Hörmətli oxucular!
|
 Azərbaycanda bələdiyyə seçkilərinə hazırlıq prosesi qanunvericiliyə uyğun keçib, əhali tərəfindən narazılıq qeydə alınmayıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.
|
 Bu gün Bakı Slavyan Universitetinin Polşa dili və mədəniyyəti mərkəzində Mərkəzi və Şərqi Avropada kommunizmin süqutunun 20 illiyinə həsr olunmuş "Həmrəyliyin 10 illiyi" adlı sərginin açılışı olub.
|
 Azərbaycan Mərkəzi Bankının (AMB) siyasəti ölkənin maliyyə bazarına mənfi təsirlərin əsas istiqamətlərini vaxtında aşkar etməyə imkan verib. Bu barədə AMB-nin baş direktoru Xaqani Abdullayev deyib.
|
 Azərbaycanda 24 dekabr 2009-cu ildən başlayaraq Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manat həcimdə olan faizli, sənədsiz, adlı istiqrazlarının növbəti hissəsinin paylanılmasına başlanılacaq. Bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında deyilib.
|
 Dekabrın 21-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $74,85 /barel təşkil edib. 1997-ci ildən xarici şirkətlərlə birlikdə yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $0,63 /barel artıb.
|
 2010-cu ilin birinci rübündə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorundakı Günəşli dəniz yatağının "Günəşli-4" platformasında qaz kompressor stansiyasının tikintisi çərçivəsindəki əsas işləri başa çatdırmağı planlaşdırır.
|
 Azərbaycan və Rusiyanın qanunvericilik orqanları arasındakı əməkdaşlığın perspektivləri, o cümlədən siyasi və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi imkanları çərşənbə axşamı Bakıda parlamentlərarası əməkdaşlıq üzrə komissiyanın növbəti iclası zamanı müzakirə olunub.
|
 Astanada diplomatik klubun açılmasına ehtiyac yaranıb, bu barədə bu gün Ak-ordda paytaxtın diplomatik korpusunun nümayəndəsi, Azərbaycanın Qazaxıstandakı fövqaladə və səlahiyyətli səfiri Lətif Qəndilov Qazaxıstan Prezidenti Nursultan Nazarbayeva müraciət edərək deyib.
|
 Azərbaycan Teleradio Şurasının sədri bildirib ki, bu il Azərbaycanın televiziya və radio məkanında xeyli müsbət dəyişikliklər olub. "2009-cu ildə iki regional televiziya kanalı açılıb. Bunlar Yevlax şəhərindəki "El" TV və Şəki televiziyalarıdır.
|
 Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov "Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar" mövzusunda Yevlax şəhərində keçirilən konfransda deyib ki, kütləvi informasiya vasitələrinin bölgə olaylarına sistemli və ardıcıl yanaşmasına ciddi ehtiyac var.
|
 Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqressinin nümayəndə heyəti 23 dekabr bələdiyyə seçkilərinədək Azərbaycanın müxalifət liderləri ilə görüşəcəyinə ümid edir. Bu barədə AŞ-nin rəsmi saytında yayılmış məlumatda deyilir.
|
 Türkiyədə bu gün səhər saatlarında rixter cədvəli üzrə 5.4 bal gücündə zəlzələ baş verib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
|
 Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışır və düşünürəm ki, yaxın gələcəkdə daha yaxşı nəticələrə ümid etmək olar. Bu barədə çərşənbə axşamı Bakıda Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Svetlana Orlova jurnalistlərə deyib.
|
 Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin təşviqat mərhələsi bu gün saat 08:00-də başa çatdı. Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
|
|
|