Hörmətli oxucular!
|
 "Şuranın şikayətlər üzrə komissiyasına təhsil və səhiyyə sahələrində çalışan məmurlar daha çox müraciət edirlər", - çərşənbə günü Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
|
 "Bələdiyyələrə namizədlikiləri qeydiyyata alınanlar arasında partiya mənsubiyyətini göstərməyən üzvlərimiz də var", - çərşənbə günü Trend News-a Azərbaycna Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov bildirib.
|
 Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırmır. Bu barədə rusiyalı həmsədr Yuri Merzlyakov Trend News-a bildirib.
|
 Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub. Bu barədə çərşənbə günü Parisdən telefonla Trend News-a AŞPA-nın vitse-prezidenti, Azərbaycan Parlamentinin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
|
 "Bakı metropoliteninin yeni stansiyası "Azadlıq"ın açılışı dekabrın ikinci ongünlüyündə gözlənilir", - çərşənbə günü Bakı metropeloiteninin rəhbəri Tağı Əhmədov jurnalistlərə deyib.
|
 Bakı metropolitenində gediş haqqının artırılması ilə əlaqədar metrodan istifadə edən sərnişinlərin sayı 10 faiz aşağı düşüb, bu barədə çərşənbə günü Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.
|
 Noyabrın 17-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $79,05/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən $0,21 /barel azalıb.
|
 Hazırda "Azəriqaz" İstehsalat Birliyi yanında "Bakqaz" (Bakıda qazın paylanması və satışı) idarəsi tərəfindən Bakı şəhərinin qaz sisteminə sutkalıq qaz verilişi 6,55 milyon kubmetr təşkil edir.
|
 Növbəti səkkiz il ərzində Bakı mertopoliteninin bütün stansiyalarında yeni eskalator quraşdırılacaq. Bu barədə çərşənbə günü metropolitenin rəhbəri Tağı Əhmədov deyib.
|
 Azərbaycanın cənubunda yerləşən Masallı rayonunda (paytaxt Bakıdan 220 kilometr aralı) 20 ev sel suları altında qalıb, çərşənbə günü Trend News-a rayon Fövqəladə Hallar Komissiyasının sədri Nadir Abıyev məlumat verib.
|
 Budapeştdə çərşənbə axşamı Azərbaycan və Macarıstanın mədəniyyətlərarası dialoq mövzusunda IV Beynəlxalq elmi konfransı öz işinə başlayıb, bu barədə Trend News-a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
|
 İran Parlamentinin Elm və təhsil komitəsinin sədri Əli Kərimi Firuzcayi bildirib ki, ötən həftə ərzində A/H1N1 virusuna yoluxmuş 14 məktəbli və 3 tələbə ölüb.
|
 Azərbaycanda rəqəmsal televiziya üçün dekoderlər istehsal olunacaq"KÜR" kompüter avadanlıqları istehsalı zavodu rəqəmsal televiziya üçün dekoderlər istehsalına başlamaq niyyətindədir.
|
 "Şərq tərəfdaşlığı" Avropa İttifaqının daha vacib təşəbbüslərindən biridir, dünən "Şərq tərəfdaşlığı" ölkələrinin vətəndaş cəmiyyəti forumu iştirakçılarına İsveçin xarici işlər naziri Karl Bildt bildirib.
|
 Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi ilə bağli prezident İlham Əliyev sərəncam imzalayib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
|
 İran Parlamentinin Enerji komissiyasının üzvləri Buşehr nüvə stansiyasının açılış mərasiminin bir neçə dəfə təxirə salınmasını nəzərə alaraq, rusların bu nüvə stansiyasında gördüyü işləri araşdıracaq.
|
|
|