Azərbaycan Parlamentinin komitəsində "Elmi fəaliyyət haqqında" qanun layihəsi hazırlanıb. "Qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir".
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend News-a verilən məlumata görə, zəlzələ yanvarın 29-da yerli vaxtla 20.33-də Lənkəran-Lerik rayonlarının sərhəddində, Lənkərandan 25 km qərbdə, 12 ballıq MSK-64 cədvəli üzrə 3 bala qədər, Lerik rayonunda 2 bal gücündə hiss edilib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verir. O əlavə edib ki, bu əməkdaşlıq onların hər ikisi üçün faydalı olacaq. Anadolu agentliyi bu haqda məlumat verib.