderdale limanından Haitiyə olacaq.
|
 Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Tehranda İranın dini lideri Ayətulla Seyid Əli Xameneyi ilə görüşüb, bu barədə Anadolu informasiya agentliyi bildirib.
|
 Ermənistandakı Rusiya biznesi mənşə və quruluş baxımından Türkiyə biznesindən çox fərqlidir və çətin ki, onlar arasında rəqabət yaransın. Cənubi Qafqaz üzrə ekspert Sergey Markedonov belə hesab edir.
|
 Sanksiyanın qəbul ediməsi İran tərəfindən nüvə təhlükəsi ilə mübarizəyə istiqamətlənmiş ABŞ strategiyasının bir hissəsi olmalıdır. ABŞ konqresmeni Mark Kirk belə hesab edir.
|
 İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun Azərbaycana səfəri ərəfəsində Trend News-un Yaxın Şərq redaksiyasına müsahibəsi
|
|
|