|
|
 Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni - 2010-cu il münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı səadət və əmin-amanlıq arzulayırıq!
|
 Azərbaycan Parlamentində bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında əsasnamə qəbul olunub.
|
 Gürcüstan və Rusiya arasında birbaşa aviareyslər yanvarın 6-da bərpa ediləcək. Gürcüstanın "Airzena-Georgian Airways" aviaşirkətinin mətbuat xidmətinin rəhbəri Nino Georqobianinin Trend Capital-ın xüsusi müxbirinə bildirdiyi kimi, reyslər yanvarın 6-dan 25-dək həyata keçiriləcək.
|
 Azərbaycan Parlamentində dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müraciət qəbul olunub. "Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın və həmvətənlərimizin əziz bayramı kimi qeyd olunur".
|
 Azərbaycan Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib. Nazirlər Kabinetinin rəsmi internet saytının məlumatına görə, Azərbaycan vətəndaşlarının 2010-cu il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının sədri Respublika hərbi komissarının müavini, polkovnik Ramiz Məmmədov, müavini isə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev təyin edilib.
|
 Qəzza sektoru açıq səma altında həbsxanada, yaxud "getto"da qala bilməz. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Fələstin Administrasiyasının Ankaradakı səfirliyində çıxışı zamanı deyib.
|
 Bu gün Astanada dünya azərbaycanlılarının həmrəylik günü qeyd edilir. Bu barədə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov Trend News-a məlumat verib.
|
 Çərşənbə axşamı Gürcüstanda yeraltı qaz anbarının inşasına dair layihə işlərini həyata keçirəcək şirkətin adı məlum olacaq.
|
 İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, İran diqqətlə bəzi ölkələrin İran xalqına qarşı gördüyü işləri izləyir və bu nunla bağlı araşdırma aparır.
|
 İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Tehran reaktoruna lazım olan uranın Türkiyə ərazisində mübadiləsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərək deyib ki, İran uranın mərhələli şəkildə mübadiləsi prinsipi ilə razıdır və hər iki tərəf yaranmış bu fürsətdən istifadə etməklə mübadilənin necə, harada və nə şəkildə həyata keçirilməsi barədə müzakirə apara bilər.
|
 Türkiyənin Adana şəhərində bazar ertəsi axşam eyni vaxtda iki partlayış baş verib. Məlumatı CNN Turk telekanalı yayıb. Araşdırma nəticəsində gurultulu bombalardan istifadə edilməsi məlum olub. Ölən və yaralananlar barədə məlumat yoxdur.
|
 Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın "Vesti" telekanalına müsahibə vermişdir. AzərTAc həmin müsahibəni oxuculara təqdim edir.
|
 Trend News-un Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla eksklüziv müsahibəsi
|
 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların qeydiyyat müddətinin artırılmayacağını bəyan edib. "Bu müddət qanunda qoyulub və qanuna dəyişiklik etmək yalnız Milli Məclisin səlahiyyətində olan məsələdir.
|
 Bazar ertəsi yeni Moskva-Lənkəran aviareysinin açılışı keçirilib. Bu barədə Trend Capital-ın Lənkərandakı müxbiri xəbər verir. Yanvarın 15-dək bu istiqamətdə reyslər həftədə bir dəfə həyata keçiriləcək.
|
 Yeni təqvim ili ərəfəsində Şamaxı şəhərində Uşaq İncəsənət Məktəbi üçün yeni binanın təməli qoyulub. Binanın inşasını Heydər Əliyev Fondu həyata keçirəcək. Bu barədə Fonddan Trend News-a məlumat verilib.
|
 Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 28-də Bakıda Respublika Perinatal Mərkəzinin açılış mərasimində iştirak ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
|
 ".az" milli domen zonasında 9173 internet resursu qeydiyyatdan keçib. Bu barədə WHOIS resursu məlumat verir. Noyabr ayının göstəriciləri ilə müqayisədə ".az" milli domenində qeydiyyatdan keçən internet resurslarının artım həcmi 2,4% təşkil edib.
|
 2009-2012-ci illər üzrə rabitə və informasiya texnologiyalarının inkişafına dair Dövlət Proqramını respublikanın layihənin iştirakçısı olan bütün nazirlik və idarələri təqdir edib. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov Trend Capital-a deyib.
|
 2009-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında xarici kapitalın ümumi həcmi 4,1 miyard dollar təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının ödəmə balansından deyilib. Bu göstəricinin əsasını ölkə iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyalar və xarici kreditlər təşkil edib.
|
 Dekabrın 25-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $76,32/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə dəyişməz qalıb.
|
 ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ildə Gürcüstanda şəxsi brendi altında daha 30 yanacaqdoldurma məntəqəsini (YDM) təhvil verməyi planlaşdırır. Bu barədə bazar ertəsi ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi olan SOCAR Energy Georgia-dan deyilib.
|
 Azərbaycanın Nəqliyyat Nazirliyi Azərbaycan rayonlarında Qafqazda və MDB-də analoqu olmayan iki iri körpü istismara verib. Bu barədə nazirliyin məlumatında deyilir. Nəqliyyat naziri Ziya Məmmədovun iştirakı ilə Azərbaycanın Tovuz rayonunda Qafqazın ən hündür körpüsü istismara verilib.
|
 Azərbaycan və Gürcüstanın daxili işlər nazirləri mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər.
|
|
|