Hörmətli oxucular!
|
 Sentyabrda Bakının təkrar mənzil bazarında qiymətlər 0,2 faiz azalaraq bir kvadratmetrə görə 1,288 min dollar olub. Avqustda bu göstərici 1,282 min dollar olub. Bu barədə "Əmlak bazarı iştirakçıları" İctimai Birliyindən çərşənbə axşamı verilən məlumatda deyilir.
|
 Azərbaycanın Nazirlər Kabineti "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanuna müvafiq olaraq lazımi sənədlərin siyahısını təsdiq edib.
|
 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Avropa Parlamentinə Brüsseldə Azərbaycan günlərinin keçirilməsi ilə əlaqədar minnətdarlığını bildirib.
|
 Azərbaycan cəlbedici ölkə olduğu üçün İran Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib, Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.
|
 İran Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya bildirib ki, ötən həftə A/H1N1 virusu 25 İran vətəndaşının həyatına son qoyub. Bununla da İranda ölüm faktlarının sayı 58-ə çatıb.
|
 Azərbaycandakı Gəncə Avtomobil Zavodu MAZ avtomobilləri bazasında 25 tonluq kranların yığılmasına başlayıb, bu barədə çərşənbə günü zavodun direktoru Xanlar Fətiyev bildirib. "Artıq zavodumuzda yığılacaq kranların altı komplekti alınıb", - o bildirib.
|
 İslam Konfransı Təşkilatının (İKT) baş katibi inanır ki, Türkiyə və Azərbaycanın xarici siyasəti qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək.
|
 Azərbaycanda pensiyaların təyinatıniın avtomatlaşdırılması istiqamətində aktiv işlər yaxın perspektivdə davam etdiriləcək və nəticədə bu sahədə şəffaflıq tam təmin olunacaq, bunu Azərbaycanda səfərdə olan İran İslam Cümhuriyyəti İslam Şurası Məclisinin Sosial məsələlər komissiyasının sədri Ağayi Süleyman Cəfərzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
|
 Azərbaycanda daha bir A/H1N1 virusuna yoluxma faktı qeydə alınıb, bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin çərşənbə günü yayılan məlumatında deyilir.
|
 Azərbaycan və Ermənistan prezidentlərinin görüşü noyabrın sonunda Avropada keçiriləcək, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
|
 Sloveniya Qazaxıstanın 2010-cu ildə ATƏT-in sammitini keçirmək fikrini dəstəkləyir, bu barədə bu gün Astanada Sloveniya Prezidenti Danilo Türk Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev ilə danışıqlar zamanı bildirib.
|
 Dinlərarası dialoq yanlış islam təsəvvürlərini aradan qaldırmağa kömək edəcək, İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu belə hesab edir.
|
 Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı 36 nəfərə çatıb, çərşənbə günü CİHAN İnformasiya Agentliyi ölkənin Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirib.
|
 İslam Konfransı Təşkilatının (İKT) cari ikigünlük konfransı zamanı dinlərin münaqişələrin həll olunmasına təsiri mövzusunda müzakirələr keçiriləcək, bu barədə jurnalistlərə Bakıda keçirilən "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
|
 İranın Nazirlər Kabineti İrana səfər etmək üçün Azərbaycanla (Naxçıvan MR ilə birlikdə) viza rejiminin birtərəfli ləğvi ilə bağlı qərar qəbul edib. Bu barədə Trend News İran televiziyasının rəsmi saytına istinadən rəsmi məlumat yayıb.
|
 50 min nəfərlik itmiş ordu 2500 il sonra tapılıb. İki italyalı arxeoloq 2500 il öncə qərbi Misir çöllərində yox olduğu iddia edilən Pers kralı və 50 min nəfərlik ordunun qalıqlarını tapıblar.
|
 Trend News-un Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin noyabrın 12-də Minskə səfəri ərəfəsində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə eksklüziv müsahibəsi
|
 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cari ilin dekabrın 8-də "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində nazirlər görüşündə iştirak etmək üçün Brüsselə səfər etməyi planlaşdırır, bu barədə Trend News-a Brüsseldən Azərbaycanın Belçikada və Avropa İttifaqındakı səfiri Emin Eyubov bildirib.
|
|
|