Hörmətli oxucular!
|
 Xəzəryanı dövlətlərin beşi də - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin yekun mətninin razılaşdırılmasının tez bir zamanda tamamlanmasının tərəfdarıdır.
|
 Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) tələbələrinin Konstitusiya gününə həsr olunmuş 58-ci elmi-texniki konfransı öz işinə başlayıb. Konfransa informasiya dəstəyini "Trend" İnformasiya Agentliyi və Day.az İnformasiya Portalı göstərib.
|
 Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı təxminən 110 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb.
|
 Noyabrın 13-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $77,09 /barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən $0,18 /barel azalıb.
|
 Rusiyanın Qara dəniz Novorosiysk limanı yanvar-oktaybrda 2008-ci ilin analoji dövründa daşınmış 32 milyon ton neftə nisbətdə təxminən 36,93 milyon ton neft daşıyıb. Bu barədə limanın rəsmi saytına yerləşdirilmiş məlumatda deyilir.
|
 Azərbaycanın Mətbuat Şurası mətbuata informasiya verməyən rəsmi orqanların və məmurların adlarını açıqlayacaq. "Biz bu problemin həlli ilə bağlı "Zərdabi" Mətbuat Mərkəzi ilə birlikdə monitorinq keçiririk", - Trend News-un məlumatına görə, abzar ertəsi jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
|
 Avropa Şurası Azərbaycanda "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunu vacib hesab edir. "Biz hesab edirik ki, hər hansı bir jurnalist öz yazdığı məqaləyə və verdiyi məlumata görə azadlıqdan məhrum edilməməlidir".
|
 Noyabrın 15-dən 23-nə kimi Yaponiyada "GUAM-Yaponiya" çərçivəsində turizmə həsr olunan seminar keçiriləcək, Yaponiyanın Azərbaycandakı səfirliyinin yaydığı press-relizdə deyilir.
|
 Azərbaycanda A/H1N1 virusuna yoluxan və hazırda Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunda müalicə kursu keçən şəxs özünü yaxşı hiss edir, yaxın günlərdə o, evə buraxılacaq, bazar ertəsi xəstəxananın baş həkimi Xəyyam Məmmədov bildirib.
|
 "Lakin əvvəlcə elə şərait yaradılmalıdır ki, qəbul olunan qanun jurnalistlərin fəaliyyətinə problem yaratmasın. Əlverişli sərait yarananda, bu qanun qəbul olunacaq", - Trend News-un məlumatına görə, bazar ertəsi "Azərbaycanda diffamasiya və ifadə azadlığı" mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının İctimai-siyası məsələlər üzrə şöbə müdirinin müavini Vüqar Əliyev bildirib.
|
 İran hökumətinin Azərbaycanla viza rejiminin birtərərli ləğvi barədə qərarının nə zaman qüvvəyə minəcəyi hələ ki, məlum deyil, Trend News-a bazar günü verdiyi müsahibəsində İranın xarici işlər naziri Manuçöhr Müttəki bildirib.
|
 Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə Koreyanın aparıcı telekanallarından olan EBS kanalının çəkiliş qrupu 25 sentyabr-15 oktyabr 2009-cu il tarixlərində Azərbaycanda olmuş və Azərbaycan xalqı, onun milli mədəniyyəti, tarixi abidələri və turizm yerləri haqqında dörd hissədən ibarət film çəkmişdir, Trend News-a səfirlikdən bildiriblər.
|
 Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov parlament seçkilərinin təxirə salınmasını qeyri-mümkün hesab edir.
|
 Türkiyə və Misirin birgə hərbi-dəniz təlimləri Friendship Sea-2009 bazar ertəsi Aralıq dənizinin şərq hissəsində başlayacaq, Anadolu İnformasiya Agentliyi Türkiyə ordusunun Baş qərargahının bəyanatına istinadən bildirib.
|
 Türkiyə İspaniyanın Aİ-də növbəti ilin birinci yarısında başlayacaq prezidentliyinə nikbin baxır, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar günü ispaniyalı həmkarı Migel Anxel Moratinos ilə Kordovada görüşündən sonra mətbuat konfransında bildirib.
|
 Parlament Assambleyasının (PA) 55-ci sessiyası çərçivəsində qurumun Müdafiə və Təhlükəsizlik Komitəsinin növbəti iclasında Azərbaycan Milli Məclisinin üzvləri Qüdrət Həsənquliyev və Zahid Oruc müzakirələr zamani çıxış ediblər.
|
 Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu 2009-cu ilin noyabr ayının 17-də saat 11:00-da “Caspian Plaza” Biznes Mərkəzində “Donuz qripi və ondan necə qorunmalı” mövzusunda əhalinin maarifləndirilməsi istiqamətində Dəyirmi Masa keçirməyi planlaşdırır.
|
|
|